Müəllif: Mərhum Hacı Mail Əliyev

pol _INTERPOLL_ 4 Avq 2014 / 17:36
Olmasa mən kimi hər əsrdə bülbül Vətənə,
Əkməsin kimsə o gündən dəxi bir gül Vətənə.
************************************
Vətən uğrunda şəhid olmağı ol kəs bacarar,
Edə filfövr nə vermişsə əgər dil Vətənə.
**********************************
Hər "Vətən" söyləyənin qeyrəti olmaz, billah,
Yoxsa, düşmən tökə kül, sən də dayan gül Vətənə.
*******************************************
Harda bir müşkülüm olsa, dara düşsəm yaxud,
Tanrıya eyləyərəm, bir də təvəkkül Vətənə.
***************************************
Ey Vətən qüdrətini canı bilənlər, qoymun,
Yağı düşmən verə məkr ilə tənəzzül Vətənə.
*************************************
Az zamanda nə qədər müşkülü olmuş xəlqin,
Bizlə asan olacaq, var nə ki müşkül Vətənə.
************************************
Qarı düşmən nə qədər xəlqi pərakəndə salıb,
Maila, övlad gərək ta verə təşkil Vətənə.
***********************************
Müəllif: Mərhum Hacı Mail Əliyev

red. _INTERPOLL_ (04.08 /17:37)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1515 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az