1 Manat hekayesi

pol _NaMiQ_ 28 Sen 2014 / 23:26
Mənim adım Bir Manatdır. Məni
İsveçrədə hazırlayıb
Azərbaycana göndərdilər. Bir
gün sonra dövrüyəyə buraxıldım.
Əvvəlcə məni bir neçə
qardaşımla bərabər bir
bankomata yerləşdirdilər. Bu
vaxta qədər mənə insan əli
dəyməmişdi, təptəzə idim.
Bir gün bir qoca məni
bankomatdan çıxardı. Tək
deyildim; mənimlə birgə böyük
qardaşlar 20 və 50 manat, yeddi
ədəd də həmyaşıdım çıxdı. Qoca
bizi cibinə qoydu. Evə çatandan
sonra bizi cibindən çıxardı, bir
manatlıqların arasından məhz
məni seçib nəvəsinə verdi.
Nəvəsi məni götürüb sevinə-
sevinə dükana qaçdı.Düşünürdü
m ki, bu uşaq məni çox sevir.
Amma düşüncəm alt-üst oldu.
Çünki bu dəcəl məni beş ədəd
20 qəpiklə dəyişdi. Bir neçə
dəqiqə sonra satıcı məni qalıq
olaraq bir alıcıya qaytardı. Yeni
sahibimin cibində xeyli əziyyət
çəkdim. Bədənim iki-üç yerdən
qatdalanmışdı. Nəhayət, iki
barmaq məni bu əzabdan
qurtardı. Sahibim məni avtobus
sürücüsünə uzatdı. Bu
avtobusda axşama kimi səyahət
etdim. Bir neçə manatla tanış
oldum. Onların arasında
məndən daha sağlamları var idi.
Onlar mənə kinayə ilə baxırdılar.
Məndən pis vəziyyətdə olanlar
isə mənə həsəd aparırdılar.
Günün sonunda avtobus
sürücüsü plan ödəyərkən məni
də yeni sahibimlə tanış etdi.
Beləcə, günlərlə əldən-ələ
keçirdim və solurdum. Bir gün
bir toyda şabaş kimi bir neçə
adaşımla birgə rəqs edənlərin
başına səpələndik. Bir nəfərin
ayağı altında əzildim. İki dəcəl
uşaq rəqs edənlərin arasından
sivişərək yerdəki pulları yığmağa
başladılar. Növbə mənə çatdı.
Bədbəxtlikdən hərəsi bir
tərəfimdən tutub dartdı.
Dəhşətli ağrıdan huşumu
itirdim. İki yerə bölünmüşdüm.
Özümə gələndə gördüm ki,
yapışdırıcı ilə bədənimi
birləşdiriblər. Ağrı hələ də var
idi. Bir cavan oğlanın cüzdanında
idim. Görünür, sahibim kasıb
idi. Yerim geniş idi, rahat
uzanmışdım. Sahibim, deyəsən,
acmışdı. Bir neçə dəfə çörək
almaq üçün dükanlara girsə də,
heç bir satıcı məni qəbul
etmədi. İndiyə kimi müxtəlif
insanların əlinə düşmüşdüm,
hamısına faydalı olmuşdum.
Ancaq heç biri buna layiq
deyildi. Tez-tez haram pula
çevrilirdim. Çoxları məni faydalı
şeyə xərcləmirdi. Buna görə
insanlara nifrət edirdim. Bu
oğlanın cüzdanına necə
düşdüyümü bilmirdim. Amma
onu sevməyə başlamışdım.
Deyəsən, o da məni sevirdi.
Çünki tək ümidi mənə idi. Axı
insanlar ümid etdikləri şeyləri
sevirlər Hər dəfə satıcılar məni
rədd etsə də oğlan yenə də
ümid edirdi. Bir müddət
keçəndən sonra o, məni
cüzdandan çıxardı və öz-özünə
danışmağa başladı: — Budurmu
axırım?! Məni cəmiyyət qəbul
etmədi. 2 yaşımda valideynlər
uşaq evinə atdılar. 18 yaşımda
oradan da çıxardılar. Birtəhər
restoranda ofisiant işləməyə
başlamışdım, oradan da
qovdular. Son qazancım isə bu
cırıq manat oldu.- deyib cüzdanı
dənizə tulladı.Mən rahat
yataqdan narahat cibə düşdüm.
Oğlan hələ də məndən əl
çəkmirdi. Nəhayət, o, məni
cibindən çıxardı. Öz-özünə “bir
yamaq manatım var, nə xeyri
var, nə ziyanı, verim bu
dilənçiyə” deyərək məni bir
dilənçiyə verdi və çıxıb getdi.
Dilənçi məni o tərəf-bu tərəfə
çevirib gözdən keçirdi.
Dodağının altında mırıldandı: —
Başına dəysin! Verdiyi pula bax
da! Elə bil dilənçi adam
deyil.Bunu deyib üzümə tüpürdü
və yerə atıb tapdaladı. Artıq
təhqir edilmişdim. Adi bir
dilənçiyə də lazım deyildim.
Üstəlik ağrılarım da artırdı. Bu
köhnə, yamaq manat heç kəsə
lazım deyildi Yağış yağmağa
başladı. Bir neçə saat idi ki,
küçədə qalmışdım. Birdən
palçıqlı bir ayaqqabının altına
yapışdım. Bu dözülməz idi. Bir
müddət sonra bu əzab bitdi və
yenisi başladı. Ayaqqabının
altından ayrılıb su axını ilə
kanalizasiyaya axdım. İndi
kanalizasiyada axınla üzürəm.
Bilmirəm sonum haradadır. Son
dəqiqələrimi yaşayıram.
P.S. Ey insan, sən də mənim
kimi əldən-ələ sürünərək
yıpranırsan və sonda
parçalanmış halda tək qalırsan.
Öləndə də tək ölürsən

[cavab]

pol Araz@ 28 Sen 2014 / 23:38
Buni indice hekimler.az da oxudum eee.ama yenede twk

[cavab]

pol xLady 29 Sen 2014 / 01:26
Cox gozel movzudu tesekkurler

[cavab]

pol _PESFE_ 29 Sen 2014 / 02:09
tesekkurer

[cavab]

pol *_SAKIT_OGLAN_* 29 Sen 2014 / 07:24
ela

[cavab]

pol BLaTNoY*UdaR 29 Sen 2014 / 10:06
ела ела

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1466 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az