sevgi...]
HT98
1 Okt 2014 / 20:43
Bilirəm oxumayacaqsan, amma
yenə də yazıram. Oxumayacaqsan,
çünki göndərməyəcəm. Bəlkə
otağımın bir küncündə, bəlkə
geymədiyim bir köynəyin cibində
tapacaqlar illər sonra. Kimisi sevgi
məktubu deyəcək, kimisi ümid dolu
bir məktub... Kimisi cümlələrin
qəlbən yazılışına heyran qalacaq,
kimisi sualların sərtliyi ilə
təsirlənəcək... Hal-hazırki bir
kağız olmayacaq indi əlimdə
tutduğum kağız. Bəzi hərflər
oxunmayacaq, bəzi sorğu işarələri
də həmçinin. Kimisi sorğularımı
xəyallar kimi anlayacaq.
Nöqtələrim belə silinəcək. Bu gün
bitirdiyimi sandığım bir çox
xatirələrdən bitməmiş cümlələr
qalacaq illər sonra... Səni hökmən
suçlayacaqlar. Mənim özümü
günahlandıran ifadələrimdən belə,
mənə acıyan çıxacaq. Bu
məktubumu oxuyanlar sənin gözəl
olduğuna dair hökm edəcəklər.
Hətta gözəl belə deyilsən anlamlı
olduğunda həmfikir qalacaqlar.
Səni sevdiyimi düşüncələrinə belə
gətirməyəcəklər. Amma sənin məni
sevib sevmədiyin məsələsində biri-
biriləriylə mübahisəyə girəcəklər.
Sən oxumayacaqsan, amma
oxuyacaqmışsan kimi yenə də
yazıram. Yazdıqdan sonra cırıb
atmağı da düşünürəm. Amma
ağlımda başqa fikir. Amma xeyir,
saxlayacam.
Oxumamış olsan da kəlmələrimi
sevdiyimi bilirsən. Sevdiyim üçün,
mənim sənə bu məktubu yazdığımı
hiss edəcəyini bilirəm. Mən
yazarkən içinin ürpəkdiyini, gülən
üzünün hüznləndiyini, danışan
dilinin susqunlaşdığını, ağlının
qarışdığını, qəlbinin həyəcanla
atdığını hiss edirəm. Bəlkə sırf bu
səbəbdən yazıram. Sanki bu
yazılarımla sənə toxunuram. Sanki
kağızı qatlamaq deyil, sənə
sarılıram. Məktubu saxlamayıb
sanki səni unutmağa çalışıram.
Xeyir, oxumayacaqsan.
Göndərməyəcəm, çünki adresin
yoxdur. Bəlkə poçtalyona versəm
səni tapar. Amma öncə məni çox
yaxşı tanıması gərək. Mənim də
onu. Tanıması kifayət etməz məni
anlaması da həmçinin şərt. Mənim
də onu. Mənim üçün sənin necə
anlam ifadə etdiyini yaxşı bilməsi
gərək. Bilməlidir ki, səni tapa
bilsin. Bilməlidir ki, səni tapmaq
ayaqlarını yormasın, ağlını
çaşdırmasın. Bu məktubu
göndərməyəcəm. Çünki sahibini
bilmirəm. Səni sevirəm amma
kimsən bilmirəm. Nə üzünün
simasını, nə səsinin tonunu, nə
oturduğun evin mənzərəsini. Hansı
vurğuyla çıxar dilindən sevgin?
Hansı rəngləri sevirsən? Məktub
alınca nə hiss edərsən? Səni
qorxudan bir qapı zənginin səbəbi
olmaq istəmirəm. Mənim necə biri
olduğumu sən zənn edə bilməzsən Sebuhi
[cavab]
*_FoRGeTTeN_*
2 Okt 2014 / 01:35
No LoVe No HeaDAchE (guyaaaa)
[cavab]
Bölmeye qayıt
0.1495 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az