dini revayetler(cox manali)

pol _ElvIN_ 9 Avq 2014 / 09:44
Cox menali Dini Revayet

Bir gun varli uc qardaşin anasi olduyu vaxt oqlanlarina deyir: oqullarim meni qebire bastiranda sabaha kimi meni qebirde tek qoymayin, eger meni tek buraxsaniz haqqimi helal etmeyecem. Neyse ana olur yeni dunyasini deyişir, oqlanlar duşurler teşvişe ki qebirde sabaha qeder qalmaq olar? Hansi qalacaq amma ucude qorxur. Cox fikirden sora qerarlari bele olur, pulnan adam tutaq o qalsin. Kendin kasib şele ile odun satani bunu eşidir ve oz ozune diyir, eşi onsuzda men canli oluyem gedim qalim hec olmasa uşaqalarim pul para icinde yaşayarlar. Oduncu gedir oqlanlarin yanina, biri deyir 100 qizil men verirem, o biri diyir 100 inek men verirem, o biri diyir 100 qoyunda men verirem. Neyse anani basdirirlar yanindada oduncunu, ama oduncunun qebirinden nefes almaq ucun yer qoyurlar ki olmesin, axşam olur. Her kes qebrstanliqdan dagilişir ve Inkir ve Munkir Melekleri gelirler sorguya, gorurle oluden başqa diri de var. Melek deyir gel diriden soruşaq gorek burda ne axtarir, başdadilar sormaqa: Sen kimsen ve ne işe baxirsan? Oduncu cavab verir: men kasib oduncuyam cibimdeki bu iple odun getirib satiram. Melekler kecirler ipin sualini soruşmaqa: hardan almisan? ne ucun almisan? bu iple ne qeder odun satmisan? Oduncu tam dogru cavab vere bilmir ve israf etdiyine gore Inkir ve Minkir onu doyub ezişdirirler. Sonra yene suallar başlayir tek ip haqqinda olan sualla sabah acilir. Oqlanlar sabah tezden gelirler qebirstana ve oduncunu cixartdilar cole ve quluqcularina emr verirler ki getirin oduncunun qizilini malini qoyununu. Oduncu aglayaraq uzu gozu ezik halda deyir: men hecne istemirem vermeyin. Oqlanlar deyir: sen eziyyet cekmisen sabaha qeder qebirde qalmisan al haqqini da. Oduncu cavab verir: qardaşlar men cibimdeki ipin cavabini sabaha qeder verib qurtarmamişam bularin cavabini bir omure qurtarmaram, istemirem men hecne. Bunu deyib oduncu başina doye doye qacir.

[cavab]

pol _ElvIN_ 9 Avq 2014 / 09:53
laraq qadınlardan kim girəcək? Peyğəmbərimiz : Filan məhəllədə bir qadin var.O qadın cənnətə ilk girəcək qadındır,buyurdular. Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək ata? - deyə soruşdu. Həzrəti Peyğəmbərimiz: Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarınıda öyrənərsən.

[cavab]

pol _ElvIN_ 9 Avq 2014 / 09:54
Çox maraqlanan HZ.Fatimə bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. İçəridən qoca bir qadın səsi esidildi: Kimdir?deyə soruşdu. HZ.Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın : -Canim sənə qurban ey Allah Rəsulunun qızı səninlə görüşməyi çox istəyirdim lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim.Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban.Sabah inşAllah gələrsiniz ve məndə yoldaşımdan icazə alaram gorüşərik dedi.



HZ.Fatimə sağollaşıb geri döndü,qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı.İkinci gün qadınla görüşəcəyinə əmin olan HZ.Fatimə yanında Hz Həsəni"də götürüb gəlir.Qapını döyür və gəldiyini bildirir.Qadın HZ.Fatimənin yanındakı uşağı görüb deyir: Üzr istəyirəm mən ərimdən yalnız sizin üçün izn almışdim,istəyirsiniz siz girin uşaq bayırda gözləsin.Yada ərimdən uşaq üçündə icazə alaram sabah birlikdə gələrsiniz.HZ.Fatimə geri dönüb sabahı gözlədi.Sabah yanında birdə HZ.Hüseyn'idə gətirdi və yenə həminki kimi geri döndü.



Qadın ərindən üçünədə icazə aldı və HZ Fatiməni gözləməyə başladı.4-cü gün Hz.Fatimə uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı.Baxıb gördü ki,qapının arxasından danışan yaşlı qadin gözəl ve yaraşıqlı bir xanımdı.Hz.Fatimə təəccüblənib soruşdu:Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi indi isə tam əksinə. Qadin cavab verdi:Sizinlə danışarkən səsim bayıra çıxırdı,yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım.İndi isə o daşı çıxartdım.



Hz.Fatimənin gözləri dolmuşdu.Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü. Qadın HZ.Fatiməyə:Ey Allah Rəsulunun qızı! İndi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı?Allah məni ərimə qarşı hesaba çəkər deyə çox qorxuram,dedi. HZ.Fatimə Atasının müjdəsini bildirdi. -Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz ,dedi. VƏ CƏNNƏTƏ GİRƏCƏK İLK QADINLA SÖHBƏTDƏN SONRA İCAZƏ ALIB EVƏ DÖNDÜ

[cavab]

pol torres 9 Avq 2014 / 11:22
Tesekkur

[cavab]

pol _ElvIN_ 9 Avq 2014 / 11:24
torres, deymez

[cavab]

pol NARDARANLI 9 Avq 2014 / 11:34
Ehsen yazan ellerin var olsun

[cavab]

pol _ElvIN_ 9 Avq 2014 / 11:40
NARDARANLI, sagol

[cavab]

pol CAVKA 9 Avq 2014 / 12:38
ehsrn Allah imaninizi kamil etsin

[cavab]

pol SilentHunter 9 Avq 2014 / 12:40
super ALLAH Razi olsun

[cavab]

pol _ElvIN_ 9 Avq 2014 / 12:43
Sagolun Allah cumlemizden razi olsun

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1832 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az