Nazirlik: Bizim “SMERÇ”lər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir
Darkness_King
26 Sen 2014 / 23:00
Ordumuzda böyük məhvetmə gücünə malik müasir silahlar
var”.
Ermənistanın müdafiə nazirinin Azərbaycanın ünvanına
səsləndirdiyi hədə-qorxu dolu fikirlər onun dilindən dəfələrlə
eşidilib və növbəti ritorikadan başqa bir şey deyil. Onun
söylədikləri yalnız daxili auditoriyaya, erməni ictimaiyyətinə
ünvanlanmış APA -ya Ermənistanın müdafiə
naziri Seyran Ohanyanın ötən gün Ermənistan
parlamentindəki çıxışında səsləndirdiyi fikrilərə münasibət
bildirən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin
rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı deyib.
V.Dərgahlı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinə
qarşı müdafiə, zərurət olduğu halda əks-hücum tədbirləri
görməyi təklif edir:
“Ermənistan tərəfi həmişə olduğu kimi, müxtəlif
provokasiyalar törədərək Azərbaycan tərəfini günahkar
çıxarmağa çalışır, öz bəd əməllərini gizlətmək məqsədilə
yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş
qismində müraciət edir. Məhz erməni tərəfi beynəlxalq
qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, daim
atəşkəs rejimini pozur, müdafiənin ön xəttində yerləşən
mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları
etməyə cəhd göstərir, hərbi qulluqçularımızı, dinc sakinləri
atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən
mülki obyektlərə, kənd-təsərrüfatı sahələrinə zərər yetirir.
Düşmən təxribatının əsas hədəflərindən biri də Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasıdır. Ancaq onlar bilməlidir ki, Naxçıvanın
təhlükəsizliyi dövlət rəhbərliyinin diqqət mərkəzindədir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi
yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik
müasir silahları, döyüş və nəqliyyat helikopterləri,
təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli
maşınları, tankları və artilleriya qurğuları vardır. Yalnız bunu
qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş “Smerç”
raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən
hədəfi məhv etməyə qadirdir”.
red. Darkness_King (26.09 /23:02)
[cavab]
Ozma
26 Sen 2014 / 23:23
Lazìm gelerse
[cavab]
perviz
27 Sen 2014 / 17:46
mence.dovletmizin.sirrlerini.burda.yazmasaq.yaxsi.olar.dosdan.cox.dusmen.var.........
[cavab]
Bölmeye qayıt