TOXUNMA ÖLDURER

pol NARDARANLI 25 Avq 2014 / 00:32
Dünyanın coğrafi xəritəsində elə yerlər var ki,
onların adları çəkiləndə insan vahimələnir: «ölülər
təpəsi», «iblis bataqlığı», «ölüm dərəsi» və s.
Bunların hər biri özündə çoxlu gizli əfsanələr
saxlayır. Bu rəvayətlərdə ehtiyatsız səyyahların
təsadüfi ölümləri deyil, sirli və izah edilməsi çətin
olan ölümlər barədə danışılır. Mahiyyətcə bu
adlar nə vaxtsa bu gün transformator qutusunun
üzərində yazılmış «Toxunma, öldürər!» lövhəsi ilə
eyni məqsəd daşıyıb.
Ölülər dağı
Şimali Uralda 1079 metr yüksəklikdəki zirvənin
mansı dilindəki «Xolat Syaxıl» adı məhz belə
tərcümə olunur. Zaman-zaman o, öz adının
doğruluğunu təsdiq edib. Yerli əhalinin ən
yaşlıları hələ də burada baş vermiş hadisəni
danışırlar. 1959-cu il fevral ayının 2-də «Ölülər
dağı»nın enişində Uraldan olan turistlər düşərgə
salır. Bir neçə gün sonra onları ölü tapırlar.
Faciənin
səbəbləri bu
günə qədər
məlum deyil.
Doqquz nəfər
təcrübəli
yürüşçünün
ölümləri ilə
bağlı müxtəlif
fərziyələr irəli
sürülürdü —
ildırım
vurmasından
tutmuş, UNO-
ların təsirlərinə
qədər. Daha
bir ehtimal o
idi ki, guya
turistlər
«vakuum
silahı»nın sınaqdan keçirildiyi əraziyə daxil
olublar. Ancaq bu fikir də özünü doğrultmadı.
Çünki «vakuum bombası»nın partlaması
nəticəsində yaranan sipmtomların heç biri —
əyalətlərdə insanlarda yüksək təzyiqdən
damarların partlaması və daxili qanaxma,
partlayışın episentrində isə bədənin bir neçə
hissəyə bölünməsi kimi əlamətlər yox idi. Eyni
zamanda partlayış nəticəsində ərazidə hava
kəskin şəkildə zəhərlənir. Beləliklə, irəli sürülən
versiyaların heç biri öz təsdiqini tapmadı.
Fenomen tədqiqatçıları bildirirlər ki, «ölümsaçan»
adlar daşıyan coğrafi nöqtələr qeyri-adi təbii
hadisələrin meydana gəldiyi anomal zonalardır.
Bu tip bəzi rayonların sirri açılıb. Məsələn,
Kamçatkadakı «ölüm dərəsi»ndəki ağ sümük
təpələri artıq heç kimi təəccübləndirmir. Alimlər
müəyyənləşdiriblər ki, quşların, Sibir
porsuqlarının, hətta ayıların ölümlərinin ilk
baxışda aydın olmayan səbəbi yerin çatlarından
vaxtaşırı sızan və nəfəs orqanlarını iflic edən
vulkanik sian qazıdır.
Lakin bəzi hadisələr var ki, onları izah etmək və
anlamaq insan idrakının imkanı xaricindədir.
Misal üçün, Yakutiyadakı «ölüm dərəsi» və Vilyuy
çayı. Bunların sirri ondadır ki, rəvayətə görə,
əgər kimsə bu yerlərin yaxınlığında gecələmək
istəsə, anlaşılmayan səbəbdən ölür. Bu tip ölüm
müasir dövrdə radioaktiv zəhərlənmədən baş
verən ölümə bənzədilir. Lakin Yakutiyada belə
yüksək təbii radiasiya hardandır? Axı bu rayonda
dəqiqliklə aparılmış geoloji tədqiqatlar belə bir
fakt aşkarlamayıblar.

