QURANDA AZERBAYCAN HAQQDA AYE
NARDARANLI
17 Avq 2014 / 21:51
"Bunlardan qabaq Nuh peyğəmbərin qövmü və
Ər-Rəss camaatı... " ("Qaf”, 12)
İmam Rza (ə) İmam Hüseyindən (ə) rəvayət
edərək buyurub:
"Ramazan ayında Həzrət Əlinin (ə) şəhadətinə 3
gün qalmış Bəni-Təmim qəbiləsindən Əmr adlı bir
nəfər İmamdan soruşdu: "Ya Əli, Quranda adı
çəkilən "Əshabi rəss" hansı dövrdə yaşamış,
yaşadıqları yer və məmləkət hara olmuşdur?
Onlara peyğəmbər gəlibmi? Onlar hansi yolla
həlak olublar?”.
Həzrət Əli (ə) buyurdu: "Ey mömin qardaş,
indiyədək heç kəsin soruşmadığı bir sual
verirsən. Əshabi-Rəss ağac budağına pərəstiş
edən bir tayfa olub. Sənubər ağacını Yafəs ibn
Nuh tufandan sonra bir bulağın yanında əkmişdi.
Yafəsdən sonra adamlar ağacın özünü müqəddəs
sayıb ona sitayiş etdılər. Çay boyu əkib
artırdılar. Niyyətləri olanda ağaclara
tapınardılar. Lakin Allahın onlara rəhmi gəlib
Xənzələ ibn Səffan adlı bir peyğəmbəri məbus
etdi. Onlar peyğəmbərə qulaq asmayıb öz əvvəlki
inanclarında qaldılar.Lakin Allahın qəzəbi ilə
ağaclar qurudu.Həmin adamlar qurumuş
budaqlardan tonqal qalayıb oda tapındılar.Lakin
ağacların qurumasından da cox narahat idilər.
Şeytan onları aldadib dedi ki, peyğəmbərin qanı
ilə bu ağaclara su versəniz yenidən
yaşıllaşar.Xənzələ peyğəmbəri bir quyuya diri-
diri salıb çayın suyunu ora buraxdılar. Yenidən
quyudan dövr edən qanlı su çaya axıdıldı. Xənzələ
ibn Səffan peyğəmbər nə qədər qışqırdısa, xeyri
olmadı. Allahın onlara yenidən qəzəbi tutdu və
bayram günlərində dəhşətli külək əsib coxunu
həlak etdi. Ər-Rəs çayina peyğəmbər qanı axdığı
üçün suyun rəngi qırmızı oldu”.
Əllamə Məhəmməd Bağır Məclisi "Biharul Ənvar"
kitabında Sələbiyə istinad edib yazır: "Əshabi-
Rəss Həzrəti Süleymandan əvvəl yaşamışlar.
Onların yaşadığı yerdə olan Ər-Rəss (Araz)
çayının uzunluğu 300 km-dir. Asiyanın şərqindən
başlanıb Qızıl-ağac körfəzində Xəzər dənizi ilə
qovuşur”.
Həzrəti Əli (ə) Əshabi-Rəssin yaşadığı şəhərlərin
adlarını Aban, Azər, Dey, Bəhmən, İsfəndiyar,
Fərvərdin, Ordibehişt, Əmrdad, Murdad, Tir,
Mehr və Şəhrivər olduğunu buyurmuşdur. Onların
padşahı Pərgiz ibn Cabir ibn Kənan olmuşdur.
Əqidələrinə görə su, külək, od və torpaq çox
müqəddəs və sitayişə layiq ünsürlər olub.
Bu deyilənlərə əsas olaraq, bu gün də
Azərbaycan xalqı su, külək, od və torpaq
çərşənbələrini qeyd edir. Bəzi yerlərdə ağaclara
inanc isə bu gun də qalmaqdadır.
Belə ki, bəzi ziyarətgaha, pirə gedənlər öz
saçlarından, paltarın sapından, hətta müəyyən
paltarı belə ziyarətgahdakı ağaca və ya hər
hansı budağa bağlayırlar. Azərbaycan ərazisinin
çox yerində yüz illərlə ziyarət olunan müqəddəs
ağaclar hələ də qalmaqdadır. Coğrafi adlar isə
Naxçıvan-Nuh çıxan , yəni Nuhun 3 oğlundan biri
Yafəsin məskən saldığı yer, Araz çayı isə Ər-
Rəssdır.
Hələ bu gün də Cənubi Azərbaycanda yuxarıda
qeyd olunan 12 şəhər adı 12 ay adı ilə
yaşamaqdadır. Həmin aylar Hicri-Şəmsi təqvim
ilinə aiddir və ilin əvvəli Novruz bayramı
günündən başlanır. 12 addan birinin Azər olması
elə bu torpaqların tarıxi toponimi olmasını sübut
edir. Üç adı birlikdə götürdükdə isə Azər+Dey
+Aban=Azərbaycan.
Xənzələ peyğəmbərin qanı ilə boyanmış Ər-Rass
(Araz) çayının suyu tökülən dərya Xəzər dənizi
adlanıb.
Quran böyük hikmətlər, tarixi həqiqətlər
məcmuəsidir. Onun sirrləri zaman-zaman, zərrə-
zərrə aşkarlanır.
[cavab]
Melis
17 Avq 2014 / 22:04
Bunu bilmirdim tşk movzuya gore
[cavab]
privet
17 Avq 2014 / 22:07
Super məlumatdı təşəkkur
[cavab]
NARDARANLI
17 Avq 2014 / 22:18
Allah razi olsun
[cavab]
*_MaRLBoRo_*
17 Avq 2014 / 23:41
Allah razi olsun qardawim,axira kimi oxudum
[cavab]
(=AyaN=)
18 Avq 2014 / 00:29
Maraglidi,Allah razi olsun..
[cavab]
ViP-DaNGeR
18 Avq 2014 / 00:50
twlk brat Allah razi olsun
[cavab]
NARDARANLI
18 Avq 2014 / 12:25
Allah birdaha haminizdan razi olsun
[cavab]
Mr_PsiXxX
18 Avq 2014 / 14:20
allah razi olsun
[cavab]
Ms_Famous
18 Avq 2014 / 17:40
Maraqlı mövzudur.Bilmirdim indi bildim.Mövzuya göre teşekkür
[cavab]
Bölmeye qayıt