Gunluk Burc xCoory
xCoory
15 Sen 2014 / 00:41
Salam Dostlar Men Bu Gunden Her Gun 00:00 Dan Sonra Ulduz Fali . Gunluk Burclerden Yazacam . Baxacam Gorek Isteyenler Olsa Davam Edecem Yoxsa Yazmayacam. Here Oz Burcunu Yazsin Gorek Kimin Burcune Ne yazilib ;) Unutmayaq Ulduzlardanda Boyuk ALLAH - dir !
red. xCoory (15.09 /00:50)
[cavab]
xCoory
15 Sen 2014 / 00:43
15 sentyabr 2014-cü il. Günün qoroskopu: önəmli işlərə başlamayın
red. xCoory (15.09 /00:43)
[cavab]
xCoory
15 Sen 2014 / 00:44
Qoç - mübarizəyə hazır olun.
Qələbə asan olmayacaq. Müsbət
təmayüllərin təsiri saatlar
keçdikcə azalacaq. Problemlər və
çətinliklərin sayı artır.
Müşkül məqamlar işlə yanaşı, evdə və
küçədə də yarana bilər. Maliyyə itkiləri
istisna deyil.
Günün ikinci yarısında xərclər nəzərdə
tutulduğundan artıq ola bilər.
İşdə həmkarlar və rəhbərliklə
münasibətləri korlamayın. Davranışınızı
dəyişin, inad etməyin. Belədə bir sıra
çətinliklərin yaranmasının qarşısını ala
bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
[cavab]
xCoory
15 Sen 2014 / 00:45
Buğa - düşünülməmiş addımlar
atmayın, tələskənliyə yol
verməyin. Günün ilk yarısında
önəmli işlərə başlamayın, mühüm qərarlar
qəbul etməyin. Emosiyaların təsiri altına
düşməyin. Təxribatlara uymayın, hisslərin
əsiri olmayın.
Belə davranışınızdan sizə yaxşı heç nə
arzulamayan insanlar yararlana bilərlər.
Günün ikinci yarısında etibar etdiyiniz insan
sizə zərbə vuracaq. O, hisslərinizi ələ
salacaq, sonra da sirrinizi faş edəcək.
Müsbət təmayüllərin təsiri artacaq. Bu
yaxınlarda baş vermiş hadisələri təhlil edin,
dürüst nəticəyə gəlin. Davranış modelində
zəruri dəyişikliklər edin.
Axşam saatlarında romantik münasibətlər
istisna deyil.
[cavab]
xCoory
15 Sen 2014 / 00:45
Əkizlər - günün ilk yarısında
başladığınız işlərdə uğur qazana
bilərsiniz. Şanslarınızdan
yararlanın. Müsbət təmayüllərin təsiri uzun
müddət davam etməyəcək. Yaranmış
situasiyadan faydalanın. Sürətlə və qısa
müddətdə başa vura biləcəyiniz işə
üstünlük verin.
Yalnız nüfuzlu müttəfiqlər sizi
dəstəkləyərsə, genişmiqyaslı layihələrə
başlaya bilərsiniz.
Günün ikinci yarısında tanışlıqlar xoş
münasibətlərin əsasını qoya bilər. Karyera
müstəvisində irəliləyiş və maliyyə
imkanlarını yaxşılaşdırmaq imkanları var.
Axşam saatlarında normal istirahət edin.
[cavab]
xCoory
15 Sen 2014 / 00:45
Xərçəng - gün asan olmasa da,
məhsuldardır. İşlərin çoxluğu və
tər içində çalışmaq perspektivi sizi
qorxutmasın, çəkindirməsin. Bacarıqlarınızı
və peşəkar fəaliyyətdəki imkanlarınızı
nümayiş etdirin. Bilin ki, özünüzlə bağlı xoş
təəssürat yaratmağa çalışdığınız insan
səylərinizi görməyəcək.
Biliklərinizi göstərməkdən çəkinməyin.
Özünüzü tərifləməyin.
Günün ikinci yarısında ünsiyyətdə
problemlər yarana bilər. Müttəfiq
saydığınız insan sizdə təəssüf hissi
yaradacaq addım atacaq.
Axşam saatlarında səhhətinizdə
problemlərin yaranması istisna deyil.
[cavab]
xCoory
15 Sen 2014 / 00:46
Şir - son vaxtlar yaranan
ideyalardan birini reallaşdırmaq
olar. Başladığınız işi bitirin. Yeni
tərəfdaşlar və əməkdaşlarla işbirliyi üçün
münasib zamandır.
İşgüzar fəaliyyətlə yanaşı, şəxsi
münasibətlərdə irəliləyişlər ola bilər.
Münaqişələrə rəvac verməyin.
Günün ikinci yarısında mübahisələrə
qatılmayın. Əks təqdirdə təmaslar sürətlə
korlana bilər. Rəqiblərin sayını artırmayın.
Praqmat olun, soyuqqanlı davranın.
Axşam saatlarında gəzintiyə çıxın.
[cavab]
xCoory
15 Sen 2014 / 00:46
Qız - xoşagəlməz məlumatlar ala
bilərsiniz. İşgüzar məsələlərdən
biri xeyrinizə həll olunmayacaq.
Bütün problemlərə rəğmən sakit olun,
təmkininizi pozmayın. Maraqlarınız
uğrunda mübarizə aparmaq mənasızdır.
Şəraitə uyğunlaşın, situasiyadan
faydalanın.
Günün ikinci yarısında anlayacaqsınız ki,
situasiya o qədər də əlverişsiz deyil.
Müsbət məqamlar da var. Dəyər verdiyiniz
şəxsi münasibətlərin harmonik inkişafına
çalışın. Axşam saatlarında xoş sürprizlər
ola bilər. Romantik görüş üçün yaxşı
zamandır.
[cavab]
xCoory
15 Sen 2014 / 00:46
Tərəzi - günün ilk yarısında
ehtiyatlı olun. Emosional fon stabil
deyil. Kənar təsir altına düşməyin,
manipulyatorun qurbanına dönməyin.
Situsiyanı soyuqqanlı, düşünülmüş şəkildə
dəyərləndirin. Təhlükəli vəziyyətdən çıxış
yolu tapın.
Günün ikinci yarısında situasiya sakit
olacaq. Orijinal ideyalar, cəsarətli niyyətlər
ola bilər. İşgüzar intuisiyanız iti olsun.
Anlaşma və ya müqaviləni müzakirə
edərkən maraqlarınızı unutmayın.
Axşam saatlarında sevdiyiniz insanla
birlikdə istirahət edin.
[cavab]
xCoory
15 Sen 2014 / 00:46
Əqrəb - günün ilk yarısı uğurlu və
xoş keçəcək. Sevimli işlə məşğul
olmaq üçün əlverişli zamandır.
Kimlərinsə neqativ münasibətindən,
tənqidlərindən çəkinməyin. Peşəkar
fəaliyyət müstəvisində çoxdan bəri mövcud
olan problemi həll etmək imkanları yaranıb.
Günün ikinci yarısında işlə bağlı
məsələlərin həllində sizə yardım edəcək
insanla tanış ola bilərsiniz.
Axşam saatlarına yaxın çətinliklər və
problemlər artacaq. Xoşagəlməz
məlumatlar, gözlənilməz gecikmələr,
planlaşdırılmamış xərclər ola bilər.
Əhvalınızı korlamayın. Xırda məsələlər və
kiçik problemlərə görə bədbinliyə
qapılmayın.
[cavab]
Bölmeye qayıt
0.1218 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az