Bu sevgi deyilse soyle bes nedi?

pol *omrum* 3 Sen 2014 / 23:38
"Bu sevgi deyilsə,söylə bəs nədir"?
Həsrət ürəyimdə ömürlük əsir,
Bütün ümidləri kökündən kəsir.
Adın səslənəndə əllərim əsir,
Bu sevgi deyilsə,söylə bəs nədir?
Sənin sözlərində yaşadım,sənin
Ayaq izlərində yaşadım,sənin,
Köçüb gözlərində yaşadım,sənin,
Bu sevgi deyilsə,söylə bəs nədir?
Həsrət ürəyimdə çəkilməz yükdü,
Bu yükü daşımaq belimi bükdü.
Sənə məhəbbətim məndən böyükdü,
Bu sevgi deyilsə,söylə bəs nədir?
Ayrılıq qoxusun duysam da sonda,
Bu hiss hökm eləyir insana canda,
Bir sual yaranır elə bu anda,
Bu sevgi deyilsə,söylə bəs nədir?
Sənin yollarında yolumu azdım,
Qəlbimlə kəsdiyim əhdimi pozdum,
Bu gecə səninçün bir şeir yazdım,
"Bu sevgi deyilsə,söylə bəs nədir?
red. *omrum* (03.09 /23:39)

[cavab]

pol (=messi=) 3 Sen 2014 / 23:39
esq mehebbet

[cavab]

pol Kend==soveti 3 Sen 2014 / 23:42
Ehh..
red. Kend==soveti (03.09 /23:45)

[cavab]

pol Ms_Famous 3 Sen 2014 / 23:48
Gözel seirdir.Tşk

[cavab]

pol Gizir 3 Sen 2014 / 23:59
Gozel Seirdi :)

[cavab]

pol __AFRODITA__ 4 Sen 2014 / 00:05
Maraglidi..twk

[cavab]

pol _PESFE_ 4 Sen 2014 / 02:03
tesekurer omrum yuxum qacti

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1295 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az