08 04 2014
_(BABNIK)_
5 Avq 2014 / 09:28
Axira kimi oxuyun ,,DİQQET!!!
Müdafiə Nazirliyi müraciət etdi- “Bu
yolverilməzdir”
Gündəm – 13:43 4.8.2014
"Cəbhə bölgəsindən xəbər verən jurnalistlər
bəzən özləri də bilmədən düşmən tərəfi
məlumatlandırırlar. Çox təəssüf ki, bir neçə
gün öncə cəbhə xətindən verilən xəbərlərdə
hərbi texnikanın sayı, hansı istiqamətə doğru
irəlilədiyi fotolarla açıq-aşkar internet
saytlarda yerləşdirilmişdi". XezerXeber.com
xəbər verir ki, movqe.az-a bu sözləri Müdafiə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif
Dərgahlı söyləyib. Onun sözlərinə görə, bəzi
saytlarda həta hərbi hissələrin nömrəsi,
yerləşdiyi ərazinin ünvanı da dəqiqliklə
göstərilib ki, bu da hərbi sirrinin qorunması
baxımından yolverilməzdir: "İndi jurnalistlərin
demək olar ki, hamsının əlində mobil telefon,
çəkiliş aparmaq üçün texniki avadanlıq var.
Cəbhə bölgəsinə yollanan jurnalistlər hərbi
texnikaların şəklinədək çəkərək saytlara
yerləşdiriblər. Bu, qətiyyən yolverilməzdir. Bəzi
mətbu orqanlar cəbhə bölgəsindən yalnış
məlumat verməklə ictimaiyyət arasında
çaşqınlıq yaradıblar. Biz onlara deyirik ki, belə
vəziyyətlərdə jurnalistlər vətəndaş
mövqeyindən çıxış etməli, hər bir məlumatı
Müdafiə Nazirliyindən dəqiqləşdirdikdən
sonra yaymalıdırlar".Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov da cəmiyyətə
yalnış informasiya ötürən, hərbi hissələrin,
hərbi texnikanın sayınadək dəqiq
informasiya yayan mətbu orqanları qınayıb.
Movqe.az -a danışan. Ə. Amaşov bildirib ki,
məbuat bu məsələdə həssas olmalı, milli
maraqlardan çıxış etməlidir: "Jurnalistikada
xəbərləmə önəmli olsa da, cəbhə bölgəsi ilə
bağlı veriləcək hər bir informasiya Müdafiə
Nazirliyi ilə dəqiqləşdirildikdən sonra
yayılmalıdır. Bundan əlavə jurnalistlərin döyüş
texnikasının sayı, hansı istiqamətə
yerdəyişməsi barədə məlumatlar verməsi
qətiyyən yolverilməzdir. Jurnalistlər
anlamalıdırlar ki, düşmən tərəf Azərbaycanda
saytları anbaan izləyir, ən dəqiq məlumatları
mediadan əldə edir. Ona görə də, bu
məsələdə həssas olmalı, hərbi sirlərin
düşmənin əlinə keçməsinə xidmət edən
məlumatları yaymamalıdırlar".
[cavab]
(=AyaN=)
5 Avq 2014 / 10:02
Qinamag yox nese bir tedbir gormek lazimdi bununcun
[cavab]
_(BABNIK)_
5 Avq 2014 / 10:10
Elimizden gelen tek sey oturub ali bas komandanin emrini gozlemekdi
[cavab]
gozu-yolda
5 Avq 2014 / 11:24
Qinamag yox nese bir tedbir gormek lazimdi bununcun.
tedbir mencede
[cavab]
(=AyaN=)
5 Avq 2014 / 12:02
gozu-yolda, ???
[cavab]
Bölmeye qayıt
0.1162 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az