Words Of Wisdom

pol WEN-OGLAN 30 Sen 2014 / 11:24

. Dağı daş bəzəyər,insanı baş.
. Övlad üçün ananın ürəyi ağrıyar,atanın biləyi.
. Yuxu ölümün yoldaşıdır.
. Köynəyin ləkəsi su ilə gedər,ürəyin ləkəsi sözlə.
. Ot çox olanda öküz kökələr,ölü çox olanda molla.
. Eyni güldən ilan zəhər çəkir,arı bal.
. Qabaqda duran düşmən dalda dayanan dostdan yaxşıdır.
. Saqqal saxlayanların hamısı filosof olmur...
. Elə it yoxdur ki,ölü şirdən qorxmasın.
. Ancaq oğrudan soruşarlar ki:”bu şey sənə haradandir?”
. Yanğın söndürməkçün suyun təmizini gəzməzlər.
. Sahildə it timsahı dartışdırar,suda timsah iti.
. Sən elədiyin yaxşılığı gizlə,sənə olan yaxşılığı de.
. Baxış sözdən daha mənalıdır.
. Quşu quşla tutarlar.
. Ağılsızın ürəyi dilində,ağıllının dili ürəyindədir.
. Yaxşılıq etmək istəyən yaxşılıq etmiş kimidir.
. Sözün qiyməti qısalığındadır.
. Üzün gözəlliyi xasiyyətin gözəlliyindəndir.
. Çox da şirin olma,yoxsa yeyərlər.
. Elə quru olma ki,səni sındırsınlar,elə də yaş olma ki,səni sıxsınlar.
. Bir halda ki,dünyada ölüm var, qorxu nə üçündür?
. İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.
. Vuran oğul qaçmaz,qaçan oğul vurmaz.

[cavab]

pol xCoory 30 Sen 2014 / 12:35

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.149 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az