Ali Khayyam-Çoban Həsən

pol *_MaRLBoRo_* 1 Sen 2014 / 18:18
Ali Khayyam
Çoban Həsən
Bütün dərdləri qabağına qatıb
gedən qataram
Gülməyi unudan İraqlı bir Türkmən
oğlu kimi
Sanki sevdiyim qızın saçlarını
güllələr darayır
Bütün silahların ortaq bir nöqtəsi
var əslində:
“Sevgiyə yox! Ölümə hə!”
Uşaq vaxtı necə də böyük gələrdi
müqəddəslər mənə
Mən böyüdükcə onlar kiçikli, oldular
oyuncaq
Sonra mən oxuduqca
müqəddəsləşdiyimi anladım
Sehirli Lobiyələr Diyarında oyuncaq
olmuşam
Oynayır mənimlə sarı saçlı şirin bir
uşaq
Hər dəfə haradan gəldiyimi dedikdə
Soruşulan “hara?” sualı kimisən
Utandıran və məni sehirli edən!
Sən həm məni qapayan, həm də
açansan
Bütün kədərləri özünə çəkib, məni
içinə qapadan
Üzümdəki zəhrimarı silib,
Xoşbəxtlik iksirimin qapağını hər
dəfə açan
Bağışla, “Bəxtinizi bir daha
sınayın”-lara görə...
Məni bu Vətənə, bu torpağa üçün
dördə şəkillər bağlamır
Məni İraqa Xalidlər, Leylalar
bağlamır...

[cavab]

pol *_MaRLBoRo_* 1 Sen 2014 / 18:20
Məni Təbrizə Şəhriyarlar, ata
məzarı bağlamır
Mən şərqin səbəbsiz kədəriyəm
Qırmızı burunlu təlxəklərə
gülməyən o qıraqdakı uşağam
Hər şeyə və hər kəsə susub,
“qismət” deyən qabar əlli
kəndliyəm
Saçlarını güllələr darayan Türkmən
Fatimənin sevdiyi Çoban Həsənəm
Tək günahının o torpaqda doğulmaq
olduğu Leyliyəm, Hüseynəm, Əliyəm
Sökülmüş binaların arasında plastik
topun dalınca qaçmaq
Və sarı saçlı şirin əsgərlərin
silahlarına toxunmaq
Necə də gözəl bir uşağam, bax!
Evimizə gizlincə buraxılan silahlara
“qurtuluş” ləqəbini vermişdi atam
Bəzən ölüb getmək yaşamaqdan da
rahat olurmuş, bizlər Şəhid
doğuluruq
“Arzu” yazdığım ilk söz olmuşdu
lövhəsində divarları deşik-deşik
məktəbimizin
Dənizi görmədən ölmüş nə qədər də
dostum var imiş, hamısı getmiş,
Balaca biləkləri torpağa qarışmış,
tükənmiş, bitmiş...
İkiyə bölünmüşük biz içimizdə:

[cavab]

pol *_MaRLBoRo_* 1 Sen 2014 / 18:21
Bir tərəfəmizdə dinimiz, birində
irqimiz
Milliyyətçilərimizin başı dava-
dalaşa
Müsəlmanların başı qarışıb bir-
birini qırmağa
İsa deyilik, amma hər gün yeni
günəş doğulur,
Sübh namazında çəkilik çarmığa
Gəl dostum, gəl bax bizim bağçamıza
Çinar ağacının yanındakı anamın
O arxadakı böyük qardaşımın
Bu ürəyimdəki də, Fatimənin
məzarıdı
Qəbristanlığam, üzümə bir dua oxu
Siz həkimsiz deyəsən
Bizdə ancaq həkimlər ağ geyinir
Bu sinəmdəki güllə, yediyim ilk
gülləmdi həkim
Gözümün önündə anam və Fatiməm
var həkim
Nəfəsim kəsilir həkim, işdi soruşan
olsa:
Mən Çoban Həsən,
Elə bu evdə yaşayıram həkim
Bir kasa isti göy aşımız var
Yanında da bolluca kədərimiz
Buyrun, qonağımız olun həkim,
buyrun...

red. *_MaRLBoRo_* (01.09 /18:22)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1239 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az