biz tereflerde
_ElvIN_
6 Avq 2014 / 14:43
• Ancaq Azərbaycanda arvad öz ərindən boşananda gedib müğənni olur. .
• Ancaq Azərbaycanda qəzetdən salfetka kimi istifadə edirlər. .
• Ancaq Azərbaycanda sürücü təhlükəsizlik kəmərini əliylə tutur. .
• Ancaq Azərbaycanda aftoşlar maşını “muzukalnıy çentr”ə görə sürürlər. .
• Ancaq Azərbaycanda valideynlər uşaqlarının oxumaması üçün rüşvət verir. .
• Ancaq Azərbaycanda mobil telefondan maqintofon kimi istifadə edirlər. .
• Ancaq Azərbaycanda ər öz arvadına “komandir” deyə müraciət edir. .
• Ancaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə komitəsinə korrupsionerlər başçılıq edir. .
• Ancaq Azərbaycanda saytda fikir yazan axırda tanış olmaq istəyən emailimə yazsın yazır..
• Ancaq Azərbaycanda vızıv atmaq moddur..
• Ancaq Azərbaycanda küçələrdə divarlarda sayt adları yazırlar..
• Ancaq Azərbaycanda qızlar yoldan keçəndə oğlanlar öz nömrələrini bar bar bağırırlar..
• Ancaq Azərbaycanda öz dilini bilməmək bombalıq sayılır....
• Ancaq Azərbaycanda yolda gedərkən polnı xod mahnı qoyurlar...bəli bu ancaq bizdədir.
• Ancaq Azərbaycanda oğlanlar inşallah torpaqlarımızı alarıq deyib otururlar.ele bil əsgərliyə qizlar gedəsidir...
•Ancaq Azərbaycanda əyninə pul tapmayıb telefonu 8800 olanlar var...
• Ancaq Azərbaycanda, dövlət dilini olmasa da, rus dilini bilmək zəruridir.
• Ancaq Azərbaycanda, Məhərrəmlik və Orucluq ayından əvvəl toyların sayı ikiqat artır.
• Ancaq Azərbaycanda, sən öl - və mən ölüm kimi and içmə üsulları var.
• Ancaq Azərbaycanda, taksiləri çağırmadan özləri hər axşam toy olan şadlıq evlərinin yanında olur.
• Ancaq Azərbaycanda, magazalarda kassa olsa belə işləmir, əvəzində isə qışqıraraq kassa - kassa 2 000, kassa 10 000 və s. deyirlər.
• Ancaq Azərbaycanda, bazarda neyinsə qiymətini soruşanda satıcı qiyməti deyir həm də əlavə edir - aşağı yeri də var...
• Ancaq Azərbaycanda, bir pulu xırdalamaq üçün üstündə əlavə pul vermək lazım gəlir.
• Ancaq Azərbaycanda, şagirdlər evə gedəndə 5 alıblarsa - 5 aldım, 2 alıblarsa isə - müəllim mənə 2 verdi, deyirlər.
• Ancaq Azərbaycanda, Flarmoniya kimi mədəniyyət mərkəzinin həyətində kafe açırlar.
• Ancaq Azərbaycanda, paltar satıcıları arasında ən məşhur söz - yu-gey, yu-gey-dir. =)
• Ancaq Azərbaycanda, camaat özü bilə-bilə dolu avtobusu əl eləyib saxlayır, minir, düşəndə isə sürücünü borclu çıxarır.
• Ancaq Azərbaycanda, oğlandan çox oğlan var - ifadəsi var.
• Ancaq Azərbaycanda 400 dollarlıq telefonda kontur olmur.
• Ancaq Azərbaycanda oturduğun yerdə zibilə düşürsən.
• Ancaq Azərbaycanda kitabı arxadan oxuyurlar.
• Ancaq Azərbaycanda “mənənə” viruslu xəstəlik mövcuddur.
• Ancaq Azərbaycanda hacıməmmədovlar yetişir.
• Ancaq Azərbaycanda zibili zibil qutusundan başqa hər yerə tullayırlar.
• Ancaq Azərbaycanda atalar sözlərindən necə gəldi istifadə edirlər.
• Ancaq Azərbaycanda şairlər xoşbəxtliyə qafiyə axtarırlar.
