Cox Maraqlidir ...
Creative
14 Okt 2014 / 16:54
Nə üçün zalım və günahkar
insanlardan bir hissəsi nemətlər
içində qərq olmuşdur?
Cavab: Yuxarıdakı sual çoxlarını
düşündürür. Qurani-kərimin
ayələrinə əsasən, belələri
islahedilməz olduqlarından, yaranış
qanunları və iradə azadlığına əsasən
öz başına buraxılmışlar. Allah
tərəfindən verilmiş bu möhlət,
əslində onları uçuruma aparır. «Ali-
imran» surəsinin 178-ci ayəsində
buyurulur: «Küfr edənlər, onlara
verdiyimiz möhləti özləri üçün xeyirli
bilməsinlər. Biz onlara möhlət
verimişik ki, günahlarını daha da
artırsınlar. Onlar üçün zəliledici bir
əzab vardır».
Bəzi ayələrdən məlum olur ki, bəzən
Allah zalım və günahkarlara verdiyi
nemətləri hədsiz dərəcədə artırır və
onlar ləzzət içində xumarlandıqları
zaman, qəfildən onları bütün
nemətlərdən məhrum edir. Misilsiz
firavanlıqdan sonra qəfil səfalət və
zəlalət həmin insanlar üçün böyük
əzaba çevirilir. «Ənam» surəsinin 44-
cü ayəsində oxuyuruq: «Onlar edilmiş
xəbərdarlıqları unutduqları bir an
bütün nemət qapılarını onların üzünə
açdıq ki, şadlansınlar. Sonra isə
qəfildən bütün verdiklərimizi geri
aldıq. Bununla da, onlar hədsiz
narahatlığa düçar oldular».
Təsəvvür edin ki, bir zalım, kövrək
budaqları qıra-qıra üzüyuxarı,
dayanmadan ağaca dırmaşır. Yuxarı
qalxdıqca, daha da şad olur. Anlamır
ki, nə qədər yuxarıdan yıxılsa, bir o
qədər də çox əziləcəkdir. Qəfil tufan
qopur və bir an əvvəl şadlıqdan
oynayan sümüklər yerə qaxılıb,
xıncım-xıncım olur.
[cavab]
Ms_Famous
14 Okt 2014 / 17:21
Mövzuya göre teşekkür
[cavab]
_YeRaZ_
14 Okt 2014 / 18:20
[cavab]
xCoory
14 Okt 2014 / 18:23
.
[cavab]
BLaTNoY*UdaR
14 Okt 2014 / 21:19







































[cavab]
Mr_PsiXxX
15 Okt 2014 / 02:22
ALLAH RAZI OLSUN
[cavab]
Bölmeye qayıt
0.1837 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az