En duz son xeberleri burda paylasacam

pol @Alemdar@ 4 Avq 2014 / 19:54
En duzgun xeberleri yazacam

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 19:59
TARİX:
2014-08-04 17:18:34
Ordumuz Çıraqlı istiqamətindəki bir
erməni postunu ələ keçiriblər.
Bölgədən Ölkə.az-a verilən
məlumatda bildirilir ki, bü gün
səhərdən davam edən atışmadan
sonra ermənilər ön postlarını
buraxıb geri qaçıblar.
Əsgərlərimiz intensiv əks-zərbədən
sonra ermənilərin tərk etdiyi postu
dərhal ələ keçiriblər.
Xatırladırıq ki, ermənilrin tərk
etdiyi mövqe ilə ordumuzun Çıraqlı
yaxınlığındakı ön postunun
arasındakı məsafə bir kilometrdən
çoxdur.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:01
Erməni komandir aldığı güllə
yarasından hadisə yerindəcə ölüb
Son günlər cəbhədə Azərbaycan və
Ermənistan əsgərləri arasında baş
vermiş şiddətli döyüşlərin bəzi
təfərrüatları məlum olub.
ANS PRESS-in məlumatına görə,
ötən gün hospitalda ölən erməni
əsgəri Sarqis Movsisyan
yaralanarkən tək olmayıb.
Movsisyanın komandiri elə onun
yanında açılan atəş nəticəsində
yerindəcə ölüb. Komandirinin
öldüyünü görən əsgər gizlənməyə
çalışarkən o da güllə yarası alıb.
Komandirinin cəsədi isə vurulduğu
yerdə qalıb. Cəsədin hadisə yerindən
hələlik götürülmədiyi ehtimal
olunur.
Saqris Movsisyanın həkiminin
sözlərinə görə, güllə onun
onurğasından dəyib.

[cavab]

pol h(666) 4 Avq 2014 / 20:07
Qaqas esasiz xeberleri paylasma her hansisa xeber saytinda görüb kopya edib bura atma. Çoxu reyting xatirine saxta informasiya yayir.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:08
Azərbaycan Hərbi Hava
Qüvvələrinin döyüş təyyarələri
cəbhə xətti boyu uçuşları davam
etdirir.
APA-nın Qarabağ bürosunun
xəbərinə görə, təyyarələr bu gün
səhər saatlarından etibarən təmas
xətti boyu müşahidə xarakterli
uçuşlar həyata keçirir.
Təyyarələrin Ağdam, Goranboy,
Tərtər, Füzuli, Beyləqan və
Xocavənd istiqamətində uçuşları
müşah

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:09
h(666), dovletin oz saytinin xeberleridi

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:12
Millət vəkili Qənirə Paşayeva yaralı
gizir Yaşar Hüseynova baş çəkib.
365.Az xəbər verir ki, millət vəkili
Qənirə Paşayeva cəbhə xəttində baş
verən atışma zamanı yaranan və
Həbi Hospitala yerləşdirilən gizir
Hüseynov Yaşar Əhəd oğluna baş
çəkib.
Bu barədə Facebook sosial
şəbəkəsindəki profilində yazan
Q.Paşayeva gizir Y.Hüseynovun 6
erməni əsgərini öldürdüyünü və
şəhidlərimizin intiqamını aldığını
qeyd edib:
"Bu gün qospitalda onun əlini
sıxmaqdan və tanımaqdan qürur
duydum. Belə oğullarla hamımız
fəxr etməliyik. Ermənistan Silahlı
Qüvvələrinin təxribatlarına layiqli
şəkildə cavab verən zaman
qolundan yaralanmasına, ağrılara
baxmayaraq döyüşü davam etdirən
və düşmən ordunun 6 əsgər və
hərbiçisini məhv edərək
şəhidlərimizin intiqamını alan
qəhrəman bir qardaşımız. Səninlə
və səninlə bərabər düşmənə layiqli
cavab verən bütün qardaşlarımızla
fəxr edirik”, - deyə millət vəkili
yazıb.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:14
TARİX:
2014-08-04 09:59:54
Yusuf Ziya Arpacık: "Biz savaşı
yox, savaş bizi istəyir”
92-ci ildə Qarabağ savaşında
Azərbaycana gələn, öncə yeni
qurulan Milli Orduda, Şıxov
batalyonunda, daha sonra isə türk
könüllülərinin "Rüzgar” kampında
yer alan Yusuf Ziya Arpacıq
Ermənistan-Azərbaycan cəbhəsində
son günlər yaşanan gərginliklə bağlı
narahatlığını ifadə edərkən "100 min
könüllü ilə Azərbaycanın yanındayıq”
deyib.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:19
"Yaralı olmasına baxmayaraq sənin
cəsarətin, ağrılara belə əyilməyən,
yaralarım bir az yaxşılaşan kimi
qayıdıram düz ön cəbhəyə demən
gözümün qarşısından getmir.
İnanırıq ki, sizin kimi oğulların
sayəsində biz Ali Baş
Komandanımızın, cənab prezidentin
rəhbərliyi altında Ermənistanın
işğalı altında olan torpaqlarımızı da
işğaldan azad edəcəyik. Səni kimi
oğulların sayı daha da çoxalsın.
Bütün dualarımız səninlə. İnşAllah
Allahın və həkimlərimizin yardımı
ilə tezliklə sağalacaqsan. Yaşar
qardaşımızdan dualarınızı əksik
etməyin”.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:23
APA-nın Qarabağ bürosunun
məlumatına görə, iyulun 31-dən
avqustun 1-ə keçən gecə düşmənin
hücumunu dəf edərkən yaralanan
hərbçilərdən biri, 1996-cı il
təvəllüdlü Anar Vidadi oğlu
Qarazadə hərbi hospitalda dünyasını
dəyişib.

ALLAH REHMET ELESIN QARDAWIMIZA :'(

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1236 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az