"SizDe OxuYuN"

pol (=GasoL1na=) 3 Avq 2014 / 18:21
Mən şəhidəm!
Fəxr et anam, ağla, amma
gözləmə
Şəhidəm! Bəli, şəhidəm! Anam,
bacım, atam, dostum həmişə
ağlayacaqlar, həm də
sevinəcəklər ki, mən şəhidəm!
Hamı bu adımla fəxr edəcək,
sevinəcək, amma o, həmişə
ağlayacaq. İllər keçəcək, yara
sağalacaq, amma o, həmişə
ağlayacaq. Toy olacaq, hər
kəsin gələcək halı yaxşı olacaq,
zamanla hamı unudacaq,
amma o, həmişə ağlayacaq.
Dostum deyir: “Mənim şəhid
qardaşım, səni unutmayacam!”.
Zaman keçəcək unudacaqsan!
Atam deyəcək: “Oğlumu
dövlətim, mənim vətənim
öldürdü”. Atacan, keçəcək!
Bacım deyəcək: “Qardaş,
gözümü yolda qoydun”. Bacım
yaxşı olacaqsan! Amma o,
həmişə ağlayacaq.
Körpələr böyüyəcək, mənimlə
fəxr edəcəklər. Hər körpədə
məni görəcək, hər qapı
açılanda mənim gəldiyimi
biləcək, hər toy səsi gələndə elə
biləcək ki, mənəm.
Mən şəhidəm!
Dostlarımla danışanda hamımız
şəhid arzusu ilə gəlmişdik,
amma mən şəhidəm! Nə yaxşı
ki, şəhidəm, amma o, ağlayır.
Sən şəhid anasısan, ağlama
bilirəm deyəcəksən ki, övlad
acısını bilməzsən. Hər kəs
xoşbəxt olsa da sən
ağlayacaqsan, o, həmişə
ağlayacaq, mənim anam
ağlayacaq. Ağlama anam, mən
şəhidəm!
Əlim yaralananda özün
bağlayırdın, “oğlum, etmə belə”
deyirdin. Sənə bir şey olsa
yaşaya bilmərəm anacan, yaşa,
fəxr et şəhid oğlunla! Ağlama
deməyəcəm, çünki onsuz da
ağlayacaqsan. Qapıda gözlərin
yol çəkəcək anacan, ağla, amma
gözləmə, gələ bilməyəcəm.
Bağışla, hər zaman sözünü
eşitmişəm, amma gözləmə,
gəlməyəcəm. Mənə şəhidim de!
Bu ad mənim adımdır! Mən
sənin oğlunam! Fəxr et anam,
ağla, amma gözləmə
Gözləmə şəhidini! :((((((((((

red. (=GasoL1na=) (03.08 /18:21)

[cavab]

pol (=AyaN=) 3 Avq 2014 / 18:32
Allah wehid analarina sebr versin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.138 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az