Yaman ağır imiş atasız dünya [Dj-Heyder]
Dj-Heyder
20 Sen 2014 / 16:00
Sən getdin bir daha
geri dönmədin
Agladim, sızladim,
amma ölmədim
Şam kimi əriyib yanıb
sönmədim
Sən mənim
şanimsan, canimsan
ata
Həyatda əl çatmaz
payımsan ata!
***
Sen getdin həyatim
qaranliq oldu
Açilan güllərim
saralib soldu
Qaynayan bulagim
yerində dondu
Sən mənim şərəfim
şanimsan ata
Həyatda əl çatmaz
payimsan ata!
***
Sənin varlıgındır
yaşadan məni
Kor olmuş cücə tək
tapmıram dəni
De indi haradan
axtarım səni?
Başimin tacisan
varimsan ata
Həyatda əl çatmaz
payımsan ata!
***
Tikdiyin evində sag
can gormədin
Əkdiyin agacin barın
yemədin
Doyunca nəvənə sən
can demədin
Qəlbimdə sızlayan
sazımsan ata
Həyatda əl çatmaz
payımsan ata!
***
Sənsiz bükülübdür
qəddi qamətim
Agarmiş saçlarım
yoxdur taqətim
Gül kimi saralıb solub
səadətim
Vuran ürəyimsən,
görən gözümsən ata!
Həyatda əl çatmaz
payımsan ata!
***
Həyatda adını
yaşadan vardı
Hər yerdə, hər yerdə
izlərin qaldı
Ötən güunlərimi
yadıma saldı
Gözümün işıgı
nurusan ata
Həyatda əl çatmaz
payimsan ata!
Allah bütün Atasi rəhmətə gedənlərin Atasina rəhmət etsin.Yeri cənnət olsun. Başda Wuyud niki olmaqla.
red. Dj-Heyder (20.09 /16:01)
[cavab]
Wuyud
20 Sen 2014 / 16:30
ALLAH razi olsun senden cox sag ol
[cavab]
Dj-Heyder
20 Sen 2014 / 16:41
Wuyud, Dəyməz.Bele mövzular açmaq borcumuzdur
[cavab]
ViP__DaNGeR
20 Sen 2014 / 17:58
Wuyud, allah atana rehmet elesin amin inwallah
[cavab]
Hayallerim
10 Dek 2015 / 22:17
Super:/
[cavab]
Bölmeye qayıt