necedi wer
Amilcik
6 Sen 2014 / 19:07
17 Avqsut 1969-cu ildə İslam
İslamzadənin "KÜRDƏMİR"
haqqında yazdığı şer :
Gəzdim yaylaqarı,gəzdim elləri,
Könlümə tapmadım bir aram
yeri.
Sən oldun fikrimin daim
məhvəri,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Sənin torpağına,daşına qurban,
Əsri bilinməyən yaşına qurban,
Günəşdən qaralan qaşına
qurban,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Qışın sərt,andırır uzaq Sibiri,
Yayın od,yandırır daşı,dəmiri.
Ellər bu cür tanır sərt
Kürdəmiri,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Təklənin yemişi şirin bal kimi,
Sorsorun qarpızı əlvan qan kimi,
Şahsevən heyvası zəfəran kimi,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Gülöyşə narının hər giləsi nur,
Qaragöz üzümün atəşdir,oddur.
Günəşdən nur əmib qəlbdə
durulur-
Can,isti Kürdəmir,isti Kürdəmir.
Almanı,gilası demirəm hələ,
Turşməzə gavalın heç düşməz
ələ.
Bəzə torpağını güllə,ətirlə,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Bir yanın Köhünlü,bir yanın
Şilyan,
Bir yanın Axtaçı,bir yanın
Bağman.
Köksün acgözlərə olubdu
meydan,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Sənin qeyzə dolan övladların
var,
Onlar bir-birini didər,parçalar.
Odunda əriyib gedər bu qübar,
Can,isti Kürdəmir,isti Kürdəmir.
Tarixin keçibdir qanlı-qadalı,
Gah sakit axarlı,gah da xatalı.
İslamın başında çox qiylü-qalı,
Can,isti Kürdəmir,isti Kürdəmir.
[cavab]
Bölmeye qayıt
0.2017 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az