[cavab]

pol NARDARANLI 25 Avq 2014 / 00:33
Çinin Sıçuan əyalətindəki «ölüm dərəsi» haqqında
daha qorxunc məlumatlar dolaşmaqdadır. Onu
tez-tez «qara bambuk dərəsi» də adlandırırlar.
1950-ci ilin yayında orada yüzlərlə adam izsiz
itib, heç bir səbəb olmadan da bir təyyarə
partlayıb. 1962-ci ildə dərə özünün yeni
qurbanlarını udub. Geoloqlar karvanını müşayiət
edən və yeganə sağ qalan şəxs — bələdçi
sonradan baş verənləri belə təsvir edirdi:
«Öndəki dəstə dərəyə girən kimi, oranı qatı
duman bürüdü. Qarmaqarışıq səslər eşidildi,
ərazi aydınlanandan sonra isə orada heç kəs yox
idi».
«Sıçuan anomal zonası»na ekspedisiya göndərən
alimlərin fikrincə, bütün olanlara səbəb irinli
bitkilərin tərləməsidir ki, bundan insan
boğulmağa başlayır, istiqamətini itirir, nəticədə
məhv olur. Lakin digər tədqiqatçılar iddia edirlər
ki, bunlar yalnız zahiri ehtimallardır, əsl
həqiqətdə isə baş verən hadisələrin kökü «qara
bambuk dərəsi»nin qeyri-adi güclü maqnit
sahəsindədir. Çinin Tzilin əyalətindəki Çanbayşan
dağlarında yerləşən «ölüm dərəsi» də məhz bu
xüsusiyyətinə görə seçilir. Orada da məlum
olmayan səbəblərə görə təyyarələr qəzaya
uğrayır, insanlar itkin düşür. Hətta o dağlara
jenşen axtarmağa gedən və ərazini beş barmağı
kimi bilən təcrübəli ovçular da geri
qayıtmayıblar. O yerlərdə kompasın əqrəbləri
“çaşır”, insanlar yaddaşlarını və istiqamətlərini
itirərək qəribə anlaşılmaz vəziyyətə düşürlər.
Yolçular sehirlənmiş kimi eyni yerdə dolanıb —
durur, çıxıb getmək üçün doğru yolu tapa
bilmirlər.
ABŞ-ın Kaliforniya ştatındakı «ölüm dərəsi» də
insanların həyatı üçün böyük təhlükədir. Bu
böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli
yayla Yerin ən isti ərazisidir. Bu səhranın bəzi
yerlərində ilk baxışdan adi görünən və futbol topu
ölçüsündən, ton yarıma qədər çəkisi olan qaya
parçaları var. Məhz bu daşların sirrini alimlər
uzun illərdir ki, çözə bilmirlər. Məsələ ondadır ki,
bu daşlar məlum olmayan səbəbdən və
müəmmalı şəkildə özlərindən sonra iz qoyaraq
hərəkət edir.
Belə bir
hadisəyə
Rusiya
ərazisində də
rast gəlinir.
Mavi daş —
əfsanəvi qaya
parçası
Pereslavl-
Zalesski
yaxınlığındakı
Qorodişe kəndi
ətrafında
yerləşir. Qədim
rus inancına
görə, bu daşda
arzu və
niyyətləri
yerinə yetirən
ruh yaşayır.
XVII əsrin əvvəllərində kilsə bütpərəstliklə
mübarizəyə başladığı zaman Semyonov kilsəsinin
keşişi Anufri dərin bir quyu qazmağı və Mavi daşı
orda basdırmağı əmr edir. Bir neçə il sonra qaya
parçası müəmmalı şəkildə torpağın altından çıxır.
150 il sonra Pereslavlın kilsə başçıları qərara
alırlar ki, bu qaya parçasını tikiləcək kilsənin
təməlinə qoysunlar. Daşı xizəyə yükləyib
Pleşeyeva gölünün üzərindən keçirən zaman buz
qırılır və daş gölün dibinə düşür. Lakin tezliklə
balıqçılar müşhakidə edirlər ki, daş gölün dibi ilə
hərəkət edir, yavaş-yavaş yerini dəyişir. Yarım
əsr sonra qaya parçası Yarilin dağının ətəyinə
çatır və bu günə qədər də oradadır.

