Cume gunu Haqqinda.... Muqqedes Cumeniz Mubarek...
Gizir
5 Sen 2014 / 08:50
Cume gunu haqqinda
Cümə günü İslamda çox əhəmiyyətli
günlərdən hesab olunur. Bu günün
əhəmiyyətli olmasını Peyğəmbər
Əkrəm (s)-ın hədisində daha aydın
hiss etmək olar. Peyğəmbər (s)
buyururlar: "Cümə günü günlərin
sərvəridir və Allah yanında ən
şərəfli günlərdəndir".
(Xisal,səh.316)
Əmirəl-Möminin (ə) buyurur:
"Cümə günün gecəsi çox parlaq,
gündüzü isə nuranidir. Hər kim
cümə axşamı dünyadan köçsə, qəbr
əzabından amandadır və hər kim
cümə günü dünyadan köçsə,
cəhənnəm atəşindən azad olar".
(Usul-Kafi, c3-səh, 415) Əlbəttdə
burda şərt budur ki,insan vaciblərə
əməl edə, haramlardan çəkinə və
başqalarının hüquqlarına əməl edə.
İmam Sadiq (ə) buyurur: "Sizlərdən
hər kim cümə gününü dərk edərsə,
o günü ibadətdən başqa heç bir
şeylə məşğul olmaz və Allahın
rəhmət yağışı onun üzərinə yağar.
O, həzrət daha sonra buyurur:
Cümə günüdə əməllərin savabı iki
qat olar".
(Vəsailuş-Şiə c5-səh, 65)
Müstəhəbdir ki, insan cümə axşamı
günüdən özünü cümə günü üçün
hazırlasın. Paltarların təmizləsin,
özünü ətirləsin və o maneələr ki,
onu cümə gününün ibadətlərindən
saxlayacaq onları aradan apara.
Əsr vaxtı isə tövbə və istiğfar
etmək, münacatla məşğul olmaq
təkid olunmuşdur.
Cümə gününün ədəbləri
1.Cümə qüslu
Cümə qüslu müstəhəb bir əməldir
və bəzi fəqihlər onu vacib hesab
edirlər. Cümə qüslun insan edə
bilər sübh çağından günortaya
qədər yerinə yetirə. Amma hər nə
qədər günortaya yaxın olsa, bir o
qədər yaxşıdır. Əgər kimsə cümə
qüslun cümə gününə qədər ala
bilməsə, əsr vaxtı ala bilər. Əgər
cümə günü gün ərzində qüslu
yerinə yetirə bilməsə şənbə günü
yerinə yetirə bilər. Ehtimal versə
ki, cümə günü qüsl ala bilməyəcək
cümə axşamı edə bilər cümə qüslun
yerinə yetirsin. İmam Sadiq (ə)
buyurur: "Cümə qüslu insan paklığı
və həftəlik günahlarının
kəffarəsidir
".(Vəsailuş-Şiə c2-səh,945,
Biharul-Ənvar c78-səh,128)
İmam Əli (ə) tənbəl və işsiz
insanları məzəmmət edərək
buyurur: "Sən həftə boyu bir
qüsulla, paklıqla yaşaya bilən və
cümə qüslunu tərk edəndən belə
acizsənmi?"
(Usuli-Kafi c3-səh,42)
2. Təmizlik (bəzənmək)
Müstəhəbdir insan cümə günüdə
özünü təmizləyə,təmiz paltarlarını
geyinə, gözəl iyli ətirlərdən
istifadə edə. İmam Sadiq (ə)
buyurur: "Sizlər cümə günündə
zinətlənin, qüsl edin, ətirlənin,
saqqalınızı düzəldin və özünüzü
cümə namazı üçün hazır edin".
