*Həyatdakı heç bir şey sınan bir ürəyə dəyməz

pol HeLL_FoRCe 31 Avq 2014 / 14:15
Balaca qız evlərinin qarşısındakı çiçək dolu bağçaya girmişdi. Ürəyi sevincdən az qala yerindən çıxacaqdı.
Bir anlıqöz-özünə: «Bir dəstə çiçək yığıb anama aparsam, kim bilir nə qədər sevinəcək?
Hələ üstəlik, „Qızım məni nə qədər çox sevir“ deyib yanaqlarımdan öpəcək», — deyə düşündü.

Elə bunları düşünə-düşünə çiçəkləri yığmağa başladı. Sonra da bu çiçəklərdən gözəl bir dəstə bağladı. Anası daha çox sevinsin deyə, mətbəxdən bir güldan götürdü. Sonra da çiçək dəstəsini bu güldana qoydu.

Ancaq mətbəxdən yeni çıxmışdı ki, birdən ayağı sürüşdü və güldan əlindən yerə düşdü. İndi həm güldan sınmış, həm də çiçəklər dağılmışdı. Bu vaxt səsə yan otaqdan anası gəldi. Və yerdəki şüşə qırıqlarını görüb özündən çıxdı.

Sonra da «niyəsini» soruşmamış qızını döyməyə başladı. Balaca qız qorxudan nə edəcəyini bilmir və ancaq: «Ana, nə olar, məni vurma!» — deyə yalvarırdı. Ancaq anası o yalvardıqca qışqırır, qışqırdıqca da vururdu. O gündən o qızın bir daha anasına çiçək hədiyyə etdiyini görən olmadı..

*Həyatdakı heç bir şey sınan bir ürəyə dəyməz.

[cavab]

pol *omrum* 31 Avq 2014 / 15:14
Super twk

[cavab]

pol zekow 31 Avq 2014 / 15:32
super

[cavab]

pol _PESFE_ 31 Avq 2014 / 15:56
tesekurer super ay brat

[cavab]

pol HeLL_FoRCe 31 Avq 2014 / 17:19
deymez cox sagolun oxuduqunuz ucun

[cavab]

pol *ViP_DANGER* 31 Avq 2014 / 17:35
Brat Super iydi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1308 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az