Kimin burcu nede bexti getrir.

pol BaLshoY 17 Avq 2014 / 14:09
Qoç Bürcü

İşdə, karyerada bəxtləri daha çox gətirir,
müdrikdirlər, başqalarının dişini qıracaq
çətin işləri qorxmadan boyunlarına
götürürlər və burda da şans üzlərinə gülür.
Azartlı oyunlarda da bəxti gətirən Qoçlar
üçün ən böyük oyun həyatın özüdür. Onlar
Marsın övladlarıdır axı, məğlubiyyət nədir
bilmirlər. Qanları qaynayır, hər şeyə yarış,
mərc kimi yanaşırlar, onları nəticədən çox,
prosesin özü həvəsləndirir. Ona görə
Qoçlardan əla döyüşçü, idmançı olar. Qoçları
müdiriyyət daha tez mükafatlandırır, maaşını
artırır. Bu kimi xüsusiyyətlərinə görə
ətrafında olan azşanslı dostlar və kolleqalar
onun həsədini çəkir.

Buğa Bürcü
Onların bəxti pulda gətirir, hətta işsiz
otursalar belə (adətən belə olur, çünki onlar
tənbəl olmasalar da, iş tapmaqda çətinlik
çəkirlər) pulsuz qalmırlar. Həmişə elə adam
tapılır ki, onlara
qədər çox pulu olsa, özünü bir o qədər
xoşbəxt hiss edir. Nəyəsə yatırım etməkdə
də əlləri gətirəcək. Xərçənglər banka gedər,
hesabında nə qədər pul varsa, çıxarıb bir
layihəyə, işə sərmayə edər, o puldan da artıq
qazancla çıxar. Onların ailə və ev qur-maqda
da taleyi gətirir, çünki Xərçəng böyük evdar
və təsərrüfatçıdır. Xarakterindəki bəzi
nöqsanları və tez alışmağı ol-masa yaxşı olar.
Xərçəngin devizi: "hamı evə”-dir. O, ailə
üzvlərinin sevimlisidir. Əsas odur ki,
Xərçənglər nostalji hisslərə qapılıb
darıxmasınlar, həmişə ümidli və enerjili
olsunlar, o zaman doğularkən onlara verilən
şans həmişə işləyəcək.

red. BaLshoY (17.08 /14:14)

[cavab]

pol BaLshoY 17 Avq 2014 / 14:10
Şir Bürcü

Yaxşı insanlar sarıdan onun bəxti gətirir.
Şirlər cəmiyyətin gözü ola bilir. Eqoizm, hirs
və hətta eqosentrizmə baxmayaraq, bu
bürcü etibarlı dostlar əhatə edir və onları
həmişə xatırlayırlar. Özü də yaxşı mənada.
Şirin bəxti bir əsas şeydə gətirib: nadir halda
etiraz və imtina alarlar. Nə istəsələr, sanki
qanundur. Onların alış-verişdə də əlləri
gətirir. Hətta az gəlirləri olsa da elə şeylər
alırlar ki, hamı onlara həsəd aparır, bahalı
geyindiyini düşünür. İntim sahədə də
şanslıdırlar, kimi istədilər tora salırlar, kimi
istəmədilər, atırlar. Qəlbləri və yataqları boş
qalmır.

Qız Bürcü
Bu zərif bürcün sakinləri Tanrı dərgahında
bürclərə bəxt və şans paylananda tamam
başqa cərgədə, başqa bir şey üçün növbəyə
durublarmış. Bu, inadcıllıq və məqsədlikdir.
Ona görə şansları elə də üzdə deyil. Qızlara
hər şeyi öz zəhmətləri və alın təri, müəyyən
müddətə əldə etmək yazılıb. Bu onlarda
alınır. Yazıqlara elə buna görə də həsəd
aparırlar. Havayı və müftə heç nə əldə
etmirlər. Tale onların qarşısına bəzən
gözlənilməz uduşlar, fürsətlər çıxarır:
kimdənsə havayı ev qalır, hədiyyə bilet və s.
Qızların bəxti anadangəlmə bir şeydə gətirib:
yüksək zövq. Onlar hər şeyi zövqlə edirlər.
Ona görə onların fikrini qiymətli bilirlər,
onunla məsləhətləşirlər, onunla ünsiyyətə
can atırlar. Öz növbəsində bu da bir növ
bəxti-gətirməkdir və hər adama verilmir.
Qızlar uğuru və şansı daim yanlarında
görmək üçün gərək həmişə ruh
yüksəkliyində olsunlar, əhvalları optimist və
şən olsun, həmişə işıq saçsınlar.

[cavab]

pol *_GeNeRaL_* 17 Avq 2014 / 14:10
twk qaqa Men xercengem ve duzdur bide bes qalnlari hani?

[cavab]

pol BaLshoY 17 Avq 2014 / 14:11
Tərəzi Bürcü

Bu bürc sahibləri kökləndikləri, diqqətlərini
yönəltdikləri və ürəkdən istədikləri şeylərdə
şanslıdırlar. Qoy Tərəziləri ikifikirli, yüngül tip
adlandırsınlar, amma onlar çox şarmlı və
istədiyini əldə edəndir. Onlara yox demək
mümkün deyil. Bu da onların üzdə olan bəxti
sayıla bilər. Amma çox vaxt Tərəzilər
taleyindən, bəxtindən şikayətçi olur Fortuna
sizi sevir, sadəcə, könlünüz tutan şeyləri sizə
verir. Axı həyatda hər şey 100 faiz ola bilməz.
Tərəzilər ətrafdakılara xeyirxahlıq göstərib
yaxşılıq etməyi artırmalıdır ki, uğur daima
yanlarında olsun.

