Felsefe haramdimi?
NARDARANLI
6 Sen 2014 / 22:11
Tarix
boyu
fəlsəfə
oxumaq
mübahisəli
məsələlərdən
biri
olub.
Bəzi
istisnaları
çıxmaqla
qədim Əhli-sünnə məzhəblərində fəlsəfə oxumaq
haram edilsə də, Şiəlikdə əksərən bunu icazəli,
bəzi hallarda isə hətta lazımlı biliblər. Lakin bu
firqənin əxbari qolu və ya əxbari yönümlü alimləri
ciddi şəkildə fəlsəfənin oxunmasına qarşı
çıxıblar. İstinad etdikləri əsas dəlil isə məsum
imamlardan nəql olunan bəzi hədislərdir. İmam
Həsən Әsgərinin (ə) yaxın gələcəyin hadisələrinə
dair şərhində deyilir: “Həmin dövrün alimləri
fəlsəfə və təsəvvüfə təmayüllərinə görə, yer
üzünün ən pis insanları olacaqlar".
Adətən fəlsəfəni inkar edənlər hədisi bu
hissəsinədək qeyd edirlər. Bunu oxuyan da
dərhal imamın fəlsəfəni haram etdiyini güman
edir. Halbuki hədisin ardını oxuyanda imamın
kimləri nəzərdə tutduğu aydın olur. Hədisin
davamı belədir: “Çünki onlar düşmənlərimizi
olduqca çox sevəcəklər".
Deməli, hədisdə qadağan olunmuş fəlsəfə Quran
və Əhli-beyt sözlərinə qarşı çıxan, onların
düşmənlərinin sevgisində ifrata varan kəslərə
aiddir və həqiqi İslam fəlsəfəsilə heç bir əlaqəsi
yoxdur. Bunu Əhli-beytə sevgi bəsləyən Şiə və
hətta Əhli-sünnə filosoflarına necə aid etmək
olar?! Sözümüzə sübut kimi burada eyni
mövzuda olan başqa bir hədisi qeyd etmək
istəyirəm. Müfəzzəl ibn Ömər İmam Sadiqdən
belə nəql edir:
"Vay olsun fəlsəfə oxuyanlara!”
Bu hədisi oxuyan adam da dərhal fəlsəfənin
imam tərəfindən qadağan olunduğunu düşünər.
Halbuki hədisin ardını oxuduqda heç də
məsələnin bizim güman etdiyimiz kimi olmadığı
aşkara çıxır. Hədisin ardı belədir:
"Bu qeyri-adi yaradılışı görməkdən gözləri necə
kor olub ki, (Allahın) bu yaradılışdakı tədbirini
inkar edirlər".
[cavab]
Ms_Famous
6 Sen 2014 / 22:17
Mövzuya göre teşekkür
[cavab]
__AFRODITA__
6 Sen 2014 / 22:32
Maraqliydi..tewekkur
[cavab]
____SERAP____
6 Sen 2014 / 22:41
NARDARANLI, Çox gozel movzudur. Oxudum. Felsefe olduqca murekeb elimi nezeriye olduğu ucun. Bu haqqda movzuları cox qeliz heysab edirler. Mense tam eksi,çox xowuma gelir. ALLAH tala ne buyurubsa ona qarwı cıxmağsa haramdır.
[cavab]
NARDARANLI
6 Sen 2014 / 22:52
Allah her birinizden razi olsun
[cavab]
_PESFE_
7 Sen 2014 / 00:20
tesekkurer bratan
[cavab]
*ViP_DANGER*
7 Sen 2014 / 00:41
Yazdiqina gore twk
[cavab]
ziko006
7 Sen 2014 / 08:26
Yox felsefe cox vacib ekmdir.Menim atam ele felsefe doktorudu
[cavab]
NARDARANLI
7 Sen 2014 / 15:32
Ele men de vacibliyine gore yazmisam da
[cavab]
Bölmeye qayıt
0.1587 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az