Xurafat nedır?
Minika
7 Sen 2014 / 16:02
Xurafatcılar kımlere deyılır? xurafat hansı sozlere aıddır?
[cavab]
NARDARANLI
7 Sen 2014 / 16:07
Xurrafatcilar insana ve hec bir canliya deyer vermiyenlere deyirler o cumleden xurafatcilar kef meclislerinde cox olurlar ve dusuncesiz menasiz sohbetler edirler her kesden subhelenirler onlarin cemiyyete xeyirden cox ziyan verirler
[cavab]
Minika
7 Sen 2014 / 16:09
NARDARANLI,bu tam ısbat deyıl
[cavab]
NARDARANLI
7 Sen 2014 / 16:22
Dünyada İslam adına ortaya çıxan böyük kütlə
var. Qurandan xəbərsizdirlər. Özlərinin uydurduğu
xurafatlardan ibarət batil dinlə yaşayırlar.
Quranda olmayan bir şeyin olduğunu deyir, halalı
haram edir, yeni bidətlər uydurur, sevgi və sülh
dini olan İslamı nifrət və müharibə dininə
çevirməyə çalışırlar. Ən təhlükəli cəhətlərindən
biri də bu dinə İslam adını vermələri və İslam adı
altında həyata keçirdikləri fəaliyyətlərlə İslama
zərər vermələridir.
Onların dinində hər şey qadağandır. Gülmək,
xoşbəxt olmaq, təhsilli və baxımlı olmaq,
ALLAH`ın verdiyi və halal etdiyi bütün nemətlər
haramdır. Onların dinində nifrət, qəzəb və
bədbəxtlik var. O din qapqaranlıqdır, çünki haqq
olanı tətbiq etmirlər. Haqqın yerinə batili
qoyublar. Qurana zidd olan uydurma sözləri
hədis adlandıraraq Peyğəmbərimizə (s.ə.v) iftira
atırlar (Peyğəmbərimizi (s.ə.v) tənzih edirik).
Quranı dəyişdirməyə, yeni din meydana
gətirməyə çalışırlar. Uydurduqları dini isə heç
özləri də tətbiq etmirlər.
Bu qaranlıq dinin xurafatçıları sayca az olsalar
da, təsir etdikləri kütlə böyükdür. Bir çox insan
İslam deyildikdə ancaq bu modeli görür. Bir çoxu
da İslam adı altında bu xurafatları yerinə
yetirməli olduğunu düşünür. Bu xurafatçılara
Qurana toxunmaq qadağan edilib, ona görə öz
dinlərini bilmirlər. Ancaq xurafatı öyrənir və din
kimi tətbiq edirlər.
Quranda ALLAHın halal etdiklərini haram edənlər
belə tərif edilir:
De: “ALLAHın Öz bəndələri üçün yaratdığı zinəti
və təmiz ruziləri kim haram buyurmuşdur?” De:
“Bunlar dünyada iman gətirənlər üçündür,
qiyamət günündə isə yalnız möminlərə
məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir
tayfaya belə ətraflı izah edirik. (Əraf surəsi, 32)
Müsəlman dünyanın ən xoşbəxt insanıdır.
Xoşbəxt olmalıdır, çünki ALLAHı tanıyıb iman
gətirib, ALLAHa təvəkkül etməyi, səbir etməyi,
şükür etməyi bilən varlıqdır. Gələcəklə bağlı
narahatlıq keçirmir. Başına gələn çətinliklərin
xeyirlə yaradıldığını bilir, qədərində olduğunu
dərk edir və ölüm onun üçün son deyil, ALLAHa
və əbədi həyata qovuşma anıdır. Belə bir insan
niyə kədərlənsin? Habelə, xoşbəxtlik uca
Rəbbimizin əmridir. Kədər və bədbəxtlik ayələrdə
inkar edənlərin xüsusiyyəti kimi vurğulanır.
Xurafatçılar ALLAHın bu hökmünü saxta
hədislərlə aradan qaldırmağa cəhd edirlər.
Müsəlmanlara ALLAHın inkarçılara aid etdiyi
kədəri yaraşdırırlar. Ruhun və bədənin ən böyük
ehtiyacı olan sevinci yox etmək istəyirlər.
Cənnətdə sevinc içində olan müsəlmanları bu
cənnət sevincindən məhrum etmək istəyirlər.
Kədərin həqiqi mənasının fərqinə varmırlar. Bir
hadisəyə kədərlənmək “kaş olmasaydı” deməklə
eynidir. Bu isə - insan qəbul etsə də, etməsə də
- qədərə üsyandır. Kədərlənməyi halal edərək
ALLAHın hökmünə qarşı çıxdıqlarını, ALLAHın
yaratdığı qədərə üsyan etdiklərini dərk etmirlər.
ALLAH xoşbəxtliyi, zövqü, sevinci müsəlmanlara
halal edib. Rəbbimiz ayədə: “Ruhdan düşməyin
və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə,
siz çox yüksəkdə durursunuz!” (Ali-İmran surəsi,
139) - deyərək kədəri müsəlmanlara haram
etmişdir.
Zinətlər, gözəl ruzi, sevinc, sevgi, incəsənət,
rəqs, musiqi, əyləncə, xoşbəxtlik və bütün
gözəlliklər ALLAH tərəfindən halal edilməsinə
baxmayaraq, xurafatçılar bunların hamısını
qadağan ediblər. “Bu haramların mənbəyi
nədir?” - deyə soruşduqda ya adət-ənənə deyir,
ya da uydurma hədisləri dəlil göstərirlər. Halbuki,
buna dair Qurandan heç bir dəlilləri yoxdur.
