Gunluk Burc xCoory
xCoory
16 Sen 2014 / 00:37
Buğa - peşəkar fəaliyyət və
şəxsi münasibətlər baxımından pis
gün deyil. Yaxın ətrafınızdakı
insanları anlamağa çalışın. Hətta
başqalarının dil tapa bilmədiyi insanın
dediklərini səbrlə dinləyin. Dürüst qərarı
tezliklə vermək mümkündür. Uzun-uzadı
fikirləşməyə, təhlilə və müzakirlərə ehtiyac
yoxdur.
Rəqiblərinizlə müqayisədə daha yaxşı
nəticələrə can atın.
Əvvəllər yaranan və hələ də çözülməyən
problemlər günün ikinci yarısında sizi
narahat edəcək. Tələskənlik etməyin.
Yaxın ətrafınızdakı insanlar aktiv fəaliyyət
tələb edərək əhvalınızı korlaya bilərlər.
[cavab]
xCoory
16 Sen 2014 / 00:38
Əkizlər - özünüz olun, saxtakarlıq
etməyin. Məqsədə çatmaq üçün
izafi səylərə ehtiyaclar yoxdur.
Məsələ heç də müsbət təmayüllərin
təsirinin güclənməsində deyil. Qüvvələrinizi
normal dəyərləndirin, qarşınıza irreal
məqsədlər qoymayın.
Günün ikinci yarısı qeyri-formal ünsiyyət
üçün çox əlverişli gündür. Peşəkar
fəaliyyətlə bağlı məsələləri işlədiyiniz yerdə
müzakirə etməyin. Sadə olun, normal
davranın. Qısamüddətli işgüzar səfər pis
alınmayacaq.
Axşam saatlarında normal istirahət edin.
[cavab]
xCoory
16 Sen 2014 / 00:38
Xərçəng - müsbət təmayüllərin
təsiri güclənəcək. Yaranan
çətinliklərin öhdəsindən
gələcəksiniz. Müstəqil çalışırsınızsa,
diqqətli olun. Başqasının yardımlarından
yararlanmaq fikriniz varsa, düşünüb-
daşınmadan qərar verməyin.
Müttəfiqlərin dəstəyindən istifadə edəndə
özünüzü daha əmin hiss edəcəksiniz.
Nüfuzlu rəqib belə, sizə zərər verə
bilməyəcək.
Günün ikinci yarısında yaşlı qohumlarınızla
fikir ayrılıqları istisna deyil. Sərvaxt
davranın. Aldığınız məlumatları yoxlasanız,
ağır problemlərlə qarşılaşmayacaqsınız.
Özünüzlə manipulyasiya etməyə imkan
verməyin.
[cavab]
xCoory
16 Sen 2014 / 00:38
Şir - maraqlı, hadisələrlə zəngin,
amma sadə olmayan gündür.
Qüvvə və səylərinizi bərabər
paylaşdırın. Qətiyyətli, iradəli olsanız, çox
yaxşı nəticələrə nail ola bilərsiniz. Peşəkar
fəaliyyət müstəvisindəki hədəflərə laqeyd
yanaşmayın.
İşdə rəhbərliklə fikir ayrılığı ola bilər.
Önəmli işgüzar tərəfdaşlarla ünsiyyətdə
aqressiv olmayın. Qəbul etdiyiniz qərarlara
emosiyaların təsirinə imkan verməyin.
Günün ikinci yarısında xoş sürprizlər
olacaq. Romantik görüş, etiraflar və xoş
ünsiyyət sizi sevindirəcək. Təxəyyülünüzü
işə salın, sevdiyiniz insanı sevindirin.
[cavab]
xCoory
16 Sen 2014 / 00:39
Qız - günün ilk yarısı yorucu və
usandırıcı təsir bağışlaya bilər.
Müxtəlif insanlarla fərqli görüşlər
istisna deyil. Məqsədə çatmaq üçün adi
günlərlə müqayisədə daha çox səy
göstərməli olacaqsınız. Həmsöhbətinizin
nə dediyini anlamağa çalışın. Laqeyd
olmayın.
Günün ikinci yarısında yorulduğunuzu,
qüvvədən düşdüyünüzü hiss edəcəksiniz.
Müstəqil fəaliyyətə can atın. Rutin işlərlə
yanaşı, yaradıcı yanaşma tələb edən
məsələlərlə diqqətli və sayıq olun.
