*KAŞKİ HİC BÜYÜMESEYDİK***
Ms_Famous
31 Avq 2014 / 18:47
Bir möcüzə baş versə... bir sehrlik gücüm olsa ...ya da bir yaxşılıq pərisinə rast gəlsəm...lampadan cin çıxsa...yuxu belə olsa...”nə istəyirsən bir azu tut” desələr... Heç düşünmədən yalnız bir diləyim olardı... “Uşaqlıgıma qaytarın məni!” ... Bir anlıq belə olsa...bir göz qırpımında belə olsa... qaygısız günlərimə qayıdım... Sevgi dolu...saf...qırılmamış... qəlbimi...xəyanətə dünyanın çirkinliklərinə yumulmamış gözlərimi...nifrətə yenilməmiş hisslərimi qaytarın mənə... Sudan səbəblərə gülüşümü...bir oyuncaga sevincimi qaytarın mənə... Qaytarın məni uşaqlıgıma... küçədə gördüyüm pişik balalarını anamdan gizlin evə gətirim...otagımda gizləyim... gizlincə əzizləyim sıgallayım... Tək həyəcanım anamın pişiyin səsini eşitməyi olsun... Tək dərdim...anam o pişiyi yenidən kücəyə qaytarmaq təkidi olsun... tək həsrətim o pişik olsun... tək həsrətim... Uşaqlıgıma qaytarın məni... düşünmədən hisslərimi paylaşım...ürəyimdə qalmasın heç bir sözlərim... yalnış başa düşülmək ehtiyatım olmasın...uşaqlıgıma bagışlansın bütün səhvlərim...sözlərim...kəlimələrim... Nə gözəl idi uşaq olarkən... Həyat rəngli...dünya nagıllardan cizgi filmlərindən ibarət idi... Həyat bizi böyütdü...Səhvlərimizdə öyrəndik dogruları... Qırıldıqda daşlaşdı qəlbimiz... agladıqca qurudu gözlərimizn nuru...sevdikcə soyudu hisslərimiz...inandıqca artdı nifrətimiz...yanıldıqca məhvoldu inamımız...aldandıqca itdi güvənimiz... Böyüdük... Artıq sevindirmir oyuncaqlar bizi... yatmırıq nagıllara...paylaşmırıq sevincimizi...tutmuruq əl-ələ... can atmırıq bərabərliyə... Tək qalmagı seçirik...yalnızlıga məhkum edirik özümüzü... qapanırıq dünyamıza... Gülmürük artıq ürəkdən...tapmırıq səbəb sevincə...az gəlir bizə hər şey... agır gəlir yaşamaq... Mən də böyüdüm... qırıq qəlbim...donmuş hisslərim...qaralmış fikirlərim...itmiş inamım... qaygılarım... Çox böyümək istəyirdim uşaq olanda...tələsirdim...zaman tez keçsin istəyirdim... Düşündüyüm kimi maraqlı əyləncəli deyilmiş böyük olmaq... Kimsə qorumur artıq...böyüdüm deyə özüm-özümü qorumalıyam... Kimsə tutmur yıxılanda əlimdən- Böyümüşəm...özüm qalxmalıyam ayaga... Həyat çox küsdürür...amma nazımı çəkmir...barışmaga əlləşmir... Özüm barışıram...davam edirəm yaşamaga... Yoruluram bəzən...bezirəm...qaçmaq istəyirəm...uzaqlara... Olmur... özümdən qaçmaq olmur... Geriyə baxıram...nə çox səhvlər...nə səhv yollar...nə yalnış addımlar...nə çox peşimanlıqlar... Sınıram...heyif həyat bir lovhəyə yazılmır...bir silgiylə silinmir səhvlər... öncədən hazırlıqlar olmur həyat dərsində...zaman olmur düşünməyə... İrəli baxıram...hələ nə qədər gediləcək yol... ediləcək səhv... nə çox peşimanlıqlar var daha... Güclü olmalıyam...yıxılmamalıyam... Amma yorulmuşam... Çox yorulmuşam... Kaş ki böyüməyəydim... kaş ki böyüməsəydim... kaş heç boyuməyəydim...
red. Ms_Famous (31.08 /18:48)
[cavab]
(=messi=)
31 Avq 2014 / 18:58
hmm
[cavab]
_PESFE_
31 Avq 2014 / 20:34
mani bu intzarla cakdin sinaga yuxusuz gecayam gunasslz sahar payizam!.... Aglayir mani yagislar nisqilli baxisa uzumda qahar
[cavab]
*ViP_DANGER*
1 Sen 2014 / 00:40
Ehhh duz deyirsen
[cavab]
_(BABNIK)_
1 Sen 2014 / 01:12
foto
[cavab]
Gizir
2 Sen 2014 / 16:55
Elerine SaGliq
[cavab]
SenSi[Z]oRDu
2 Sen 2014 / 19:57
Ms_Famous, tsk
[cavab]
Bölmeye qayıt