[cavab]

pol NARDARANLI 25 Avq 2014 / 00:34
Bəs bununla bağlı hansı ehtimallar irəli sürülür?
Mistiklər qeyd edirlər ki, burada düşünməli heç
nə yoxdu, «gəzən daşlar» axirət mənası daşıyır.
Bu iddianı təsdiq edən fakt kimi İkinci Dünya
müharibəsi zamanı İngiltərədə baş verən və
böyük səs-küyə səbəb olan hadisəni misal
gətirirlər. Hadisə Esseks qraflığında baş verib.
Nəsildən-nəslə ötürülən rəvayətə görə, yerdə
qazılmış oyuqdakı qranit qayanın altında qəddar
ruh gizlənib. Yol genişləndirilən zaman buldozer
o daşı kənara atıb. Bundan sonra baş verən
hadisələr ölkənin hər yerindən jurnalistlərin oraya
axışmasına səbəb olub. O zamankı qəzet və
jurnallarda baş vermiş hadisənin geniş təfərrüatı
yazılır: «Bağlı və boş kilsədəki zənglər çalmağa,
ağır dirəklər və kənd təsərrüfatı alətləri havada
uçuşmağa başlayır. Qorxmuş kənd əhalisi tələb
edir ki, qranit təcili olaraq öz əvvəlki yerinə
qaytarılsın və qədim magik ayinlərin müşayəti ilə
bu tələb yerinə yetirilir. Bununla da mərəkə sona
çatır».
Materialistlər isə öz növbələrində qeyri-adi
qüvvələrin mövcudluğuna inanmır və baş
verənlərə daha real izahat axtarırlar.
Yayılan versiyalar arasında yağış və küləyin təsiri
qeyd olunur. Tədqiqatçılar iddia edirlər ki,
Kaliforniyadakı daşlar yağış zamanı küləyin
təzyiqi ilə gil üzərində sürüşürlər. Lakin burada
yağışın yağması çox nadir hadisədir, eyni
zamanda daşların qoyduğu izlər hakim küləyin
əks istiqamətindədir. Hempşir kollecinin
əməkdaşlarından ibarət tədqiqat qrupu «yağış
versiyası»nı praktikada tətbiq etmək istəyiblər.
Ərazini su ilə islatdıqdan sonra daşların da
üzərinə su tökürlər, lakin daşı yerindən tərpətmək
mümkün olmur. Aparılan hesablamalardan sonra
aydın olur ki, ton yarımlıq qayanı yerindən
tərpətmək üçün külək saatda 400 km sürətlə
əsməlidir. Hətta nəzəri cəhətdən də belə bir
fırtınanı təsəvvür etmək çətindir
Rəsmi mənbələrdən: Şimal-Şərqi Rumıniyanın
Bakeu şəhəri yaxınlığında naməlum qüvvə
avtomobillərin mühərriklərini dayandırır və onları
Mequre təpəsi ilə yuxarı dartır. Yerli sakinlər
iddia edirlər ki, zaman-zaman Mequre
(tərcümədə «kurqan») təpəsinin zirvəsində mavi
rəngdə müəmmalı alov görünür.
Azərbaycanın Göy-göl rayonunuda "Ölüm
dərəsi"?
Oxşar hadisə Azərbaycanın qərbində əvvəlki
Xanlar, indiki Göy-göl rayon mərkəzindən 5
kilometr məsafədə (Göy-gölə gedən yolda) baş
verib. Moskvadan gələn tədqiqat qrupu
avtomobili bu yamacda saxlayıb, lakin hər dəfə
avtomobil Yerin cazibə qüvvəsinin əksinə olaraq
öz-özünə yuxarıya doğru hərəkət edib.
Daşları və avtomobilləri bütün təbiət qanunlarına
zidd olaraq hərəkət etdirən hansı qüvvədir? Bu
suala cavab axtaran tədqiqatçılar hələ də son
sözlərini deməyiblər.

[cavab]

pol *BLiND*FaRMeR* 25 Avq 2014 / 00:36
Oxumaq isteyerem amma goz qalmire gozlerim cixir dusur yere
uzurlu hesab elle

[cavab]

pol DarKDayS 25 Avq 2014 / 01:01
maraqli

[cavab]

pol VehshiAslan 25 Avq 2014 / 01:12
axira kimi oxudum

[cavab]

pol tutu 25 Avq 2014 / 01:43
Maraqlidi twk

[cavab]

pol M4SW4P 25 Avq 2014 / 08:38
Təşəkkür maraqlı idi

[cavab]

pol ____SERAP____ 25 Avq 2014 / 08:56
NARDARANLI, maraqlı faktları tapıb böluwduyun ucun minetaram. Tşk,

[cavab]

pol @ramil@ 25 Avq 2014 / 09:15
NARDARANLI, TWK QAQA COX MARAQLI IDI ELINE SAQLIQ

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.228 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az