ramiz tekani
*_RecReatoR_*
23 Sen 2014 / 00:53
Ramiz Təkani düz deyib:
Ədalət şam kimi əriyir, Allah
Zor haqqı divara dirəyir, Allah
Yalan ayaq açıb yeriyir, Allah
Bacara bilmirsə doğru yalanla
De, necə barışım mən bu zamanla?
Mərdlərin başını namərdlər yeyir
Şərə göz verməyib göz yumur Xeyir
Gədalar özünə şahənşah deyir.
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla?
Ürəklər soyuyub, olub buz kimi
Namus çeynənilir bir saqqız kimi
10 ilin pozğunun təmiz qız kimi
Gəlin köçürən var toyla, nişanla
De, necə barışım mən bu zamanla?
Bığsız kişiləri el ağsaqqalı
Elmdən dəm vurur ağıldan kalı
Pələngə tay olub çaqqal-çuqqalı
Qoyunu aşnalıq edir qabanla
De, necə barışım mən bu zamanla?
Qeyrət çoxları üçün olub 'qeyri ət'
1 milyon qaçqını olan bu millət
Dözüb səbr eləyir dəhşətdi dəhşət
Yuya bilmiriksə biz qanı qanla
De, necə barışım mən bu zamanla?
'Ramil Səfərova azadlıq!' hanı?
Verdik yad əllərə o mərd oğlanı
Allah yerə soxsun Azərbaycanı
Bu həyalı canla, bu həyəcanla
De, necə barışım mən bu zamanla?
İndi bir şüar var - 'yaşasın rüşvət'
Başda vəzifədir, ayaqda qeyrət
Bu yolla hara gedir bu millət
Yolu kəsmək olmur hətta Quranla
De, necə barışım mən bu zamanla?
Ata-anasını oğraşlar bugün
Qocalar evinə edirsə sürgün
Qarabağ alınar? Bu,qeyri-mümkün
Dünyanı titrədən ahu-fəğanla
De, necə barışım mən bu zamanla?
Hər kəs öz xeyrini güdür həyatda
Bu işə Allah da mat qalıb hətta
2 doğma qardaş 1 damın altda
1 ocaq yandırır 2 qazanla
De, necə barışım mən bu zamanla?
Haqqa yox, nəfsədir indi etiqad
1 kimsə yoxsula etməyir imdad
Varlı öz dövlətin çəkdirir, ey dad
Kasıb öz çəkisin çəkən qapanla
De, necə barışım mən bu zamanla?
Varlı süfrəsində olan tox milçək
Durur ac kasıbdan hörmətdə yüksək
Pul üçün fağıra hansısa eşşək
Əgər əmr edirsə 'xoruztək banla'
De, necə barışım mən bu zamanla?
Kasıb nə deyirsə 'əşşşii' deyirlər
'Dəlidi, işləmir başı' deyirlər
İndi dövlətliyə 'kişi' deyirlər
Mənlik ölçülürsə dövlətlə, şanla
De, necə barışım mən bu zamanla?
Avropa dəbinə olandan kölə
Ar zibil şəklində atılıb çölə
Adam xəcalətdən az qalır ölə
Darbalaq şalvarla, yarıq tumanla
De, necə barışım mən bu zamanla?
Mən vəhşi çimərlik gördüm bu yayda
Diqqət! Fahişəxana tikilir ayda
Ata Moskvada, ana Dubayda
Oğul parapeddə, qız Özün anla
De, necə barışım mən bu zamanla?
Şairlər yazmasın sevgi şeirini
'Məcnunlar' bulvarda gəzir 'Leylini'
Erkəylər erkəyə salır meylini
Nigah bağlayırsa zənan zənanla
De, necə barışım mən bu zamanla?
[cavab]
xCoory
23 Sen 2014 / 06:16
He dinlemisem superdi
[cavab]
ViP__DaNGeR
23 Sen 2014 / 17:22
Super
[cavab]
ziko006
23 Sen 2014 / 17:33
az copy eliyun dee
[cavab]
Huseynzadehh
24 Sen 2014 / 12:53
dinlemiwem eladi
[cavab]
Fermer_Dayi_7
25 Sen 2014 / 00:49
Ehsen
[cavab]
Bölmeye qayıt
0.1266 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az