Həzrət Muhəmməd Peyğəmbər (s) buyurur:
TRoyKa
8 Sen 2014 / 11:47
Həzrət Muhəmməd Peyğəmbər
(s) buyurur:
“Özünün yaxşı işinə sevinən və pis işindən
narahat olan kəs mömindir.”
- “Dua möminin silahı, dinin sütunu, səmaların
və yerin nurudur.”
- “Hər eşitdiyini danışmağın sənin yalançılığının
sübutu üçün bəsdir.”
- “Böyüklük pislikdən çəkinməkdədir, ucalıq könül
xoşluğunda, zənginlik isə düzlükdə, inamdadır.”
- “İnsanın ən başlıca düşməni öz nəfsidir.”
- “Haqsızlıq qarşısında susan, dilsiz şeytandır.”
- “Bir gün ədalətlə iş görmək, 60 il ibadət
etməkdən üstündür.”
- “İnsanlar ata-analarından daha çox öz
zəmanələrinə oxşayırlar.”
- “Cənnətin qapıları qılıncların kölgəsi altındadır.”
- “Cinayətdən öncə cəza yoxdur.”
- “Elm Çində də olsa, onun dalınca gedin.”
- “Doğulmaq ölmək üçündür.”
- “Həqiqət naminə alçalmaq, günah işlər görüb
ucalmaqdan daha yaxşıdır. Belə alçalmaq həqiqi
ucalığa daha yaxındır.”
- “Öz sübhünüzü sədəqə verməklə başlayın,
çünki, bəla sədəqənin üstündən keçə bilmir.”
- “Günahdan tövbə odur ki, onu təkrar
etməyəsiniz.”
- “Bir-birinizə əl verin görüşün ki, qəlbinizdən kin
xaric olsun.”
- “Heç bir işini sabaha saxlama ki, hər günün öz
işi var.”
- “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
- “Qiyamət günü möminin əməl tərəzisinə xoş
xasiyyətdən üstün olan bir şey
qoyulmayacaqdır.”
- “Behiştə daxil olan ilk şəxslər şəhidlər
olacaqlar.”
- “Behişt anaların ayaqları altındadır.”
- “Hər kəs öz övladını öpsə, Allah ona bir həsənə
(savab) yazar; və hər kəs öz övladını sevindirsə,
Allah-Təala onu Qiyamət günü sevindirər.”
- “Hər kəs elmini artırsa, amma hidayətini
artırmasa, (bu elm) onu yalnız Allahdan
uzaqlaşdırar.”
- “Mənim ümmətimin ən şər və günahkar adamı
Allahın kitabını oxuyub (cəhalət və nadanlıq
üzündən) ona əməl etməyən kəsdir.”
- “Qiyamət günü qadının, ərinin razılığını kəsb
etməkdən başqa daha yaxşı şəfaətçisi ola
bilməz.”
- “Ata-anasının üzünə məxsus məhəbbətlə
baxan saleh övladın hər bir baxışına Allah-Təala
bir qəbul olunmuş həcc mərhəmət edər.”
- “Hər kəsin övladı dünyaya gəlsə, onun sağ
qulağına azanı, sol qulağına isə iqaməni
deməlidir. Bu əməl şeytanı uşaqdan
uzaqlaşdırır.”
- “Uşaq birinci 7 yaşına qədər ağa, ikinci 7 ildə
(14 yaşa qədər) xidmətçi, üçüncü 7 ildə (21
yaşınadək) isə ailənin vəziridir.”
- “Övladlarınızın ən yaxşısı qızlarınızdır.”
- “Allah dərgahında nigah səbəbi ilə abad olan
evdən daha sevimli bir şey yoxdur.”
- “Hər kəs evlənsə, dininin yarısını qorumuşdur.”
- “Möminlərə ehsan və qonaqlıq vermək 5 yerdə
sünnətdir: toyda, övlad dünyaya gələndə, sünnət
toyunda, ev alanda və həcdən qayıdanda.”
- “İnsnaların ən xəsisi, salam verməyə xəsislik
edən kəsdir.”
- “Şərab içən bütpərəst kimidir.”
- “Qohumlarla əlaqə saxlamaq, get-gəl etmək
(sileyi-rəhim) ömrü uzadır və yoxsulluğu aradan
aparır.”
- “Qurani-Kərim bir İlahi ədəb məktəbidir.
Bacardığınız qədər onun ədəb qaydalarını
öyrənin.”
- “İki nəfər arasında barışıq yaratmaq insanın
bütün oruc-namazlarından daha üstündür.”
- “Alimlərdən soruşun, hikmət sahibləri ilə
həmsöhbət olun və fəqirlərlə oturub-durun.”
- “Hər kəs öz zəmanəsinin İmamını tanımadan
ölsə, cahilliyyət dövründə ölmüş kimidir.”
[cavab]
xCoory
8 Sen 2014 / 11:56
ALLAH razi olsun
[cavab]
Ms_Famous
8 Sen 2014 / 12:10
Mövzuya göre tesekkür
[cavab]
(=DozZa=)
8 Sen 2014 / 15:24
Tewekkur
[cavab]
_avara_
8 Sen 2014 / 16:28
tewekkur.
[cavab]
x@kker
9 Sen 2014 / 11:44
ela tewekkur
[cavab]
zekow
9 Sen 2014 / 12:32
Allah razi olsun.
[cavab]
Bölmeye qayıt