O kesle dostluq et ki
NARDARANLI
16 Sen 2014 / 23:31
İmam Sadiq(ə) buyurub: «O kəslə dostluq et ki,
onunla zinət taparsan, səninlə zinətlənənlə
dostluq etmə.»
(İlk baxışda, hədisin məqsədi budur ki, elə bir
şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin
zinətlənmənizə səbəb olsun. Onu zinətləndirdiyi
n, ancaq sənin zinətlənməyinə səbəb olmayan
şəxslə yoldaşlıq etmə)
Allah üçün dostluq.
Xatırladaq ki, Allaha daha yaxın olan insanlar öz
övladlarını, yaxın qohum-əqrəba və dostlarını
instinktiv olaraq sevməmişlər, əksinə, onlar hər
cür nəfsani, eləcə də qeyri-insani hisslərdən
uzaq olmuşlar. Belə şəxslərin məhəbbəti ixlas
üzündən, habelə Allaha görə olmuşdur. Allahdan
digərinə olan sevgiləri isə elə yenə də Allahın
özünə qayıdır və Allaha xatir olur. Məhz buna
görə də həzrəti-Yəqüb(ə.s) Yusif(ə.s)-i başqa
övladlarından daha çox sevirdi. Nəticədə, Yəqub
(ə.s)-un o biri övladları onun Yusif(ə.s)-i nə
səbəbə belə çox sevdiyindən xəbərsiz olduqları
üçün pis fikirlərə düşmüşdülər. Onu yolunu
azmış kimi qələmə verib, həmişə deyinirdilər:
«Yəqub(ə.s)-un bu məhəbbətinə biz layiqik,
çünki dünya işlərini yerinə yetirməkdə biz ondan
(Yusifdən) daha bacarıqlı və daha güclüyük ».
Amma Yəqub(ə.s)-un Yusif(ə.s)-ə olan
məhəbbəti maddi səbəblər üzündən deyil,
əksinə, Allahın Yusif(ə.s)-i sevdiyinə və onu
qardaşlarının arasından seçəcəyinə görə idi.
Yəqin ki, Allahın sevimlisi onun Peyğəmbər(s)-in
in də məhbubu, sevimlisi olacaqdır.
Kuleyni Məhəmməd ibn Sənandan belə nəql
edir:
Bir gün İmam Cavad(ə.s)-a müsəlmanlar
arasında baş vermiş ixtilaflı bir mövzu barədə
söhbət açdım. O da mənim cavabımda belə
buyurdu: «Ey Məhəmməd! Bil ki, Allah-təala
həmişəki kimi yeganə və misilsizdir. Ondan
sonra Mühəmməd(s), Əli(ə.s) və Fatimə(s.ə)-nin
nurunu yaratdı. O pak üç nur min illərlə beləcə
qaldı. Daha sonra Allah-təala bütün mövcudatı
xəlq edərək onları məxluqatın yaradılışına şahid
etdi. Bütün yaradılmışların arasında yalnız onlara
itaət etməyi buyurdu, məxluqatın bütün işlərini
onlara həvalə etdi. Beləliklə, onlar (Mühəmməd
(s), Əli(ə.s), Fatimə (s.ə)) istədikləri şeyi halal və
haram edə bilərlər. Lakin onu da bilmək lazımdır
ki, bu üç müqəddəs vücud Allahın istədiyini
istər, onun qəbul etmədiyini sevmək və ya Allah
istəyəndən başqa heç nəyi istəməzlər. Bu, dinin
mahiyyətidir. Kim tələsib qabağa keçsə, yolunu
azar. Hər kim də arxaya qalıb ləng tərpənsə,
həlak olar. Yalnız din ilə yanaşı addımlayan
onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu
sözü öyrən və əzbərlə».
Müəllif yazır: «Bu şərif hədisdə Fatimə(s.ə)-nin
İlahinin məxluqatın bütün işlərini həvalə etdiyi
şəxslərdən olduğu bəlli olur. Beləliklə, o, istədiyi
şeyi halal və haram edə bilər (əlbəttə, bir şərtlə
ki, onun istədiyi Allahın istədiyi olsun).
[cavab]
Mr_PsiXxX
17 Sen 2014 / 00:29
ALLAH RAZI OLSUN.HAQQIVI HALAL ELE COPY EDECEM unudanda oxumaq ucun
[cavab]
NARDARANLI
17 Sen 2014 / 08:16
Mr_PsiXxX, Halal xosun
[cavab]
zekow
17 Sen 2014 / 09:16
Allah razi olsun.
[cavab]
NARDARANLI
17 Sen 2014 / 13:15
zekow, Bahem cumlemizden
[cavab]
Bölmeye qayıt
0.1363 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az