YORULDUM :'(
@Vako@
27 İyul 2014 / 02:14
Getdikcə bitməyir uzanır yolum,
Getməyə can çəkir ayağım qolum,
Gah səhra rast olur gah da ki çəmən,
Yoruldum həyatın yollarında mən.
Keçmişlə gələcək arasındayam,
Gəl gör ki dünyanın harasındayam,
Canından bezmişlər sırasındayam,
Yoruldum həyatın yollarında mən.
Sonsuz göy üzüdə anlamır məni,
Üstümə yağdırır kədəri qəmi,
Tufana bürüyüb bütün dövrəmi,
Yoruldum həyatın yollarında mən.
Bu yalan dünyanın qurbanıyam mən,
Bacara bilmirəm özüm özümnən,
Artıq dəyəri də düşüb gözümnən,
Yoruldum həyatın yollarında mən.
[cavab]
YeRaZ_BaLaSi
27 İyul 2014 / 02:23
Superr halal ele copy
[cavab]
@Vako@
27 İyul 2014 / 02:25
YeRaZ_BaLaSi, halal
[cavab]
Bölmeye qayıt
0.1249 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az