En duz son xeberleri burda paylasacam

pol @Alemdar@ 4 Avq 2014 / 20:24
Müdafiə naziri, general-polkovnik
Zakir Həsənovun əmri ilə əsgər
Qarazadə Anar Vidadi oğlu
ölümündən sonra "Hərbi xidmətdə
fərqlənməyə görə" 3-cü dərəcəli
medalı ilə təltif edilib.
Müdafiə naziri şəhidin ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı
verir və səbr diləyir!

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:25
Sutka ərzində atəşkəs rejimi
ümumilikdə 130 dəfə pozulub
Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub. Müdafiə Nazirliyinin
mətbuat xidmətindən 365.Az-a
verilən məlumata görə, cəbhənin
müxtəlif istiqamətlərində sutka
ərzində atəşkəs rejimi ümumilikdə
130 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və
bu gecə Ermənistan Respublikasının
Berd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Çinari, Ayqepar və
Mosesqex kəndlərində yerləşən
mövqelərdən Tovuz rayonunun
Muncuqlu, Qaralar, Koxanəbi,
Hacıalılı, Ağdam və Əlibəyli
kəndlərində, Krasnoselsk
rayonunun ərazisindəki adsız
yüksəkliklərdə və Cil kəndində
yerləşən mövqelərdən Gədəbəy
rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun
Barekamavan, Şavarşavan, Dovex və
Voskevan, İcevan rayonunun
ərazisindəki adsız yüksəkliklərdə,
Vozaşen, Berkaber və Paravakar
kəndlərində yerləşən mövqelərdən
Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Fərəhli, Kəmərli,
Quşçuayrım, Qaymaqlı, Məzəm,
Qızılhacılı və Ağstafa rayonunun
Köhnəqışlaq kəndlərində yerləşən
mövqelərimiz də atəşə məruz qalıb.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:31
Son bir neçə gündə gedən döyüşlərlə
bağlı hər iki tərəfdən çoxlu sayda
həlak olanlar və yaralananlar,
vurulan hərbi texnika, habelə
qoşunların yerdəyişməsi və aviasiya
uçuşları ilə ilgili ziddiyyətli
rəqəmlər səslənir. Erməni tərəfi
israrla öz itkilərinin və yaralılarının
sayını gizlədir. Ancaq Azərbaycan
Müdafiə Nazirliyinin məlumatlarına,
bəzi başqa informasiyalara əsasən
demək olar ki, düşmən bu müddətdə
daha böyük itkilərə məruz qalıb.
Cəbhədəki situasiyanın ciddiliyini
həm də müdafiə naziri Zakir
Həsənovun Türkiyədə öz
məzuniyyətini yarımçıq qoyaraq
tələsik Azərbaycana qayıtması və
birbaşa döyüş əməliyyatları
bölgəsinə getməsi, orada təcili hərbi
şura çağırması sübut edir. Məhz
bundan sonra Azərbaycan ordusu
havaya qırıcı təyyarələri qaldırıb,
əməliyyat zonasına əlavə hərbi
texnika, artilleriya yeridilib və
erməni mövqeləri güclü minomyot
və raket atəşinə məruz qoyulub.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:40
erməni mətbuatına
istinadən xəbər verir ki, cəbhədə
ordumuzun məhv etdiyi işğalçılar
Ararat Xanoyan və Azat Asoyandır.
red. @Alemdar@ (04.08 /20:41)

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:49
al bu da sənə təzə lətifə-
bir mərminin ucunda
saplandı aramıza
ölüm də lətifədir!..
bu
ağdamlı əli
bu da havada üzülmüş başını
axtaran
bir cüt əli
bu
ləzgi səməd
azca aralıda hoppanıb düşən
ayaqlarına
- eyy məni də aparın!- deyə
son dəfə gülümsəyir
bu da mən
üç gün sonra ayıldım hospitalda
buraxın məni deyə qışqırdım
diksindi pəncərəyə qonan sərçələr
sonra tanıdım həkimi-
dağlı vahabın üçüncü oğlu
uşaqlıq dostum
əl verib görüşmək
bağrıma basmaq istədim
bilirsənmi nələr oldu deyə
və daha bir yol qışqırdım
pəncərəni bahar örtmüşdü
həkimin üzünü payız
bahar da lətifədir
həyat da :(

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 20:51
Tərtər rayonun Qapanlı kənd
sakinlərinin ANS-ə verdiyi
məlumata görə görə, dünyasını
dəyişən əsgərlərimizdən ikisi Vüqar
Poladov və Elnur İbrahimov dur.
Sakinlərin sözlərinə görə, onların
hər ikisi müddətli hərbi xidmət
qulluqçususdur.
Ermənistan-Azərbaycan sərhədinin
Qazax rayonu ərazisində düşmənlə
döyüşdə Silahlı Qüvvələrimizin
1977-ci il təvəllüdlü, Qazax
rayonundan hərbi xidmətə
çağırılmış gizir Almazov İsa Ziyad
oğlu düşmən tərəfindən açılan atəş
nəticəsində şəhid olub.
Publika.az xəbər verir ki,
şəhidlərimizdən biri Salyan rayon
Seyidsadıqlı kənd sakini Məmmədov
Səftər Əlihüseyn oğludur. Onun
valideynlərinə oğullarının şəhid
olması barədə məlumat verilib.
Ağdam sakininin Axar.az-a verdiyi 5
əsgərin meyiti Tərtərə tibbi-
ekspertizaya aparılıb. Onun
sözlərinə görə, tibbi-ekspertizadan
sonra meyitlər məscidə yuyulmağa
aparılacaq.

[cavab]

pol @Alemdar@ 4 Avq 2014 / 21:10
Cebhenin Ağdam rayonu
istiqametinde şehid olmuş Bilesuvar
sakini Qarayev Anar Vidadi oğlu bu
gün seher saatlarında doğulduğu
Bilesuvar rayonunun Nerimankend
kendinde torpağa tapşırılıb.
Şehidin defninde xidmet etdiyi herbi
hissenin esger ve zabitleri, rayon
ictimaiyyeti iştirak edib. Defn
merasiminde iştirak eden fexri qaravul
destesi havaya yaylım ateşi açıblar.
Çıxış eden herbçiler cemi 4 ayın
esgeri olan Anarın ermenilerin
diversiya-texribat qrupunun hücumu
zamanı gösterdiyi qehremanlıqdan
söhbet açıblar. Hekimler hele 4 ay
önce sehhetinde olan müeyyen
qüsura göre Anar Qarayevi herbiye
getmemesi baresinde qerar çıxarsalar
da, o, herbi xidmete getmek üçün
könüllü olaraq erize verib.
Anar dostları ile söhbet zamanı daima
en böyük arzusunun Mübariz kimi
düşmene layiqli ders vermek
olduğunu deyirmiş. O, herbi
xidmetinin 4-cü ayında arzusuna
çataraq Şehidlik zirvesine ucalıb.
Allah rehmet etsin!
salamnews

[cavab]

← 1 [2] 

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1515 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az