Oglanlara aid weir(no KopY)

pol KiNG_oF_WoRLD 5 Sen 2014 / 14:52
Oğlanlar qızlara hörmət eləyin
Ya sevin qızları ya rədd eləyin
Aldadıb atmayın günahdı qızlar
Sabahkı ən əziz anadı qızlar


Səsində həya var gözündə ovsun
Evdə dilavərdi çöldə lal olur
Gözünüz qızların gözündə olsun
O gözdə daimi bir sual olur


Qızlar anadırlar oğlanlar ata
Kim deyir bu işi bir əyən olmur
Qızların qız baxtı gözəl olsa da
Gəlinlik vaxtları müəyyən olmur

Qızlar aldanandı siz aldatmayın
Aldanıb yananın qanı buz olar
Qolları üstündə gedib yatmayın
Yazıqdı əbədi yuxusuz qalar


Görüşə getməyin ürək sevməsə
Sözümü a qızlar ucuz tutmayın
Ürəkdən çəkirik nə çəkiriksə
Bunu da həyatda siz unutmayın

iMZa:RoyaL

[cavab]

pol ZALATOY_BRAT 5 Sen 2014 / 15:20

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1347 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az