OVLAD HUQUQU DİQQETLE OXUYUN
NARDARANLI
17 İyul 2014 / 12:08
231–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ya
Əli, Allah lə`nət etsin o valideynə ki, övladlarını
özlərinə qarşı çıxmağa vadar edirlər.
Vəsailuş-şiə /21/290.
***
232–İmam Əmirəl-mö`minin Əli əleyhissalam
buyurur: Əsla vaxtının əksəriyyətini öz əhli-
əyalına sərf etmə! Çünki əgər əhli-əyalın Allah
dostları olsa, bu halda Allah Öz dostlarını
çarəsiz qoymaz və əgər onlar Allah
düşmənləridirsə, bu halda sən nəyə görə Allah
düşmənləri üçün bir iş görüb sonradan qəm-
qüssə və peşmançılıq çəkəsən.
Nəhcül-bəlağə /536/352.
***
233–İmam Sadiq əleyhissalam buyurur:
Münhərif və azğın fikirli insanlar övladlarınızı
düz yoldan azdırmamış onlara hədis (və islam
maarifini) öyrədin.
Kafi /6/47.
***
234–İmam Sadiq əleyhissalam buyurur: İnsanın
övladına yaxşılıq etməsi, onun öz valideyninə
yaxşılıq etməsi kimidir.
Mən layəhzuruhul-fəqih /3/483.
***
235–İmam Əmirəl-mö`minin Əli əleyhissalam
buyurur: Atanın övlad qarşısında olan borcu
budur ki, ona yaxşı ad qoysun, ona yaxşı ədəb
öyrətsin və Qur`anı tə`lim versin.
Nəhcül-bəlağə /546, Kəlimati-qisar /399.
***
236–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz
övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin.
Kafi /6/47.
***
237–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
Övladlarınız yeddi yaşına çatarkən onlara
namazı öyrədin, on yaşına çatarkən (namazı
tərk etsələr) tənbeh edin, həmçinin (bu yaşa
çatarkən) onların yataq yerlərini ayrı salın.
Kənzul-ümmal /16/45330.
***
238–İmam Səccad əleyhissalam buyurur:
Övladın haqqı odur ki, biləsən səndən vücuda
gəlmişdir və onun bu dünyada yaxşı və pis
işlərini sənə aid edirlər. Ona yaxşı ədəb
öyrətməli, aləmləri yaradan Rəbbimizi
tanıtdırmalı və Allaha itaətdə ona kömək
etməlisən. Yəqin bil ki, əgər öz övladına
yaxşılıq etsən savabına yetişəcək və pislik
etsən cəzasını görəcəksən.
Mən layəhzuruhul-fəqih /2/622.
***
239–Peyğəmbər (s.ə.v.v.) buyurmuşdur:
Övladlarınızı əzizləyin, tərbiyələrini gözəlləşdirin
ki, bağışlanasınız.
Biharul-ənvar /104/95.
***
240–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bəli,
qadının hamiləlik dövründən uşağı dünyaya
gətirdiyi, həmçinin süd verib qurtardığı vaxtın
əcri müsəlmanların sərhəddini gecə
basqınından, düşmənlərin taracından və
kafirlərin həmləsindən qorumuş kişinin savabına
bərabərdir. Əgər bu müddətdə vəfat etsə
şəhidlərin məqamında olacaqdır.
Mən layəhzuruhul-fəqih /3/561.
***
241–İmam Əmirəl-mö`minin Əli əleyhissalam
buyurur: Heç bir süd uşaq üçün ana südündən
bərəkətli deyildir.
Vəsailuş-şiə /21/452.
***
242–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:
Qadın hamilə olan zaman oruc tutub, namaz
qılan, Allah yolunda canı və malı ilə cihad
edən şəxs kimi olur. Hamiləlik dövrünü başa
çatdırıb dünyaya uşaq gətirdiyi vaxtda isə onun
üçün sayılması mümkün olmayan qədər savab
müəyyən olar. Körpəsinə süd verdikdə uşağın
hər bir süd əmməsinə İsmayıl övladlarından bir
nəfəri azad etmə savabını aparacaqdır. Uşağa
süd verməyi qurtarıb onu süddən kəsdikdə bir
mələk onun yanına gəlib deyər: İşi yenidən
başla, sən bağışlanmısan.
Biharul-ənvar /104/104.
***
243–Allahın Peyğəmbəri (s.ə.v.v) buyurur:
Körpə üçün ana südündən yaxşı süd yoxdur.
Müstərəkul-vəsail /48-ci bab.
[cavab]
_ADMIRAL_
17 İyul 2014 / 12:10
yazan ellerin derd gormesin! Amin!
[cavab]
CAVKA
17 İyul 2014 / 12:14
Allah IMANINI KAMIL ETSIN
[cavab]
pirpiz
17 İyul 2014 / 12:17
allah imanini,kamil etsin AMIN!
[cavab]
NARDARANLI
17 İyul 2014 / 13:07
Allah razi olsun sizlerden
[cavab]
By_DaRaK
17 İyul 2014 / 13:07
SAGOL YAZAN ELLER VAR OLSUN
red. By_DaRaK (17.07 /13:08)
[cavab]
By_DaRaK
17 İyul 2014 / 13:10
HALAL ELE GOTURDUM QAQA
[cavab]
NARDARANLI
17 İyul 2014 / 13:35
By_DaRaK, Halal xosun
[cavab]
**K_I_L_L_E_R**
17 İyul 2014 / 13:46
Allah Razi Olsun
[cavab]
zekow
17 İyul 2014 / 15:25
Allah razi olsun..
[cavab]
Bölmeye qayıt