...MARAQLI HEDIS...
@Vako@
17 Avq 2014 / 23:13
Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:
“Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”
Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.
Bu şərif ayə də həmin nöqtəyə işarədir:
وَ أَقِمِ الصَّلَوةَ طَرَفىَِ النهََّارِ وَ زُلَفًا مِّنَ الَّيْلِ إِنَّ الحَْسَنَاتِ يُذْهِبنَْ السَّيَِّاتِ
“Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır.”
“Ərbəine şeyx Bəhai” kitabında belə bir rəvayət var: “Səhabələrdən biri naməhrəm qadını öpəndən sonra peşiman olub Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəldi. Yuxarıdakı həmin mübarək ayə nazil oldu. Həmin səhabə soruşdu: “Bu bağışlanma mənə aiddir, yoxsa hamıya?” (Yəni, hər günahkarın günahı namaz vasitəsilə bağışlanır, yoxsa bu ayə yalnız mənə aiddir?). Həzrət buyurdu: “Sənə məxsus deyil, mənim bütün ümmətimə aiddir.”
Həmin kitabın başqa bir hissəsində Peyğəmbərimizdən (salləllahu ələyhi və alihi və səlləm) belə rəvayət edilir:“Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, sizlərdən hər kəs namaz üçün ayağa qalxıb dəstəmaz almağa başlayanda onun bədən üzvlərindən günahlar tökülər. Üzü qibləyə durub, diqqətini Allaha yönəldib iqamə deyərkən onun bütün günahları bağışlanar. O, yenicə anadan olmuş uşağa bənzəyər. Gündəlik beş dəfə qılınan namaz beş axar çaya bənzəyər. Hər gün bu beş çayda beş dəfə yuyunan insanın bədənində çirk qalmadığı kimi beş dəfə namaz qılan şəxsin əməlləri də günahlardan təmizlənər.”
[cavab]
(=AyaN=)
18 Avq 2014 / 00:20
Melumatcun tewekkur,Allah razi olsun
[cavab]
@Vako@
18 Avq 2014 / 00:24
(=AyaN=), COX SAGOLUN.CUMLEMUZDEN
[cavab]
privet
18 Avq 2014 / 00:27
Təşəkkür
[cavab]
ViP-DaNGeR
18 Avq 2014 / 00:55
twk brat
[cavab]
@Vako@
18 Avq 2014 / 00:58
Vaxtinizi ayirib oxudugunuz ucun sizler sagolun.
[cavab]
xCoory
18 Avq 2014 / 01:01
ALLAH razi olsun
[cavab]
@Vako@
18 Avq 2014 / 01:02
xCoory, CUMLEMIZDEN
[cavab]
zekow
18 Avq 2014 / 02:45
Allah razi olsun.
[cavab]
Inishka
18 Avq 2014 / 10:06
Allah razı olsun çox sağolun paylaşdqnız üçün.
[cavab]
Bölmeye qayıt
0.1288 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az