Allah ozu komek olsun....
Rahi
3 Avq 2014 / 12:33
Bu gecə baş verən atışma nəticəsində 8 hərbçimiz
yaralanıb Bu gecə saat 03:00 radələrindən Ermənistan silahlı
qüvvələri tərəfindən Azərbaycanın Milli Ordusunun
mövqeyləri atəşə tutulub. Ermənilər Ağdamın işğal altında olan Güllücə kəndi
ərazisindən mövqeylərimizi iriçaplı silahlardan
intensiv olaraq atəşə tutublar. Atışma saat 05:00-a
qədər davam edib.
Milli Ordumuzun əsgərləri düşmən tərəfi cavab
atəşilə susdura bilib. Bölgə müxbirimizin məlumatına görə, cəbhədə
şəhid olanların sayl 5-ə çatıb. Lakin hələlik onun adı
bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb. Xatırladaq ki, Bu gecə ermənilər Ağdam-Ağdərə
istiqamətində müdafiənin ön xəttində yerləşən
mövqelərimizdəki postlara növbəti dəfə basqın
etməyə cəhd göstəriblər. Düşmən itki verərək geri
çəkilməyə məcbur edilib. Düşmən təxribatı zamanı, onun hücumunun
qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki
verib.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu; - kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu. Hazırda erməni təxribatının qarşısının alındığı
istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam
nəzarəti altındadır.
[cavab]
(=AyaN=)
3 Avq 2014 / 12:42
Cemi ne qeder wehidimiz var?here bir soz deyir bilmirsen hansina inanasan
Allah butun wehidlerimize rehmet etsin
qanlari yerde qalmayacaq inwAllah
[cavab]
Bölmeye qayıt