*******************

pol Ms_Famous 18 Avq 2014 / 12:33
Bir Şəhidin Fəryadı
Ifaçı: DeFakto ft a.k.a Kamikadze

DeFakto verse:

Bu ölkədə yoxdu ədalət nə də ki, qanun-qayda,
Amma çətin bu gedişlə nə vaxtsa qanun qayıdar.
Nankorların vurduğu yara axı necə sağalsın,
Biz nələri qurban vermişik təki Vətən sağ olsun.
Ana həsrətlə baxır pəncərədən gözləri yolda,
Amma gözlədiyi olmadı bir anda gözləri doldu,
Sanki ölüm xəbərini eşitmişdi qulaqlar,
Oğlu qayıdan kimi toy olmalı idi bu vaxtlar.
20 ildən çoxdur ki, buna göz yuman ölkələr var,
Nə qədər yaşlı insan, gözü yaşlı körpələr qalır.
Günbəgün şəhidlik zirvəsinə gedən döngələr var,
Hələ də işğal altındakı o boyda bölgələr qalır.
Üzülmə buna görə heç vaxt önündə sabahlar var,
Nə qədər ağlasan da sızlasan da sağalmayacaq.
erməni qoduqları da gedir artıq öz yolu ilə,
Amma ümid eləmə ki, torpaq qayıdar "sülh" yolu ilə
ANA ...

Chorus:

Hər gün hər saat hər saniyə,
Səni fikirləşirəm mən Anacan,
Mənim üçün heç vaxt sən darıxma,
Mən bu döyüşü aparacam sonacan.

Rüzgar a.k.a Kamikadze verse:

Bu ölkə nə şəhid qanır nə də ki, anım günü,
Biz burda ölüm qanına bulanmışıq hamı gülür.
Mənim üçün zaman dondu, yaş hələ də iyirmi üçəm,
Anamın sevgisini dəyişdim mən yerini gücə.
Bizə görə göylər ağlar məsafənin şehi dondu,
De mənə dəyərmi mən nələrə görə şəhid oldum ?!
Ondansa sağ qalardım ölməzdim qınama dostum,
Toxunur bəzilərinin kef eləməyi qanıma dostum.
Vuruşmaq adı gələndə səhifə yarıda var əlfəcin,
Onlar heç döyüşə də getməyib yalnız şərəfə içir.
Belədiki bütün günahlar bizdə idi təxribat var,
Şəhidlər dirilmir ki, ona verilən fəxri adla.
Nə qədər insan dərd üzündən tapdı xəstəlik,
Sayılmır torpaqlarımız tam, biz necə müstəqilik ?
Və bir gün eşidəcəksən Qarabağdan səs gəlir,
Ümid sənədir ancaq AZƏRBAYCAN ƏSGƏRİ !

[cavab]

pol aZe_CRaZY_BoY 18 Avq 2014 / 12:43
elerive saglig

[cavab]

pol CAVKA 18 Avq 2014 / 13:23
super elaaa yazan ellerniz var olsun

[cavab]

pol _INTERPOLL_ 18 Avq 2014 / 13:37
Elerine saGLiQ

[cavab]

pol DarKDayS 18 Avq 2014 / 13:38

[cavab]

pol *_MaRLBoRo_* 18 Avq 2014 / 15:32
a.k.a fit deyil rap'erlerde o second ad kimi gedir mes: "paster a.k.a nifret" rap ewitmek istirsizse..
paster
xpert
okaber
rg
ziqzaq

[cavab]

pol Ms_Famous 18 Avq 2014 / 16:00
*_MaRLBoRo_*, sadece sözleri xosma geldi kopi edib mövzu acdım.Men sözlerne diqqet edilsin deye mövzunu acdım

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2389 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az