+Son defe ne zaman dua etmisiniz?+

pol Nurlanichka 10 Noy 2012 / 18:52
Son dəfə nə zaman dua etmisiniz?
Hərə bu suala fərqli cavab verə
bilər. Lakin bir məsələ gün kimi
aydındır ki, əsasən çətinliyə
düşən, problemlərlə üzləşən insan,
hansısa bir xəstəliyə düçar olan
şəxs daha çox dua edir. Çünki
insan elə bir məxluqdur ki, adətən
çətinlik çəkəndə Allahı yada salır
və Ona sığınır. Yadımıza uşaqlıq
dövrümüzü salaq. Məktəbə
hazırlıqsız getdikdə və
müəlliməmiz jurnaldan adları
oxuduqda saf uşaqlıq hisslərilə «ay
Allah! Kömək ol, adımı
oxumasın!» - deyə yalvarırdıq.
Amma heç fərqinə də varmırdıq
ki, səmimi qəlbdən dua edirik.
Dua nədir? Dua insana necə
kömək edə bilər? Dua etməklə
hansısa bir xəstəlikdən xilas olmaq
olarmı? Nə vaxt dua etmək daha
yaxşıdır?..
Allaha dua etmək Allah qarşısında
öz zəifliyini və Ona olan sonsuz
ehtiyacı dərk etməkdir, Ondan
kömək və dəstək istəməkdir. O
Allahdan ki, O, bütün varlıq
üzərində sonsuz qüdrətə
malikdir…
Dua, dua, yenə də dua!
İnsan hər zaman, həm xəstəlikdə,
həm şadlıqda dua etməli və
Allahın ona verdiklərindən razı
qalmalıdır. Səbr və sevinclə
qarşısına çıxan hər bir şeyi qəbul
etməlidir. Çünki elə bizim
yaşamağımızın əsası sınaqdır. Dua
etməyin xeyri Allahın bizlərə
Quranda dediyi kimi, artıq elmi
şəkildə də sübuta yetirilib. İnsanın
hər zaman, hər an Allaha ehtiyacı
var. Belə isə, münasib hesab
etdiyimiz hər an Allahla canlı
ünsiyyət qurub dua edə bilərik. Bu
baxımdan, əslində, duanın
müəyyən bir zamanı yoxdur.
İstədiyimiz, imkan düşdüyü hər
zaman Allahı sidq ürəklə çağırıb
Ona dua edə, öz istəklərimizi
Ondan diləyə bilərik. Bununla
belə, mənəvi ab-havaya qərb
olub, dua etmək üçün daha
əlverişli vaxt Allahla «təklikdə»
qaldığımız zamanlardır. Namaz
qıldıqdan sonra mənəvi enerji alıb,
xüsusi bir əhval-ruhiyyə ilə dua
etmək mümkündür. Amma
unutmayaq ki, Allah hər yerdə,
hər zaman və hər bir şəraitdə
bizimlədir, bizə yaxındır və Onu
imanımızın səsilə çağırıb dua
etsək, mütləq dualarımızı qəbul
edəcək: «(Ya Rəsulum!)
Bəndələrim Məni səndən
soruşduqda söylə ki, Mən (onlara)
yaxınam. Dua edib Məni çağıranın
duasını qəbul edərəm. Gərək
onlar da Mənim çağırışımı qəbul
edib Mənə iman gətirsinlər.
Bununla da, ola bilsin ki, doğru
yola yetişsinlər

[cavab]

pol Man 10 Noy 2012 / 19:09
Nurlanichka,düzdü bəzilərinin vecinədə olmasa belədi bəziləri çətinliyə düşəndə Allaha dua edir ama heylə olmamalıdır hər zaman dua edilməlidir çox sağol yazdığın üçün.(ilk şərh)

[cavab]

pol ozdunyamiz 10 Noy 2012 / 21:47
her gun her gece Dua edirem.

[cavab]

pol Meymunka 10 Noy 2012 / 22:18
Salam. Duzu men her deq Allaha dua etmeye caliwiram. Namaz vaxti,adi saatlarda. Wexsen men wahidi olmuwam duanin cox komeyi var en esasida gerek sidq urekden dua edek. Bezileri duwunurki bu psixoloji baximdan insan beynine yeriyib ona gore dua komek edir ancaq Allah (c.c) istemese hec ne olmaz. Twk.

[cavab]

pol wuyud 11 Noy 2012 / 15:02
Nurlanichka, dogurdanda biz insanlar ALLAHIN neylere qadir oldugunu duwunmuruk istediyimiz kimi yawayiriq amma yawadiglarimiza wukur etmirik heleki nese iwimiz pislewir ALLAH yadimiza duwur bu duzgun deyil gerek Allaha iwimiz duwende yox her gun her saniye wukur deyib dua etmeliyik

[cavab]

pol EMIN98 11 Noy 2012 / 21:58
Men de çetinliye düşende etmişem. Amma her ne etmişemse. Ya allah. Bismillah demişem. Oturanda duranda. Her gece yatanda. Allaha dua eliyirem ki günahlarımı bağışlasın. Heyatdı. Belke yatdım ayılmadım. Wükür etmişem. Her zaman. Her şeyimi allaha borcduyam. Bezen ele olub heyatdan bezmişem. Ölmek derecesine gelib. Amma menim olmayan allah veren cana qıymaq en böyük günahdı. Haqq yolun gedek.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.3036 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az