De necə barışım mən bu zamanla? - Hərkəs oxusun!

pol MaqnuM 11 Noy 2012 / 05:43
Çox xahiş edirəm axıra kimi oxuyun!

Ədalət şam kimi əriyir Allah!
Zor haqqı divara diriyir Allah!
Yalan ayaq açıb yeriyir Allah!
Bacara bilmirsə doğru yalanla,
De necə barışım mən bu zamanla?

Mərdlərin başını namərdlər yeyir
Şərə göz verməyib, göz yumur xeyir
Gədalar özünə şahənşah deyir
Yaxşılar iş görür pislə, yamanla
De necə barışım mən bu zamanla?

Ürəklər soyuyub olub buz kimi
Namus çeynənilir bir saqqız kimi
10 ilin pozğunun təmiz qız kimi
Gəlin köçürən baş toyla, nişanla
De necə barışım mən bu zamanla?

Bığsız kişiləri el ağsaqqalı
Elmdən dən vurur ağıldan kalı
Pələngə tay olub çaqqal-çuqqalı
Qoyunu aşnalığ edir qabanla
De necə barışım mən bu zamanla?

Qeyrət çoxlarıyçün olub Qeyri Ət
1 milyon qaçqını olan bu millət
Oturub səbr edir dəhşətdi-dəhşət
Yuya bilmiriksə biz qanı-qanla
De necə barışım mən bu zamanla?

İndi bir şüar var: Yaşasın Rüşvət
Başda vəzifədir, ayaqda qeyrət
Bu yolla haraya gedir bu millət?
Yolu kəsmək olmur hətta Quranla
De necə barışım mən bu zamanla?

Ata, anasını oğraşlar bu gün
Qocalar evinə edirsə sürgün
Qarabağ alınar? Bu qeyri mümkün
Dünyanı titrədən ahu-fəqanla
De necə barışım mən bu zamanla?

Hərkəsən öz xeyrin güdür həyatda
Bu işə Allah da mat qalıb, hətta
2 doğma qardaş bir damın altda
1 ocağ yandırır 2 qazanla
De necə barışım mən bu zamanla?

Haqqa yox, nəfsədir indi etiqad
Bir kimsə yoxsula etməyir imdad
Varlı öz dövlətin çəkdirir, ey dad
Kasıb öz çəkisin çəkən qapanla
De necə barışım mən bu zamanla?

Varlı süfrəsində olan tox milçək
Durur ac kasıbdan hörmətdə yüksək
Pul üçün fağıra hansısa eşşək
Əgər əmr edirsə xoruztək banla
De necə barışım mən bu zamanla?

Kasıb nə diyirsə "Əşi" diyirlər
Dəlidi, işləmir başı diyirlər
İndi dövlətdiyə kişi diyirlər
Mənlik ölçülürsə dövlətlə, şanla
De necə barışım mən bu zamanla?

Yayın istisində, qışın qarında
Kişi var yaşatmaq intizarında
Neft qaz ölkəsində, qul bazarında
Eşşəktək işləyir çulla, palanla
De necə barışım mən bu zamanla?

Avropa dəbinə olannan kölə
Ar zibil şəklində atılıb çölə
Adam xəcalətdən az qalır ölə
Darbalaq şalvarla, yarıq tumanla
De necə barışım mən bu zamanla?

Şairlər yazmasın sevgi şeirini
Məcnunlar bulvarda gəzir leylini
Erkəylər erkəyə salır meylini
Nigah bağlıyırsa zənan zənanla
De necə barışım mən bu zamanla?

Kişi var ev satıb, qız kirəliyir
Firminni Moteldə can şirəliyir
Arvad-uşağısa baş girəliyir
Bir parça çörəklə, bir baş soğanla
De necə barışım mən bu zamanla?

Arvad var ərinin sözünə baxmır
Ər var arvadın üzünə baxmır
Bu dünya güzgüdə özünə baxmır?
Hanı Nuh peyğəmbər, gəsin tufanla
De necə barışım mən bu zamanla?

Məmurlar firontək əyləşib taxtda
Torpaq qanununun icrası saxta!
Komputer, texnika olan bu vaxtda
Kəndli yer şumluyur xışla, kotanla
De necə barışım mən bu zamanla?

Cinayət törədən hakim bizdədir
Xəstəsin öldürən həkim bizdədir
Özün kəşf etməyən alim bizdədir
Bu əsəbi başla, bu dərdli canla
De necə barışım mən bu zamanla?

Geroyin saqqızdı, yoxsa marojni?
Görən hara baxır bizim tamojni?
Xalqın cavanları e kak palojni
Yeni əsrə gedir əldə bayanla
De necə barışım mən bu zamanla?

Cəngi bata-bata batır zatımız
Yallı yox caz gedir camaatımız
Məhv olmaq üzrədir muğamatımız
Əgər küsmüşüksə tarla, kamanla
De necə barışım mən bu zamanla?

Güldürüb özünə şarlatanları
Birləşmir dünyanın müsəlmanları
Mənə fitva versin din irfanları
İki təriqətlə, iki azanla
De necə barışım mən bu zamanla?

Azmıdır bu xalqın din işğalçısı?
Dələduz mollası, gopçu falçısı
Hacı piyvəsinin istehsalçısı
Saziş bağlayırsa dini bükanla
De necə barışım mən bu zamanla?

Dinlədikcə şeytan çalan havanı
Eyləyirik haqqa qarşı davanı
Çoxu məşhərdəki Haqqı-Divanı
Səhv salır embawood'dakı divanla
De necə barışım mən bu zamanla?

Mən Nəsimi övladıyam ay arsız!
Sizə qalsa lap dərimi soyarsız
Kəfənimə qələm, vərəq qoyarsız
Haqq dünyasını gözdüyürəm gumanla
De necə barışım mən bu zamanla?

Xəyala dalıram bir an içində
Günahsız əllərim al qan içində
Bu şeiri yazmışam zindan içində
Mən şair Ramizəm, az məni danla
Barışan deyiləm mən bu zamanla!!!!

Ramiz Təkani



Əziyyətimə hörmət olaraq 1 şərh yetər!
red. MaqnuM (11.11 /05:49)

[cavab]

pol Tarla_Az 11 Noy 2012 / 10:42
Superdi lap rahatladimee bu weiri oxuyandan sonra bagiwda hamsini oxuy bilmedim amma ela idi yeri gelmiwken kim yazib bu weiri

[cavab]

pol Ucarli 11 Noy 2012 / 11:19
eladi

[cavab]

pol *_DaRK_LiFe_* 11 Noy 2012 / 12:11
cox sagol. Men bunun mp3 faylına qulaq asmışam.

[cavab]

pol YeTiM 11 Noy 2012 / 12:21
Cox saq ol.Ela idi.Bunu Siyezenli bir kiwi yazib sef elemiremse .Cox ela werler yazir

[cavab]

pol MaqnuM 11 Noy 2012 / 21:57
cox sagolun. muellif Ramiz Tekani di

[cavab]

pol EMIN98 11 Noy 2012 / 22:01
Allah rehmet elesin. Yaxşı Adam idi. Amma heyf heyat üzüne gülmedi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2378 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az