ÇOX MARAQLDIR

pol KeNT4 10 Sen 2014 / 01:09
Baba Pünhan
AZƏRBAYCAN OXUYUR
Sabira, qalma nigaran ki, müsəlman
oxumur,
Fələyin çərxi dönüb, indi
müsəlman oxuyur.
Tənələrdən yorulub, dəngəsər
olmuş kişinin,
Özü bir yanə, qızı-arvadı üryan
oxuyur.
Elə ki, bir qədər ətdəndi cumur
mikrofona,
Sanki sübh dan sökülür, hindi
xoruz ban oxuyur.
Bu fanaqramı inan anlamıram ki
nədi bu,
Dodağı tərpənir amma sözü daldan
oxuyur.
Ad alan kəs neçə ton astadan ifa
eləsə,
Ad verən də o qədər tonda
yuxardan oxuyur.
Elə bil incə yeri qapılar arasında
qalıb,
Qoyub Allah yoluna ağzına hədyan
oxuyur.
O zamandan ki, Vətən qeyrəti
tərpətdi bizi,
Bax o gündən elə qız tərpənir,
oğlan oxuyur.
Qız-gəlin namusu tapdaqların
altında ikən,
Hansı haqq ilə çalıb Azərbaycan
oxuyur?!
"Şahmənəm" operasın sən demə
BUŞ bəstələyir,
"Daşnak"ın partiyasın burda
Köçəryan oxuyur.
Ehtiyac şir kimi oğlanları fağır
eləyir,
Tülkü fitvasına çaqqal şirə meydan
oxuyur.
Şükr elə Tanrıya, Pünhan bu çətin
gündə səni,
Kimi dildə, kimi əldə, kimi pünhan
oxuyur.

[cavab]

pol Creative 10 Sen 2014 / 10:18
_ela_

[cavab]

pol Ms_Famous 10 Sen 2014 / 11:57
dirr.Mövzuya göre tşk

[cavab]

pol s1n1 10 Sen 2014 / 15:09
bomba

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1252 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az