• Ancaq Azərbaycanda televiziyalar nağıl danışır.
• Ancaq Azərbaycanda “kurdlar vadisi” teleserialının prototipini məmurlar yaradır.
• Ancaq Azərbaycanda smiçka satanlar tumları kitab vərəqlərinə büküb müştərilərə satırlar.
• Ancaq Azərbaycanda jurnalistlər mənbəsiz yerdən mənbə çıxardırlar.
• Ancaq Azərbaycanda dost-tanış ayaması meyvə-tərəvəzlə səslənir.
• Ancaq Azərbaycanda “həyat davam” etdirilir.
• Ancaq Azərbaycanda rüşvətlə “aşağıdakılar”,korrupsiyayla “yuxarıdakılar” məşğul olur.
• Ancaq Azərbaycanda “Ancaq Azərbaycan” var.
• Ancaq Azərbaycanda qaçqınlar vəzifədə,məcburi köçkünlər fəhləliklə məşğuldurlar.
• Ancaq Azərbaycanda Azercell iki gəncin sevgi tribunasıdır.
• Ancaq Azərbaycanda eşşəklər hürür, itlər anqırır.
• Ancaq Azərbaycanda geyiminə görə qarşılayırlar,telefonuna görə isə yola salırlar.
• Ancaq Azərbaycanda məsafədən asılı olmayaraq gediş haqqı eyni qiymətədir.
• Ancaq Azərbaycanda jurnalistlər, həm də terroristdirlər.
• Ancaq Azərbaycanda “acından ölənənlər” ulduzlara sms göndərir.
• Ancaq Azərbaycanda şəhid olanların 40 % ni göstərirlər...
[cavab]
(=AyaN=)
6 Avq 2014 / 15:06
Ancag Azerbaycanda ozununkuleri beyenmeyib ama hele de bu olkede qalanlar var...Sozum odur ki avtobuslar,qatarlar,teyyareler bawqa olkelere cox rahat wekilde gedir buyura bilersiz))
red. (=AyaN=) (06.08 /15:07)
[cavab]
bahar*
6 Avq 2014 / 15:12
ancaq bunu oxuyanacan nefesi tukenmek de bizdedi bele. yazdiqlarin tek bizde deyil obir yerlerdede var
[cavab]
(=PaNTeR=)
6 Avq 2014 / 21:47
bezileri sehvdi.tekrardi.bunu oxuyub rey yazmişam
[cavab]
Mr_PsiXxX
6 Avq 2014 / 21:54
qaqas senin kimi dar susunceli insanlar bele yaza biler ancaq.qaqas qadini eri doyurse,zulm eliyirse, soyurse ve basqa tutarli sebebi varsa ayrilmayacaqki nedi nedi pis baxacaqlar.qaqas dusunce cevrenizi bir az acin sonra internete girin
[cavab]
_ElvIN_
6 Avq 2014 / 22:59
Men bu movzunu gulmey eylenmey ucun yaratmiwam.xowuna gelmeyen yazmasin mecbur deilki movzuma yorum yazasiz
[cavab]
Mr_PsiXxX
6 Avq 2014 / 23:01
_ElvIN_, xosuma ne geldiyini bilmezsen.buna cavabin ancaq bu olarda daha ne deye bilersenki
[cavab]
_ElvIN_
6 Avq 2014 / 23:08
Mr_PsiXxX, qaqa men bu movzunu copy etmiwem tam oxumamiwam maraqli oldugu ucunde bura qoymuwam
Hemdeki senin mennen wexsi qerezliyin var?bele aqressivsen
Men senin movzuva birden ikiye bele wey yazmiwam
Hemde her weyde sehv var.sevsuz ancaq ALLAHdi
[cavab]
Mr_PsiXxX
7 Avq 2014 / 22:20
_ElvIN_, qaqas menim senle wexsi ne qerezliyim ola biler? Sence yazdigin duzdu? Neyse copy edende oxu sora at.hemdeki qaqas men dediyim yazi birincidi sen bir seyi oxuyanda hardan basliyirsan?
[cavab]
Kordon_Celil
8 Avq 2014 / 11:24
Bizim tərəflərdə belə şeylər olmur. Yəqin elə təkcə sizin tərəflərdə olur.
[cavab]
Bölmeye qayıt
0.1283 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az