***VARLI ADAMIN HEKAYESİ***

pol Ms_Famous 25 Avq 2014 / 15:07
Varlı bir insan ölümdən və qəbirdə tək qalmaqdan çox qorxurmuş. "Basdırıldığım gecə mənimlə birlikdə qəbirdə qalan insana var-dövlətimin yarısını bağışlayıram" , - deyə vəsiyyət edir.
Öldüyü gün onun vəsiyyətini aləmə car çəkirlər.

Bir hambal: "Dünyada varım-yoxum bir kəndirim var, bir gecəni qəbirdə keçirim, sonra dünyanın ən varlı insanlarından biri olaram", - deyib, bir gecəni qəbirdə keçirməyə razılaşır. Hambalı ölü ilə birlikdə qəbrə qoyurlar.

Sorğu-sual mələkləri gəlib görürlər ki, qəbirdə bir ölü, bir də diri var. "Ölü onsuz da əlimizdədir, yaxşısı diridən başlamaqdır", - deyib, hambalı hesaba çəkirlər. "Bu kəndir kimindir? Onu haradan almısan? Neçəyə almısan? Niyə almısan?

Indiyə qədər onunla nə daşımısan?"... Sabaha qədər bu suallar bitmir.
Hambal səhərisi günü qəbirdən çıxır. Ona: "Var-dövlətin yarısı sənindir", - dedikdə: "Xeyr, istəmirəm. Səhərə qədər bir kəndirin hesabını verib qurtara bilmədim, bu boyda sərvətin hesabını necə verəcəyəm?", - cavabını verir.

[cavab]

pol xCoory 25 Avq 2014 / 15:38
ALLAH razi olsun heqiqetende menali hekayedi

[cavab]

pol Tamferqli 25 Avq 2014 / 15:38
Başa düşən üçün mənalı...

[cavab]

pol DarKDayS 25 Avq 2014 / 16:08

[cavab]

pol (=Ilham=) 25 Avq 2014 / 16:33
Tekrar.ama yene de superdir
red. (=Ilham=) (25.08 /16:33)

[cavab]

pol xScream 25 Avq 2014 / 17:53
ibret götürün. #ünvanlılar

[cavab]

pol *BLiND*FaRMeR* 25 Avq 2014 / 18:33
Ms_Famous, men basa dusdum ela tsk

[cavab]

pol zekow 25 Avq 2014 / 18:39
tekrar hekaye. maraqlidi Allah razi olsun

[cavab]

pol _PESFE_ 25 Avq 2014 / 20:38
cox super alah razi olsun

[cavab]

pol bahar* 25 Avq 2014 / 21:30
bele hekayalerin tekrari mence yaxwidi var dovletcin olenlere ibret olsun

[cavab]

Mövzu bağlıdır
[1] 2 →
Bölmeye qayıt
19.04.13 22:00
0.1162 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az