Ata haqqinda weir(kopy)
KiNG_oF_WoRLD
5 Sen 2014 / 11:45
Yüz-yüz arzum ürəyimdə daş oldu,
Hər nə qurdum düz yerinə, çaş oldu,
Sən gedəli, bahar ömrüm qış oldu, Ay ata.
Qızınardım ürəyinin oduna,
Güvənərdim, tədbirinə, adına,
Bundan belə kim yetəcək dadıma, Ay ata.
Nə zaman ki, sözlərinə qul idim,
Qazandığım umduğumdan bol idi,
Bəd sözün də elə bil ki bal idi, Ay ata.
Ha sızlayım, ha qışqırım, çağırım,
Nə qazancı mən dərd üzən fağırın,
Mənə düşdü dərdin-sərin ağırı, Ay ata.
Ömrüm boyu qəm bəsləyən, əkən mən,
Həsrətinin ağrısını çəkən mən,
Dost-tanışın arasında təkəm mən, Ay ata.
Sənsizliyə necə uyum, yovuşum,
Dəyməmişəm payız gələ sovuşum,
Ümidim var gəlim sənə qovuşum, Ay ata.
iMZa:RoyaL
[cavab]
kendci
5 Sen 2014 / 12:05
[cavab]
Bölmeye qayıt
0.1196 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az