(Usul-Kafi c3-səh,417, Vəsailuş-
Şiə c5-səh,78)
O, həzrət daha sonra buyurur:
"Cümə günüdə hər müsəlmana
lazımdır ki, öz saqqalın səliqəyə
sala, dırnaqların tuta və özünü
ətirləyə"
.(Usuli-Kafi c6-səh, 511)
Cümə günüdə öz maddi imkanı
həddində ailəsinin ehtiyacların
ödəyə. Necə ki, Peyğəmbər Əkrəm
(s) buyururlar: "Cümə günü
ailənizə bir miqdar ət və meyvə alıb
hədiyyə aparın ki, o günü xoş
keçirəsiniz"
.(Mən la yəhzur..c1-səh,423, Kafi
c6-səh,229)
3. Cümə namazı
Müsəlmanların həftəlik ictimai
toplantılarından biri cümə
namazıdır. Müsəlmalar cümə günü
zöhr namazının yerinə cümə
namazı qıla bilərlər. Cümə
namazının qılınması zöhr
namazının qılınmasından daha
fəzilətlidir. Cümə sürəsi möminləri
cümə namazında iştirak etməyə
dəvət edir. Cümə namazı iki
rəkətdir və eyni ilə sübh namazı
kimi qılınır. Amma onun iki xütbəsi
vardır ki, imam cümənin vasitəsi ilə
oxunur.
İkinci Şəhid yazır: "Cümə namazı
ona görədir ki, agah olasan və
unutmaysan ki, cümə günü
əzəmətli gündür və cümə bayramı
şərəfli bayramdır. Allah-təala o,
günü bu ümmmətə məxsus edib və
bu şərəfli vaxtı öz bəndələri üçün
qərar verib ki, bəndələri onun
civarına daha da yaxın olsunlar.
Cümə namazı hicran dərdinə
dərman və cəhənnəm qorxusundan
amandır. Ona görə də öz
bəndələrin şövqləndirir ki, bu
gündə yaxşı və saleh əməllər
yerinə yetirələr və həftə ərzində
hər nə səhlankarlıq və süstlük
ediblər, əvəzin çıxalar. Allah cümə
namazını ən mühüm itaət və özünə
yaxınlaşmaq üçün vasitə qərar
vermişdir. C ümə namazı yeganə
namazdır ki, Qurani-Kərimdə zikr
olunmuşdur. Allah-təala "Cümə
surəsi"ndə buyurur: "Ey iman
gətirələr, cümə günü namaza
çağrılan zaman, Allahı zikr etməyə
(cümə namazına) tələsin və alış-
verişi buraxın! Əgər bilsəniz bu,
sizin üçün daha xeyirlidir".
(cümə sürəsi ayə,9)
Bu ayədə çox sirlər yatmışdır.
Ayədə namazı "zikr" adlandırmışdır
ki, insanlar başa düşələr
namazdan hədəf Allahı qəlblə yad
etmək və onun əzəmətini
düşünməkdir. Bundan əlavə namaz
insanları pis və çirkin işlərdən
çəkindirir"
.(Əsrarus-Səlatsəh,221)
Muqqedes Cumeniz Mubarek...
red. Gizir (05.09 /08:52)
[cavab]
Ms_Famous
5 Sen 2014 / 11:31
Melumatım yox idi.İndi oxudum bildim.Mövzuya göre teşekkürler
[cavab]
Gizir
5 Sen 2014 / 12:19
Ms_Famous, Xosdu
[cavab]
zekow
5 Sen 2014 / 13:43
Allah razi olsun.
[cavab]
____SERAP____
5 Sen 2014 / 22:10
Gizir, çox duzgun buyurmuwlar. Twk, sene minetaram bucur movzulara yer verdiyin ucun. ALLAH razı olsun
[cavab]
bahar*
5 Sen 2014 / 22:14
Allah razi olsun
[cavab]
__AFRODITA__
5 Sen 2014 / 22:57
Melumata gore tewekkur..Allah razi olsun
[cavab]
Gizir
6 Sen 2014 / 23:12
Allah sizden razi olsun Tewekkurler... Xosdu
[cavab]
Bölmeye qayıt