***VARLI ADAMIN HEKAYESİ***
Ms_Famous
25 Avq 2014 / 15:07
Varlı bir insan ölümdən və qəbirdə tək qalmaqdan çox qorxurmuş. "Basdırıldığım gecə mənimlə birlikdə qəbirdə qalan insana var-dövlətimin yarısını bağışlayıram" , - deyə vəsiyyət edir.
Öldüyü gün onun vəsiyyətini aləmə car çəkirlər.
Bir hambal: "Dünyada varım-yoxum bir kəndirim var, bir gecəni qəbirdə keçirim, sonra dünyanın ən varlı insanlarından biri olaram", - deyib, bir gecəni qəbirdə keçirməyə razılaşır. Hambalı ölü ilə birlikdə qəbrə qoyurlar.
Sorğu-sual mələkləri gəlib görürlər ki, qəbirdə bir ölü, bir də diri var. "Ölü onsuz da əlimizdədir, yaxşısı diridən başlamaqdır", - deyib, hambalı hesaba çəkirlər. "Bu kəndir kimindir? Onu haradan almısan? Neçəyə almısan? Niyə almısan?
Indiyə qədər onunla nə daşımısan?"... Sabaha qədər bu suallar bitmir.
Hambal səhərisi günü qəbirdən çıxır. Ona: "Var-dövlətin yarısı sənindir", - dedikdə: "Xeyr, istəmirəm. Səhərə qədər bir kəndirin hesabını verib qurtara bilmədim, bu boyda sərvətin hesabını necə verəcəyəm?", - cavabını verir.
[cavab]
xCoory
25 Avq 2014 / 15:38
ALLAH razi olsun heqiqetende menali hekayedi
[cavab]
Tamferqli
25 Avq 2014 / 15:38
Başa düşən üçün mənalı...
[cavab]
DarKDayS
25 Avq 2014 / 16:08
[cavab]
(=Ilham=)
25 Avq 2014 / 16:33
Tekrar.ama yene de superdir
red. (=Ilham=) (25.08 /16:33)
[cavab]
xScream
25 Avq 2014 / 17:53
ibret götürün. #ünvanlılar
[cavab]
*BLiND*FaRMeR*
25 Avq 2014 / 18:33
Ms_Famous, men basa dusdum ela tsk
[cavab]
zekow
25 Avq 2014 / 18:39
tekrar hekaye. maraqlidi Allah razi olsun
[cavab]
_PESFE_
25 Avq 2014 / 20:38
cox super alah razi olsun
[cavab]
bahar*
25 Avq 2014 / 21:30
bele hekayalerin tekrari mence yaxwidi var dovletcin olenlere ibret olsun
[cavab]
Mövzu bağlıdır
Bölmeye qayıt