men nece tanidim ozumu sene

pol ismet 28 İyul 2014 / 11:27
Itmiş əşya deyil, soraqlayasan,
Ağ kağız da deyil, yazıqlayasan.
Ürək kitab deyil, varaqlayasan,
Bir qapı deyil ki, açam üzünə,
Mən necə tanıdım, özümü sənə?

Mən bülbül deyiləm, nəğmə oxuyam,
Qızıl gül deyiləm, ətir qoxuyam,
Səraf da deyiləm, ilmə toxuyam,
Ömründə bir naxış vurmadın mənə,
Mən necə tanıdım, özümü sənə?

Qanad da vermirsən göylərdə süzəm,
Insafa gəlmirsən könlündə gəzəm,
Gülm də yoxdu ki, qarşına düzəm,
Çiçəklər bürünüb dumana, çənə,
Mən necə tanıdım, özümü sənə?

Ay ismet tanımaz bu zalım səni,
Boş yerə saçına səpmisən dəni.
Götür üzərindən kədəri, qəmi,
Qoy çaxsın göylərdə bu sevgi yenə,
Mən necə tanıdım, özümü sənə?
red. ismet (28.07 /11:30)

[cavab]

pol Mr_PsiXxX 28 İyul 2014 / 12:09
gozeldi

[cavab]

pol Dolgun_Urek 28 İyul 2014 / 12:24
Suppa.

[cavab]

pol MeRYeM 28 İyul 2014 / 14:47

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2259 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az