Budur hikmet

pol Wuyud 10 Okt 2014 / 13:50
Bir gün sübh namazı vaxtı Həzrət Əli (ə.) məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbəri (s.a.a.v.) rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli (ə.) camaata qoşulub namaz qılır.Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar:

"Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?" Həzrəti Məhəmməd Peyğəmbərimiz (s.a.a.v.) :

"Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayıl (ə.) peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başımı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu.

O an Allah Təala Cəbrayıla (ə.) əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın." O saat Hz.Cəbrayıl (ə.) Həbibullahın (s.a.a.v.) hüzuruna gəlib, xəbər verdi ki,

"Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rukudan qalxsın. Mənim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli (ə.) gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət."

[cavab]

pol xCoory 10 Okt 2014 / 14:52
Cox gozel ALLAH razi olsun

[cavab]

pol HoRRorS__KiLLeR 10 Okt 2014 / 15:31
Allah razi olsun

[cavab]

pol Caspar@ 10 Okt 2014 / 15:44
Ehsen

[cavab]

pol SilentHunter 10 Okt 2014 / 15:50
sagol ALLAH Razi olsun super sagol

[cavab]

pol _ALoNe_DaRK_ 10 Okt 2014 / 15:51
Wuyud, Allah razi Olsun.

[cavab]

pol Ms_Famous 10 Okt 2014 / 15:59
Mövzuya göre teşekkür

[cavab]

pol kazanova 10 Okt 2014 / 16:07
Maraqlidi.

[cavab]

pol Mr_PsiXxX 10 Okt 2014 / 18:50
cox tesirlendim gozlerim doldu ALLAh razi olsun

[cavab]

pol ____SERAP____ 10 Okt 2014 / 23:15
Wuyud, canım menim ALLAHın Lütvu uzerinden eksiy olmasın. Uca ALLAHım imanını kamil etsin amin. Gozel mentiqli yazdıgların bol olsun. Cox twk,elerine sağlığ. Sağolasan ALLAH razı olsun bitanem

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1398 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az