YARİMCİQ SALAVAT

pol NARDARANLI 30 İyul 2014 / 14:54
YARIMÇIQ SALAVAT
Kitabın bu hissəsində bəzi müsəlmanların
arasında geniş yayılmış bir məsələni oxuculara
çatdırmağı məqsədəuyğun gördük. Çox
təəssüflər olsun ki, bu məsələ adət şəklinə
düşmüşdür. Belə ki, Peyğəmbərin adını dilə
gətirdikdə və ya yazdıqda təkcə onun özünə
salavat göndərirlər. (Yəni salavatdakı “və alihi”
kəlməsini demirlər.) Özü də Peyğəmbərin
özünə təklikdə salavat göndərməyi nəhy
etməsini bilirlər. Bu barədə mühəddislərin
rəvayət etdikləri hədislər həddən artıqdır. O
cümlədən, Peyğəmbər buyurmuşdur:
“Mənə naqis (yarımçıq) salavat göndərməyin”.
Soruşdular ki, ya Rəsuləllah, naqis salavat
nədir? Buyurdu: “Naqis salavat budur ki, mənə
salavat göndərəsiniz, amma övladlarıma
göndərməyəsiniz.”
Göründüyü kimi, bu hədis Peyğəmbərə təklikdə
salavat göndərməyi nəhy edib, bizə əmr edir ki,
Həzrətin özünə və övladlarına–hər ikisinə bir
yerdə salavat göndərək.
O cümlədən, bu barədə olan hədislərdən biri
Kəb ibni Əczənin nəql etdiyi hədisdir. O,
Peyğəmbərdən soruşdu: “Ya Rəsuləllah, sənə
salam verməyi öyrəndik, bəs salavatı necə
göndərək?” Peyğəmbər buyurdu: “Salavat
göndərən vaxt belə deyin:
“Allahummə səlli əla Muhəmmədin və Ali-
Muhəmmədin kəma səlləytə əla İbrahimə və
Ali-İbrahimə, innəkə Həmidun Məcid.”
Bu hədis necə salavat göndərməyi bizə öyrədir.
Həmçinin onun məfhumundan başa düşülür ki,
salavat göndərərkən Peyğəmbərə və onun
övladlarına birlikdə salavat göndərmək lazımdır.
Amma bu kimi mötəbər rəvayətlərin mövcud
olması ilə bərabər, elm və mərifət iddiası
edənlərin çoxu salavat göndərəndə hələ də
Əhli-Beyt (əleyhimussalam)-ın adını zikr
etməməkdə israr edirlər! Görəsən, bu bir
düşmənçilik və inadkarlıq, yaxud cəhalət və
nadanlıqdan irəli gəlmirmi? Yaxud da (bu iş)
Peyğəmbərin Əhli-Beyti ilə düşmənçilik və
kindən irəli gəlmirmi? Yaxud şiələrin
Peyğəmbərə və onun övladlarına salavat
göndərməyi zəruri bildikləri üçün deyilmi?
(Hansı ki, salavat şiələrin şüarları hesab
olunur.)
Buna görə də onlar bir belə rəvayətlərin
mövcud olmasına baxmayaraq şiələrlə
müxalifətlərinə görə Peyğəmbər Əhli-Beytinə
salavat göndərməkdən imtina edirlər. Görəsən,
bu bidət deyilmi? Görəsən, Ali-Peyğəmbərə
salavat göndərməmək nəss (aydın dəlillər)
qarşısında ictihad (özündən fikir söyləmək)
deyilmi?

[cavab]

pol Ms_Famous 30 İyul 2014 / 15:41
Mövzuya göre tşk

[cavab]

pol zekow 31 İyul 2014 / 00:38
Allah razi olsun. Maraqliydi

[cavab]

pol VIP_Vasif 31 İyul 2014 / 01:32
hmmm,qatib qariwdiranda ayran olur

[cavab]

pol NARDARANLI 31 İyul 2014 / 12:19
VIP_Vasif, Ayran olmur Bele baxiramki sen yarimciq salavat gonderensen belke sen qatirsan deye ayran olur

[cavab]

pol NARDARANLI 31 İyul 2014 / 12:20
Ms_Famous, Allah razi olsun

[cavab]

pol NARDARANLI 31 İyul 2014 / 12:20
zekow, Bahem Allah razi olsun

[cavab]

pol VIP_Vasif 31 İyul 2014 / 19:58
NARDARANLI, yooo,men yo sen qstirsan salavat bawqa Allahumme Salli bawqa,sehf salma bunlari,sizde duzgun olan ne varki buda olsun

[cavab]

pol NARDARANLI 31 İyul 2014 / 22:10
VIP_Vasif, Bele cixirki siz bir basa dini inkar edirsiz Men delil subutla bildirdimki Salavati bele demek lazimdi eyer senin de delil subutun varsa de gorek yoxdusa artiq soze ehtiyac yoxdu Sukur bizler haqqin yoluyla gedirik day sizin kimi yolumuzu azmiriq

[cavab]

pol Mr_PsiXxX 1 Avq 2014 / 00:06
ALLAH RAZI OLSUN!

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1438 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az