İndi xurafatçıların məntiqini xəyalımızda
canlandırıb onların istədiyi kimi dünyanın nəyə
bənzədiyini təsəvvür edək. Musiqisiz, rəsmsiz,
incəsənətsiz mühit necə olar? Heç bir gözəlliyin
olmadığı, qaranlıq, tənha, səssiz, əyləncəsiz,
zövqsüz dünya müsəlmanlara necə layiq görülə
bilər? Üstəlik, Quranda belə hökm də yoxdur.
ALLAH Quranda yerin, göylərin tədqiq olunmasını
və beləliklə, ALLAHın yaratma sənətinin kəşf
edilməsini və imanı gücləndirməyi nəsihət edirsə,
elmi necə qadağan etmək olar? Yaradılış
dəlillərinin kəşf edilməsinin qarşısı necə alına
bilər? Cahil, musiqisiz, incəsənətsiz, elmsiz,
şövqsüz həyat tərzi müsəlmanlara və İslama
zərərdən başqa nə qazandırar?
[cavab]
NARDARANLI
7 Sen 2014 / 16:23
İndiyə qədər tətbiq olunan bütün yanlış hökmlər
İslamın səhv tanınmasına səbəb olmuşdur.
Xurafatçı təfəkkürün yayılması ilə bütün dünyaya
elm, incəsənət və mədəniyyət gətirən İslam
ölkələri çökmüş və qaranlıq, tənha, baxımsız,
cahil, keyfiyyətsiz din anlayışı formalaşdırılmışdır.
İslam ölkələrinin geridə qalmasının, keyfiyyətsiz
strukturun hakim olmasının və qərb tərəfindən
müsəlmanlara dəyər verilməməsinin əsas səbəbi
budur.
Əlbəttə, müasir qərb ölkələri bu yanlış anlayışa
görə İslamı əslindən tamamilə fərqli tanıyır və
İslam dinindən uzaq dururlar. Bunda təəccüblü
bir şey yoxdur. Xurafatçıların formalaşdırdığı
saxta dində qadına verilən aşağı dəyər qərblilərin
İslamdan uzaq durmaları üçün kafi səbəbdir.
Peyğəmbərimizin (s.ə.v) təbliğ etdiyi o gözəl din
əvəzinə xurafatlar dünyaya İslam dini kimi
tanıdılır. Dünya buna görə İslamdan qorxur.
İslam adı altında tanıtdıqları bu saxta dində
xurafatçılar gözəllikləri və nemətləri öz əlləri ilə
məhv etdiklərinə görə ALLAHın yaratdığı
gözəlliklərdən zövq almaq qabiliyyətini də
itiriblər. İman həqiqətləri imanlı insana zövq
verdiyi halda, onlar bir çiçəyin rəngindən,
qoxusundan, bir meyvənin gözəlliyindən, bir
dovşanın sevimliliyindən, səmanın gözəlliyindən
belə zövq ala bilmirlər.
Müsəlman təkcə görünüşü ilə də yüksək təbliğ
gücünə malikdir. Görünüşü nə qədər təmiz,
kübar, eleqant, müasir olsa, nə qədər nikbin,
şən, səmimi davransa, İslam dinini o qədər
mükəmməl təbliğ edər. Bu, təkcə təbliğ
zamanına deyil, bütün həyatına hakim olmalıdır.
İnsanlar qadınların alçaldıldığı keyfiyyətsiz həyat
tərzindən deyil, keyfiyyətin hakim olduğu
sülhsevər İslam anlayışından təsirlənir və belə
həyat tərzi ilə yaşamaq istəyirlər.
Peyğəmbərimizin (s.ə.v) dövründə
Peyğəmbərimizin (s.ə.v) çox kübar, şən, müasir
davranışı və görünüşü onu görənlərə çox təsir
edirdi. Peyğəmbərimiz (s.ə.v) xarici qonaqlarla
görüşdükdə daima dövrün ən keyfiyyətli paltarı
hesab olunan Bizans cübbəsi geyinərdi.
Peyğəmbərimiz (s.ə.v) hz. Dihyəni (r.ə) təbliğə
göndərmişdi. Hz. Dihyə çox yaraşıqlı idi və
təbliğə gedərkən daima çox bahalı paltarlar
geyinirdi. Belə ki, həm görünüşü, həm də
kübarlığı ilə hz. Dihyə təbliğə getdiyi bölgələrdə
xalqın küçələrə tökülüb ona baxmasına səbəb
olurdu.
Göründüyü kimi, müsəlmanların gözəl geyinməsi
və gözəlliklərə layiq olması Peyğəmbərimizin
(s.ə.v) sünnəsində də var. Quranda da ALLAH:
“Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl
geyimlərinizi geyin...” (Əraf surəsi, 31) - deyərək
zinətlərin və gözəl paltarların nemət olduğunu
bildirir və ibadət evləri olan məscidlərdə
bərbəzəkli, gözəl olmağı əmr edir.
[cavab]
NARDARANLI
7 Sen 2014 / 16:23
Bu yeterli subutdu? ))
red. NARDARANLI (07.09 /16:23)
[cavab]
Minika
7 Sen 2014 / 18:38
NARDARANLI,ehsen
[cavab]
Aprel
7 Sen 2014 / 20:48
Saq ol
[cavab]
NARDARANLI
7 Sen 2014 / 21:16
Minika, Allah razi olsun
[cavab]
NARDARANLI
7 Sen 2014 / 21:16
Aprel, Allah razi olsun
[cavab]
Bölmeye qayıt
0.1438 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az