DOSTLUĞUN MÜQƏDDƏRATI

pol Wuyud 23 Sen 2014 / 22:38
Dost deyəndə çoxunun qəlbi yanır,
Dostum var deyən ilkin pərvazlanır,
Sonradan görür dostun gərdişini,
Anlaya bilmir dostluğun işini,
Dost deyəndə deyirlər dost sağ olsun,
Çoxuları deyir üzü ağ olsun,
Bu da dostluğun çirkin izzətidir,
Bitməz həm tükənməz mərifətidir,
Dostluqlar cibdədir, böylədir dostluq,
Dostluğu boş qoyub qəlbdə yoxsulluq,
Dost deyəndə alovlanır ürəklər,
Kimisində də qırılır kürəklər,
Arxadan vuranlar çoxalıb indi,
Astadan yalan onarılıb indi,
Bir başqa aləmdə bir başqa dəmdə,
Dost səni qoyubdur qüssədə qəmdə,
Indi inanmaq olmur ki heç kimə,
Bu dünya bir ləhzə yara qəlbinə,
Tüm dostluğun bitmək üzrədir zatı,
Böylədir dostluğun müqəddəratı.

[cavab]

pol ViP__DaNGeR 23 Sen 2014 / 22:52
Superrr

[cavab]

pol Araz@ 23 Sen 2014 / 22:55
Suuuuupeeerrrr

[cavab]

pol xCoory 23 Sen 2014 / 23:03
Geseh ama men dost dediklerim azdi ..

[cavab]

pol Krutoy_PareN 23 Sen 2014 / 23:27
Dost sozunun arxasinda durmaq cox cetindi her oqul bunu bacarmir.

[cavab]

pol xCoory 23 Sen 2014 / 23:45
Krutoy_PareN, aha tamai ile raziyam

[cavab]

pol _PESFE_ 24 Sen 2014 / 00:00
sizlnle razyam xanim

[cavab]

pol Krutoy_PareN 24 Sen 2014 / 00:10
xCoory, Ayin biri sene molla lazimdi))))

[cavab]

pol Wuyud 24 Sen 2014 / 01:53
Krutoy_PareN, kim rehmete gedib molla menlik

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1549 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az