ermeniler 15 YASLİ QİZİ YARALADİLAR

pol DoDakDaN_kaLbe 3 Avq 2014 / 19:21
Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.




xəbər verir ki, bu gün günorta Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, XI sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.




Ş.Tağıyevanın valideynlərinin verdiyi məlumata görə, erməni gülləsi qızın ayağından dəyib, yaralı Gədəbəy Rayon Mərkəzi xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib.




Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yerləşir. Kənd sakinlərinin bildirdiyinə görə ermənilər neçə gündür ki, müntəzəm olaraq kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri atəşə tutur.

[cavab]

pol DoDakDaN_kaLbe 3 Avq 2014 / 19:26
Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər. Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı birləşmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub. Apa-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşı Rəşad Süleymanov ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərdən eksklüziv məlumatlar əldə edib.



"Avqustun 2-nə keçən gecə düşmən Tərtərin Həsənbəyli kəndində ağır tələfata uğradılıb. Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar. Hərbiçilərin keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib. Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Həmin hadisə zamanı təəssüf ki, Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib".


Əməkdaşımız bildirib ki, Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndinin əhalisinin kəndi tərk etməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir. Hərbçilərdən əldə olunan məlumatlara görə, ermənilər hazırda işğal altında olan ərazilərimizdən Qapanlı kəndi istiqamətində bütün yolları bağlayıblar. Ermənilərin məskunlaşdığı cəbhəyanı kəndlərdə təşviş müşahidə olunur.



Ağdərə istiqamətinə gedən yolda mülki nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Hərbiçilər söylədilər ki, qarşı tərəfdə ermənilər uzaqlıqda post qoyublar. Ərazidən çıxan və gələn nəqliyyat vasitələrinə nəzarət edirlər. Bu onu göstərir ki, cəbhə xəttinin yaxınlığındakı erməni kəndləri baş verən hadisədən təşvişə düşüb və onların cəbhənin daha dərinliklərindəki yerlərə köçü başlayıb”.

[cavab]

pol (=AyaN=) 3 Avq 2014 / 20:24
10cu sinif wagirdi ne oynamaginda eee.Gorursen atiwmadi kec iceri dee,Allah komeyi olsun yene de...
red. (=AyaN=) (03.08 /20:26)

[cavab]

pol zekow 3 Avq 2014 / 21:16
Allah komeyi olar inwAllah

[cavab]

pol Dovwanim 3 Avq 2014 / 22:10
mende cebhe xetdinde olanlarin videosu var ama bura ata bilmirem heyifki.onu deye bileremki bizimkiler cox gucludu.

[cavab]

pol DoDakDaN_kaLbe 4 Avq 2014 / 00:38
"Axan qanın qarşısını almaq üçün onun ayağına gips qoyulub"

Ermənistan əsgərləri tərəfindən Şınıxda yaralanan 15 yaşlı məktəbli qızdan xəbər var.

Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənov verdiyi məlumata görə, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyevanın vəziyyəti hazırda kafidir.

"Güllə onun ayağını deşib keçib. Təcili olaraq axan qanın qarşısını almaq üçün onun ayağına gips qoyulub. Sabah isə rentgen müayinəsindən sonra Şəlalənin vəziyyətinin dəqiq proqnozu veriləcək. Ehtimallara görə, onun ayağında sınıq əlamətləri var. Şəlalənin dediyinə görə, hadisənin necə olduğundan xəbərsiz olub. Yəni güllə qəfildən onun ayağına dəyib. Bu haqda rayonun inzibati orqanlarının məlumatı var. Onlar ermənilər tərəfindən güllə atılan əraziyə baxış keçiriblər".

Qeyd edək ki, dünən günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyeva həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır.

Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur. (anspress

[cavab]

pol *ViP-DaNGeR* 4 Avq 2014 / 00:56
Allah Ozu Qorusun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1232 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az