Peygemberle seytanin sohbeti

pol NARDARANLI 3 Okt 2014 / 02:21
Bir gün Həzrət Peyğəmbər (s) Məcsidul-
Həramda şeytanı görür. Onun yanına gedir və
ona deyir: "Ey məlun! Niyə narahatsan?”.
Şeytan deyir: “Səndən və ümmətindən
narahatam”. Həzrət (s) buyurur: “Niyə
narahatsan?”. Şeytan deyir: “Mən insanları
yolundan azdırmaq üçün bu qədər çalışıram,
ancaq sən Qiyamət günü onlara şəfaət
verəcəksən. Mənim bütün zəhmətimi hədər
verəcəksən. Ona görə də səninlə düşmənəm”.
Həzrət (s) buyurur: “Ümmətimdən niyə
narahatsan?”. Şeytan dedi: “Sənin ümmətinin
elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərin
belə xüsusiyyəti yoxdur.Onlar bir-birini görən
zaman salam verirlər. Salam -Allahın adıdır.
Mən bu addan qorxuram.İkincisi budur ki, bir-
birini görən zaman əl verirlər. Ellərini bir-
birindən çəkməmiş günahları bağışlanar.Üçün
cüsü budur ki, yemək yeyən zaman "Bismillah"
deyərlər. Mən ona görə yemək yeyə bilmirəm
və ac qalıram.Dördüncüsü budur ki, yeməkdən
sonra “Elhəmdulillah” deyərlər.Beşincisi budur
ki, sənin adını eşidən kimi yüksək səslə salavat
deyərlər. Bunun savabı o qədər çoxdur ki, mən
qaçıram.Altıncısı budur ki, bir iş görmək
istəyəndə “İnşəallah” deyirlər. Mən həmin işə
mane ola bilmirəm.Yeddincisi budur ki, sədəqə
verərlər. Həm günahları bağışlanar və həm də
70 növ bəla onlardan uzaq olur”.Bu zaman
Həzrət (s) buyurur: “İnsan sədəqə vermək üçün
əlini cibinə salan zaman 70 şeytan onun əlini
tutub saxlamaq istəyər ki, bu işdən çəkindirə
bilsin”.Şeytan (lən) yenə dedi: “Səkkizinci
budur ki, onlar Quran oxuyurlar. O evdə ki,
Quran oxunar, mənə yer olmaz. Çünki o evə
mələklər gedib gələrlər.Doqquzuncu budur ki,
məni çox lənətləyərlər. Hər bir lənətlə
bədənimə yara vurarlar. O zamana qədər ki,
həmin şəxsi yolundan azdırmıram, yaram
sağalmır.Onuncu budur ki, günah işlədən kimi
tövbə edərlər. Mənim zəhmətimi hədər
edərlər.On birinci budur ki, asqıran zaman
“Elhəmdullah” deyərlər».Həzrət (s) buyurur:
"Asqırmaq - Allahdandır və asqıran zaman
“Elhəmdulilləh” deyin. İnsan namaz qılan
zaman şeytan ondan uzaq olar. Xüsusilə də
namazın səcdəsi uzun çəkərsə, şeytan narahat
olduğu üçün fəryad çəkər”.İmam Sadiq (ə)
buyurur: "Hər kim namaz qılmır, şeytandan da
alçaqdır. Çünki şeytan bir səhv etdi və o da
Adəmə (ə) səcdə etməməməyi idi. Ancaq insan
namaz qılmırsa, Allaha səcdə etmir
deməkdir".Həzrət Peyğəmbər (s) buyurur:
"Sirat körpüsündən keçmək icazəsi - namazdır.
Egər namazı qəbul olsa, o biri əməlləri də
qəbul olar”.Namaz içində sübh namazı xüsusilə
vurğulanır. Səbəbi budur ki, gecə olan zaman
gecə mələkləri insanın yanına gələrlər. Gecə
əməllərini yazarlar. Sübh azanı olan zaman
gecə mələkləri gedər və yerini gündüz
mələklərinə verərlər. Sübh namazını qılanda
hər iki sənəddə adımız yazılar. Gecə mələkləri
axırıncı əməl kimi sübh namazını qeyd edərlər.
Gündüz mələkləri isə ilk əməl olaraq sübh
namazını qeyd edərlər.İmam Sadiqdən (ə) nəql
edirlər ki, buyurur: "Möminin xüsusiyyətlərin
dən biri budur ki, namazda “Bismilləhir-Ra
hmənir-Rahim”yüksək səslə desin və hər kim
təkbirdən sonra və "Həmd"dən əvvəl “Euzu
billəhi minəş-şeytanir-racim” deyər, bədənində
olan tüklərin sayı qədər ona həsənə
yazılar".Həzrət Peyğəmbər (s) buyurur: "Hər
kəs namazdan sonra Həzrət Zəhranın (s.ə)
təsbihatını deyərsə və xüsusilə də əlləri ilə
sayarsa, həmin əlləri Qiyamət günü ona şəfaət
verər".Allah Təala bizləri bu mübarək
tövsiyələrə əməl edənlərdən qərar versin.

[cavab]

pol Ms_Famous 3 Okt 2014 / 07:14
Melumata göre teşekkürler

[cavab]

pol Creative 3 Okt 2014 / 07:20
tWK.ELADI

[cavab]

pol kazanova 3 Okt 2014 / 07:26
Amin Tsk

[cavab]

pol _ALoNe_DaRK_ 3 Okt 2014 / 07:43
NARDARANLI, Allah Razi Olsun qaqaw

[cavab]

pol Araz@ 3 Okt 2014 / 07:58
Amin!!!

[cavab]

pol zekow 3 Okt 2014 / 09:39
Allah razi olsun. Chox gozel movzudu

[cavab]

pol x@kker 3 Okt 2014 / 09:41
tewekkur eladi

[cavab]

pol NARDARANLI 3 Okt 2014 / 09:57
Allah haminizdan razi olsun

[cavab]

pol Huseynzadehh 3 Okt 2014 / 10:22
Allah razi olsun

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1297 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az