Fəaliyyət azadlığı istəyirsiniz. Özünüzə
əmin olun.
Mənasız məsləhətləri qulaqardına vursanız,
irəliləyişə nail ola bilərsiniz.
[cavab]
xCoory
16 Sen 2014 / 00:39
Tərəzi - gün şəxsi həyatınızda
ciddi dəyişikliklər və müsbət
yeniliklər vəd edir. Nə istədiyinizi
yaxşı anlamağa çalışın. Qarşınıza
qoyduğunuz məqsədlərdən geri çəkilməyin.
İrəliləyişdə çətinliklər yaransa da, ruhdan
düşməyin.
Qeyri-adi, cəsarətli ideyalar yaranacaq.
Onlardan birini reallaşdırmaqla parlaq
nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısı işgüzar fəaliyyət
baxımından sərfəlidir. Maraqlarınıza ciddi
təhlükə yoxdur. Yeni problemlərin
yaranmasını əvvəlcədən ehtimal etmək
mümkündür. Alış-verişdə çox pul
xərcləməyin.
Axşam saatlarında sevdiyiniz insanla
istirahət edin.
[cavab]
xCoory
16 Sen 2014 / 00:40
Əqrəb - peşəkar fəaliyyətdə
irəliləyişlər və şəxsi
münasibətlərdəki problemlərin
həlli üçün münasib zamandır. Sizi narahat
edən məsələləri yaxınlarınızla söhbətlərdə
müzakirə edin. Narahat olmayın: onlar sizi
anlayacaq, iradlarını bildirməyəcəklər. Yeni
və maraqlı tanışlıq şansları var.
Günün ikinci yarısında intuisiya sizi
aldatmayacaq. Yeni layihəni
reallaşdırmaqda sizə dəstək olacaq insanı
dürüst seçin.
İşdə dəstəyə və ya yardıma bel
bağlamayın. İşlər plan üzrə getməzsə,
çətinliklərə hazır olun. Planlara dərhal
dəyişikliklər edin, daha effektiv məcra və
ya variantı seçin.
[cavab]
xCoory
16 Sen 2014 / 00:40
Oxatan - günün ilk yarısında
çətinliklər olacaq. Problemlər ciddi
ola bilər. Lakin onların həlli
mümkünsüz deyil. Fəaliyyət planını
dəqiqləşdirin. Problemlərin müəyyən
hissəsini həll edəcək köməkçi və ya
yardımçıya müraciət edin. Bədxahlar və ya
rəqiblərin hücumlarına sinə gərin.
Günün ikinci yarısında situasiya əlverişli
olacaq. Yaradıcılığa meyllisinizsə, uğurlar
qazanacaqsınız. Nailiyyətlərinizlə fəxr edə
bilərsiniz. Qəfil gəlirlər istisna deyil.
Axşam saatlarında gəzintilərə çıxın.
[cavab]
xCoory
16 Sen 2014 / 00:40
Oğlaq - tələskənliyə yol
verməyin. Düşünülməmiş addımlar
atmayın. Çoxsaylı məsləhət, tələb
və dilətutmalara rəğmən əlverişli anı
gözləyin. Vaxtından əvvəl qəti qərar
verməyin. Belə olarsa, uğura nail
olacaqsınız. İstədiyinizə çatacaq,
qüvvələrinizə qənaət edəcəksiniz.
Günün ikinci yarısında yeni tərəfdaşla
əməkdaşlığa başlamaqdan çəkinməyin.
Əhvalınız yaxşılaşa bilər.
Axşam saatlarında normal istirahət edin.
[cavab]
xCoory
16 Sen 2014 / 00:40
Dolça - günün ikinci yarısı sakit
və rəvandır. Narahatlıq, təlaş və
ya gərginlik üçün heç bir səbəb
yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə
çata bilərsiniz. İşləri vaxtında başa
çatdırmağa çalışın. Anlaşma, sövdələşmə
və müqavilələr üçün əlverişli zamandır.
Günün ikinci yarısı yeni tərəfdaşlarla
əməkdaşlıq üçün münasibdir. İşgüzar səfər
pis alınmayacaq.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Yorğunluq hiss etməyəcəksiniz. Çox
çalışsanız da, problemlər yaranmayacaq.
Dəyər verdiyiniz insanla qəfil görüş olacaq.
Dost və ya sevdiyiniz insan üçün xoş
xəbəriniz var.
[cavab]
Bölmeye qayıt
0.1268 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az