Abituriyetlerin nezerine!
Amilcik
23 İyul 2014 / 01:15
TQDK
Abituriyentlərin nəzərinə!
Əziz dostlar! Çoxsaylı sualları
nəzərə alaraq müsabiqə
şərtlərini bir daha təqdim
edirik:
I qrup üzrə ixtisas seçimində
ümumi balı 150-dən, ixtiyari bir
imtahan fənni istisna olmaqla
qalan hər bir imtahan fənni
üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan
abituriyentlər iştirak edə
bilərlər.
Ümumi balı 300 və daha çox
olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün
onların fənlər üzrə cavablarına
nisbi bal məhdudiyyəti tətbiq
olunmur.
Dövlət sifarişi əsasında ayrılmış
yerlərin ixtisas seçimində
ümumi balı 250-dən və hər bir
imtahan fənni üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər.
Aşağıda göstərilmiş ixtisasların
həm dövlət sifarişi üzrə, həm
də ödənişli əsaslarla ayrılmış
yerlərinin ixtisas seçimində
ümumi balı 150-dən, hər hansı
bir imtahan fənni istisna
olmaqla qalan dörd imtahan
fənninin hər biri üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər:
- Aqromühəndislik;
- Meliorasiya və su təsərrüfatı
tikintisi mühəndisliyi.
II qrup üzrə ixtisas seçimində
ümumi balı 150-dən, ixtiyari bir
imtahan fənni istisna olmaqla
qalan hər bir imtahan fənni
üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan
abituriyentlər iştirak edə
bilərlər.
Ümumi balı 300 və daha çox
olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün
onların fənlər üzrə cavablarına
nisbi bal məhdudiyyəti tətbiq
olunmur.
Dövlət sifarişi əsasında ayrılmış
yerlərin ixtisas seçimində
ümumi balı 300-dən və hər bir
imtahan fənni üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər.
III qrup üzrə ixtisas seçimində
ümumi balı 200-dən, ixtiyari bir
imtahan fənni istisna olmaqla
qalan hər bir imtahan fənni
üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan
abituriyentlər iştirak edə
bilərlər (Azərbaycan Dillər
Universitetinin "Tərcümə (dillər
üzrə)" ixtisasının
müsabiqəsində xarici dil fənni
üzrə nisbi balı 40-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər).
Ümumi balı 350 və daha çox
olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün
onların fənlər üzrə cavablarına
nisbi bal məhdudiyyəti tətbiq
olunmur (Azərbaycan Dillər
Universitetinin "Tərcümə (dillər
üzrə)" ixtisası üzrə xarici dil
fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış
yerlərin ixtisas seçimində
ümumi balı 350-dən və hər bir
imtahan fənni üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər (Azərbaycan Dillər
Universitetinin "Tərcümə (dillər
üzrə)" ixtisasının
müsabiqəsində xarici dil fənni
üzrə nisbi balı 40-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər).
IV qrup üzrə ixtisas seçimində
ümumi balı 150-dən, ixtiyari bir
imtahan fənni istisna olmaqla
qalan hər bir imtahan fənni
üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan
abituriyentlər iştirak edə
bilərlər.
Ümumi balı 300 və daha çox
olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün
onların fənlər üzrə cavablarına
nisbi bal məhdudiyyəti tətbiq
olunmur.
Azərbaycan Dövlət Aqrar
Universitetinin IV qrupa daxil
olan ixtisaslarını seçmək üçün
abituriyentin ümumi balı 150-
dən az olmamalıdır (fənnlər
üzrə cavablara nisbi bal
məhdudiyyəti tətbiq olunmur).
Dövlət sifarişi əsasında ayrılmış
yerlərin ixtisas seçimində
ümumi balı 300-dən və hər bir
imtahan fənni üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər iştirak
edə bilərlər.
Aşağıda göstərilmiş ixtisasların
həm dövlət sifarişi üzrə, həm
də ödənişli əsaslarla ayrılış
yerlərinin ixtisas seçimində
ümumi balı 150-dən az olmayan
abituriyentlər iştirak edə
bilərlər (fənnlər üzrə cavablara
nisbi bal məhdudiyyəti tətbiq
olunmur):
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq
təsərrüfatı işi;
- Meşəçilik;
- Baytarlıq;
- Ekologiya;
- Su bioehtiyatları və
akvabitkilər;
- Əczaçılıq (yalnız Azərbaycan
Dövlət Aqrar Universiteti üzrə).
Qeyd: Tam orta təhsil bazasında
(11 illik) orta ixtisas təhsili
müəssisələrinin ixtisas seçiminə
ümumi balı 100-dən az olmayan
abituriyentlər buraxılırlar.
[cavab]
KinG_oF_WorLD
23 İyul 2014 / 01:21
Mende imtahan verdim 2ci qrup 410 Bal yigmiwam.
[cavab]
Amilcik
23 İyul 2014 / 01:23
tebrikler qaqam. butun abituriyetlerine tebrik edirem
[cavab]
KinG_oF_WorLD
23 İyul 2014 / 01:31
Sagol
[cavab]
Araz@
23 İyul 2014 / 01:40
Bunu facede oxumuwam.ama yenede sagolun.mende I qurup uzre 392 bal toplamiwam.
[cavab]
_VeTeRaNs_
23 İyul 2014 / 08:13
KinG_oF_WorLD, tebrikler
[cavab]
_VeTeRaNs_
23 İyul 2014 / 08:14
380 bal toplamisam
[cavab]
Bölmeye qayıt