Əqrəb Bürcü
Onlar məşhur bəxti gətirənlərdir. Bəxt
köynəyində doğulublar. Nəyə əl atırlarsa,
qızıla çevrilir: istər sənətdə, işdə, istər
sevgidə. Onların bəxtinin naturaları kimi
qəribə sirri və mistikası var. Qarşı tərəfin
gözündə onların qüsuru yoxdur, əslində isə
nə qədər desən nöqsanı var. Sanki adamlar
onun mənfi tərəflərini görmür. Əqrəblər
insanın həyatına, sirlərinə müdaxilə edib hər
şeyi öyrənə bilir və sonra bundan öz
mənafeyi üçün istifadə edir. Amma Əqrəblər
əldə etdiklərindən tez usanırlar və çox
darıxırlar. Ona görə bəxtlərini özləri
yatırırlar.

[cavab]

pol BaLshoY 17 Avq 2014 / 14:12
Oxatan Bürcü

Xoşbəxt axına tez düşürlər, Fortuna onlar
üçün əlindən gələni edir və tez-tez münasib
şərait yaradır. Bəzən Oxatanların bəxti
onların beynindən qaynaqlanır. Məsələn, o,
səyahət etməyi istəyir, oturaq iş istəmir,
onda ona səfərlə bağlı iş düşür, təklif gəlir.
Bəzən özü də belə üst-üstə düşmələrə
təəccüblənir. Xüsusən sevgi və evlilikdə bəxti
gətirir. Hətta nəsə itirsələr də, o tərəfdən
başqa qapı açılır. Qələbəyə asanlıqla çatırlar,
yəni bir o qədər zəhmət çəkmirlər. Bir
tərəfdən insafsızlıq kimi görünür, amma
neyləmək olar. Oxatanlar özlərini hər şeyin
yaxşısına layiq bilirlər. Onlar əmindirlər ki,
sabah bu gündən daha yaxşı olacaq.

Oğlaq Bürcü
Onlar kəşf, tapıntı və yenilik üzrə ən şanslı,
bəxtəvər bürcdür. Oğlaqlar yerdən ən çox
pulqabı, pul tapan adamlar olur. Getdiyi
yerdə qarşısına nəsə çıxır, sakitcə götürürlər,
sahibini axtarsalar da tapmırlar, bir səs
yoxdur və bunun göydən sürpriz olduğuna
inanırlar. Bu adam kollektivlə meşəyə
göbələk yığmağa getsə, ən yaxşı, bol yer
onun qarşısına çıxır və ən dolu zənbil onda
olur. Bəziləri Oğlaqlardan qorxur, çünki onlar
hər şeydə qarşılıqlı mənafe, məqsəd
güdürlər. Adətən özlərini qurban ver-mirlər.
Oğlağın sağlamlıq cəhətdən də bəxti var,
fiziki baxımdan ən dözümlü və qüvvətli
bürcdür.

[cavab]

pol BaLshoY 17 Avq 2014 / 14:13
Dolça Bürcü

Real aləmlə göyləri, fantaziya və xəyalları
səhv salan Dolçaların bəxtləri də elə
bundadır. Onlar öz fantaziyalarında
yaşayırlar və özlərini inandırırlar ki, əslində
belədir. Divan üstündə uzanaraq dünyanın o
başına səyahətə gedirlər, pulları olmaya-
olmaya beyinlərində hardasa bahalı yerdə
alış-veriş edirlər və bundan gerçək həzz
alırlar. Dolçaların bəxti ruletka, lotoreya,
uduşlu oyunlarda gətirir. Dolçaların beyni
kosmik eqreqora bağlıdır, onların arzusu
reallaşmadıqda az üzülürlər, çünki bu
olmadısa, beyində dərhal yenisi yaranır. Yeni
informasiya onlara hər yerdən gəlir: filmdən,
dostunun söhbətindən, nağıldan Ona görə
qeyri-adi peşələrdə və yeniliyə can atan
Dolçalarda şans həmişə 100% işləyir. Onlar
üçün maddiyyat sonuncu yerdədir.

Balıqlar Bürcü
İlk növbədə onları bununla təbrik etmək olar
ki, Balıqlar digər bürclər arasında ən qeyri-
adi, mistik bir qüvvəyə malikdir və digər
insanlara asanlıqla hökm edə bilir. Onlarda
bəxt bir-tərəfli işləyir: əgər işdə uğur varsa,
deməli, sevgidə olmayacaq və ya əksinə.
Əgər təsadüfən əlinə külli miqdarda pul,
uduş gəldisə, bilsin ki, hansısa sahədə tam
iflas olacaq. Sanki Fortuna sizinlə oynayır.
Belə taleyə öyrəşmiş Balıqlar zamanla anlayır
ki, əlində olana sevinməli və indiki halda
xoşbəxt olduğunu duymalıdır. Yoxsa sabah
nə olacağını heç kim bilmir. Bu bürcün
sakinləri nadir halda taleyindən razı olur.
Amma bilsinlər ki, bəxtləri o birilərindən heç
də az deyil, birtərəfli olsa belə

[cavab]

pol Creative 17 Avq 2014 / 14:16
Qoc burcu

[cavab]

pol *_GeNeRaL_* 17 Avq 2014 / 14:17
day hecne

[cavab]

pol *_GeRoY_* 17 Avq 2014 / 14:19
Balq.

[cavab]

pol _ElvIN_ 17 Avq 2014 / 14:22
Terezi
Cox sagol

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1832 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az