Sirli Tapintilar

pol NARDARANLI 1 Sen 2014 / 16:30
1. Sementsiz hörgülər. Perudakı inklərə aid bir
qalanın ətrafında hündürlüyü 9 metr, uzunluğu
isə 360 metr olan ziqzaqşəkilli daş hasar
hər biri 300 ton ağırlığında əhəng.daşı
bloklarından inşa edilmişdir. Ancaq heç bir
sement və ya əhəngli qatışıqdan istifadə
edilməməsinə baxmayaraq, bu daşların arasına
bıçaq belə salmaq olmur.
2. Antik dövrün kompyuteri. 1900-cü ildə Giritdə
taxta qutu içərisində yerləşdirilmiş çoxdişli
qəribə bürünc
alət tapılıb. Bu alət vasitəsilə Ay, Günəş və
digər planetlərin tədqiq
edildiyi güman olunur.
3. 1000 ilə qurulan şəhər. Sakit okeandakı
Mikroneziya adası yaxınlığındakı antik Nan
Madol şəhərinin inşasına eramızdan əvvəl 200-
cü ildə başlanıb və tikintisi min il sürüb. 250
milyon tonluq nəhəng bazalt bloklarından
istifadə edərək tikilən bu şəhər 100 adanı
kanallarla bir-birinə bağlayır. Bazaltların buraya
necə gətirildiyi isə hələ də sirr olaraq qalır.
4. Gələcəkdən xəbər verən xəritə Məşhur türk
dənizçisi Piri Rəisin 1513-cü ildə çəkdiyi xəritə
Afrika, Amerika və Cənub qütbünü göstərir.
Xəritə 1929-cu ildə tapılanda aralığı qarışdırdı.
Çünki Cənub qütbünün kəşfi xəritənin
çəkilməsindən çox sonra,yəni 1818-ci ildə
gerçəkləşmişdi. Bundan əlavə, xəritə qitənin buz
altında qalan sahillərini də göstərirdi. Bu qitənin
üzərindəki buzlar xəritənin çəkilməsindən tam
6000 il öncə ərimişdi.
5. 200 illik batareya Alman arxeoloqu Vilhelm
Konik tərəfindən 1938-ci ildə Bağdad
yaxınlığında tapılan 200 illik batareya
tədqiqatçıları heyrətə salıb. Bu 13 sm uzunluqda
bir torpaq qabın içinə yerləşdirilmiş əşya
dünyanın ən qədim batareyası hesab edilir.
6. Büllur kəllə Maya dönəminə aid 1000 illik
kəllə tək bir büllur blok
üzərində oyma üsulu ilə hazırlanmışdır. Necə
hazırlandığı anlaşılmayan büllur kəllənin altından
tutulan işıq birbaşa göz çuxurundan əks olunur.
Bu texnologiyanın bu gün də mümkün olmadığı
söylənilir.
7. Qayaya gömülmüş çəkic 1936-cı ildə Texasda
400-500 milyon illik bir
qayanın içinə gömülmüş ağac saplı çəkic tapılıb.
Müasir bir alətin çox qədim bir qayanın içine
necə yerləşdirilməsi və hazırlandığı dəmirin
günümüzün dəmirlərindən belə saf olması
insanları heyrətləndirir.

[cavab]

pol Tamferqli 1 Sen 2014 / 16:34
Hmmmm

[cavab]

pol (_KaBuS_) 1 Sen 2014 / 16:51
Twk. Oxudum. Beyendim.

[cavab]

pol _ElvIN_ 1 Sen 2014 / 16:52
Qaqa bele movzulari hardan tapirsan

[cavab]

pol NARDARANLI 1 Sen 2014 / 18:31
_ElvIN_, Tapiram da )))

[cavab]

pol _ElvIN_ 1 Sen 2014 / 18:55
NARDARANLI, de mende oxuyum)))

[cavab]

pol NARDARANLI 1 Sen 2014 / 19:57
Gir bax oyren

[cavab]

pol _ElvIN_ 1 Sen 2014 / 20:04
NARDARANLI, cox sagol

[cavab]

pol NARDARANLI 1 Sen 2014 / 20:20
_ElvIN_, Allah razi olsun

[cavab]

pol _ElvIN_ 1 Sen 2014 / 20:28
NARDARANLI, sendende

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1751 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az