Gunluk Burc xCoory
__AFRODITA__
17 Sen 2014 / 19:47
Wir..tewekkur
[cavab]
xCoory
18 Sen 2014 / 00:39
18 sentyabr 2014-cü il. Günün qoroskopu: o anı gözləyin
[cavab]
xCoory
18 Sen 2014 / 00:39
Qoç - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. Faydalı məlumat alacaqsınız. Yenilikləri sürətlə əxz edin, mühüm məsələni unutmayın. Ailədə fikir ayrılıqlarını aradan qaldırın. Çoxdan bəri mövcud olan və sizi narahat edən münaqişəni sonuclandıra bilərsiniz.
Günün ikinci yarısında yaşam potensialınız yüksək olacaq. Ağır fiziki əmək və ya usandırıcı işlə məşğul olsanız belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Yaxınlarınız yardımlardan imtina etməyəcək, cəsur ideyalarınızı həvəslə dəstəkləyəcəklər.
[cavab]
xCoory
18 Sen 2014 / 00:40
Buğa - önəmli qərarlar və mühüm işlər üçün əlverişli gün deyil. Şərtlər o qədər yaxşı deyil. Daha münasib situasiyanın formalaşacağı anı gözləyin. Düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Dostlar və ya yaxınlarınızdan biri ilə bağlı məlumat sizi narahat edə bilər.
Günün ikinci yarısında vəziyyət daha da ağırlaşa bilər. Aktiv olun, yanlış istiqamətdə olan prosesə dərhal müdaxilə edin.
Səhhətinizdə problemlər istisna deyil. Özünüzü qoruyun. Sağlam qidalanmaya üstünlük verin. Zərərli vərdişlərdən imtina etməyə cəhd göstərməyə cəhd göstərin. Səfər uğurlu olacaq, amma baha başa gələcək.
[cavab]
xCoory
18 Sen 2014 / 00:40
Əkizlər - çətin gündür. Bir qədər əvvəl yaranmış problemlər təcili, təxirəsalınmaz həllini tələb edir. İşdə yaranmış ağır situasiyanı çözmək üçün alternativ variantlardan yararlanmağı çalışın.
Vaxtınızı mənasız işlərə sərf etməyin.
Günün ikinci yarısında yaxınlarınızın yardımları irəliləyişinizə təkan verəcək. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq. Axşam saatlarına yaxın emosional fonun stabilliyi pozulacaq. Əhvalınız dəyişəcək.
[cavab]
xCoory
18 Sen 2014 / 00:40
Xərçəng - çətinliklər istisna deyil. Müsbət təmayüllərin təsiri güclənəcək. Gün mahiyyət etibarilə pis deyil. Fəaliyyət planını hazırlayın. Ən kiçik detalları və xırdalıqları, təfərrüatları nəzərə alın. Yeni işlərə başlayın.
Günün ikinci yarısında yeni müttəfiq və ya tərəfdaşla çalışmaq daha ciddi uğura nail olmağa imkan verəcək.
Xoş sürprizlər, qəfil görüş və tanışlıq istisna deyil. Yaxın ətrafınızdakı insanların əhvalını pozmayın. Nikbin olun.
[cavab]
xCoory
18 Sen 2014 / 00:41
Şir - bütün mühüm işləri günün ilk yarısında bitirməyə can atın. Məhz bu zaman daha məhsuldar və uğurlu olacaq. Rəğbət bəslədiyiniz tərəfdaşlarla müzakirələr aparmaq, yeni layihəni təhlil etmək mümkündür. İşgüzar məqamları şəxsi münasibətlərə qatmayın.
Günün ikinci yarısında ailədə fikir ayrılığı yarana bilər. Yaşlı qohumların xətrinə dəyməyin. Axşam saatlarını açıq havada istirahətə həsr edin.
Özünüzü yormayın.
[cavab]
xCoory
18 Sen 2014 / 00:42
Qız - yeni layihəyə başlamaq üçün potensial tərəfdaşlarla danışıqlara başlaya bilərsiniz. Həmin şəxslərdə özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Yaxınlarınızla dil tapın. Xoş sürprizlər istisna deyil. Alış-verişdə çox pul xərcləməyin. Gəlirlər istisna deyil.
Günün ikinci yarısında maliyyə fonu stabil deyil. Dəyərli saydığınız əşyanın itməsi və ya hər gün istifadə etdiyiniz avadanlıq, texnikanın sıradan çıxması ehtimalı var.
Axşam saatlarında səfər və ya gəzintiyə çıxmaq olar.
[cavab]
xCoory
18 Sen 2014 / 00:42
Tərəzi - önəmli hadisələr və köklü dəyişikliklər vəd etməyən gündür. Əhvalınız pis olmayacaq. Nigaran qalmayın. Saatlar keçdikcə sizə maraqlı gələcək iş və ya məşğuliyyət tapın. İdeya və ya niyyətləriniz yaxın ətrafınızdakı insanları da maraqlandıra bilər. Birgə fəaliyyət və təmərküzləşmiş səylər parlaq nəticələrlə sonuclanacaq.
Günün ikinci yarısında yaşamın müxtəlif sahələrində təşəbbüskar olun. Sizi narahat edən məsələni açıqlamaqdan çəkinməyin. Sözləriniz yanlış anlaşılmayacaq. Uğurlu təsadüflər dürüst qərara təkan verir. Son vaxtlar ağır problemləri həll etməyə çalışın və qətiyyətli olun.
[cavab]
xCoory
18 Sen 2014 / 00:43
Əqrəb - narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Gün yetərincə yaxşıdır. Ehtiyatlı olun. Maliyyə məsələləri, xərclər və büdcənin planlaşdırılması ilə bağlı işlərdə diqqətli davranın. Dəvət aldığınız tədbirə qatılmağı unutmayın. Faydalı tanışlıqlara nail ola bilərsiniz.
Günün ikinci yarısı dəyər verdiyiniz insanlarla ünsiyyət üçün əlverişlidir. Sevdiyiniz insanın əsl niyyəti və gerçək istəklərini anlamağa çalışın. Ona yardım edin. Axşam saatlarında yaxşı tanımadığınız insanlarla münaqişə etməyin
[cavab]
Bölmeye qayıt
0.127 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az